Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi Ağdamda Uşaq və Ailələrə Dəstək Mərkəzinin inzibati binasının inşası ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. Boyukmillet.com xəbər verir ki, tenderin qalibi “Şəmkir tikinti-18” ASC-dir. Qalib şirkətə 8,835 milyon manat ödəniləcək.
Read More »Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi Azərbaycana dəstəyini ifadə edib
Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi Seyfullah Hacımüftüoğlu Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubova telefonla zəng edib.O, Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi təxribatlarla bağlı xalqımıza dəstəyini və həmrəyliyini ifadə edərək, hərbi qulluqçularımızın şəhid olması ilə əlaqədar başsağlığı verib.R.Usubov başsağlığına və qardaş dəstəyinə görə Türkiyənin Milli Təhlükəsizlik Şurasının Baş katibinə minnətdarlığını bildirib.
Read More »Ərdoğan Putinlə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın dövlət başçısı Vladimir Putinlə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edəcək. Boyukmillet.com xəbər verir ki, Özbəksitanın Səmərqənd şəhərində R.T.Ərdoğanla V.Putin arasında görüş olacaq. Agentliyin xəbərinə görə, dövlət başçıları bir sıra məsələlərlə yanaşı, Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti də müzakirə edəcəklər. Qeyd edək ki, sentyabrın 15-16-da Özbəksitanın Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısı keçiriləcək. Həmin toplantıda Türkiyə Prezidenti …
Read More »Azərbaycan MN: “Ermənistan qəsdən hərbi əməliyyatların əhatə zonasını genişləndirməyə çalışır”
Ermənistan silahlı qüvvələrinin təxribatının uğursuzluğundan təşvişə düşən bu ölkənin hərbi rəhbərliyi Azərbaycan-Ermənistan dövlət sərhədi boyu yerləşən bölmələrini, silah və döyüş texnikasını yaşayış məntəqələrindəki bina və mülki infrastruktur obyektlərinin yaxınlığında və Ermənistan ərazisinin dərinliklərində tərtiblənməsinə əmr verib. “Həmin məntəqələrdən Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqla Ermənistan bu atəş nöqtələrini legitim hərbi hədəflərə çevirməyə və qəsdən hərbi əməliyyatların əhatə zonasını genişləndirməyə çalışır. Bir …
Read More »Nazirlik: “Sentyabr şəhidlərinin ailələri sosial dəstək proqramları ilə əhatə olunacaq”
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı hərbi təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalan qəhrəman hərbçilərimizin ailələri ailələri ilə bağlı bütün sosial dəstək tədbirlərinin görülməsi təmin olunacaq. Nazirliyin nümayəndələri şəhid hərbi qulluqçularımızın ailələri ziyarət edərək onlarla bağlı sosial müdafiə tədbirlərinin görülməsi üçün aidiyyəti işlərə artıq başlayıb. Şəhid ailələrinin müvafiq sosial dəstəklə təmin …
Read More »Şəhid Sadiq Əzizli Qaradağda dəfn edilib
Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu Əzizli Sadiq Zaur oğlu paytaxtın Qaradağ rayonunda dəfn edilib. Boyukmillet.com xəbər verir ki, şəhidimizin nəşi rayon ərazisindəki qəbiristanlıqda torpağa tapşırılıb. Mərasimdə S.Əzizlinin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri, sadə vətəndaşlar iştirak ediblər. Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla …
Read More »Ceyhun Bayramov: “Ermənistan silahlı birləşmələrini Azərbaycan ərazisindən tam çıxarmalı, təxribatlara son verməlidir”
“Sentyabrın 13-də əldə edilmiş atəşkəs bir neçə saat sonra Ermənistan tərəfindən pozulub və mövqelərimiz intensiv atəşə tutulub”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker ilə görüşündə deyib. Nazir Azərbaycanın bölgədə post-münaqişə dövründə yenidənqurma işləri həyata keçirildiyi və sülh təşəbbüsləri ilə çıxış etdiyini, bununla da vəziyyətin gərginləşməsində …
Read More »İsrail səfiri Azərbaycana başsağlığı verib
İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycana başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, bu barədə İsrail səfirliyi məlumat yayıb. “24 saat ərzində baş vermiş zorakılıq qurbanlarının ailələrinə dərin hüznlə başsağlığımı çatdırmaq istəyirəm və yaralananlara tezliklə şəfa diləyirəm. Qoy Azərbaycan və Cənubi Qafqaz regionu ehtiyac duyduğu və layiq olduğu sülh, təhlükəsizlik və sabitliyini tapsın”, – diplomat vurğulayıb.
Read More »Şəhid Rəşad Qasımov Cəlilabadda dəfn edilib
Ermənistanın törətdiyi təxribatlar nəticəsində şəhid olan Rəşad Qasımov dəfn edilib. Boyukmillet.com xəbər verir ki, əvvəlcə Cəlilabad rayonunun Alar kənd sakini, 2003-cü il təvəllüdlü əsgər Rəşad Qasımovun nəşi doğulduğu kəndə gətirilib. Onunla doğulduğu evdə vida mərasimi keçirilib. Daha sonra şəhid doğulduğu kənddə torpağa tapşırılıb. Qeyd edək ki, şəhid R. Qasımov subay idi.
Read More »Azərbaycan 100-dək Ermənistan hərbçisinin cəsədlərini birtərəfli qaydada təhvil verməyə hazır olduğunu bildirir
Azərbaycan beynəlxalq humanitar hüquqa və humanizm dəyərlərinə sadiqliyini nümayiş etdirərək Ermənistanı atəşkəsə çağırır və cari ilin 12-13 sentyabr tarixlərində ölkəmizin ərazi bütövlüyünə qarşı təxribatın qarşısının alınması nəticəsində ölmüş 100-ə qədər Ermənistan hərbçisinin cəsədlərini birtərəfli qaydada qarşı tərəfə təhvil verməyə hazır olduğunu bildirir. Bu barədə “Report”a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib. Bildirilib ki, bununla əlaqədar …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar