Cümə axşamı , 9 Aprel 2026

autor

“Səssizliyin səsi olaq!” şüarı ilə QHT Şuşaya səfər etdi

Təşkilat rəhbəri Cəmilə Çingizqızı Boyukmillet.com-a bildirib ki, 10 sentyabr Prezident Administrasiyasının dəstəyi ilə Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyi üzvləri “Səssizliyin səsi olaq!” şüarı ilə birgə Şuşa şəhərində olublar. İlk növbədə bu səfəri bizim üçün təşkil edən Administrasiyada QHT lərlə iş sektor müdür Vusal Quliyev təşəkkür edirik. Sosial yönümlü təşkilat olaraq üzvlərimizə göstərilən diqqəti yüksək dəyərləndiririk. Eşitmə …

Read More »

Hüquq müdafiəçiləri Prezidentə müraciət etdi: Jurnalist Əvəz Zeynallı  və vəkil Elçin Sadıqova görə

Ədalət Naminə Həmrəylik Komitəsinə daxil olan bir qrup hüquq müdafiəçisi və jurnalist Prezident İlham Əliyevə müraciət edərək həbs edilmiş jurnalist Əvəz Zeynallının və vəkil Elçin Sadıqovun qətimkan tədbirinin dəyişdirilməsinə yardım etmək çağırışı ilə müraciət edib: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Hörmətli cənab Prezident, Bakının Binəqədi Rayon Məhkəməsi Azərbaycan Baş Prokurorluğunun İstintaq İdarəsinin təqdimatını təmin edərək sentyabrın 11-də jurnalist Əvəz Zeynallı barəsində …

Read More »

Tərtər çayında anası ilə birlikdə batan şəxsin meyiti tapılıb

Tərtər çayında batan Rzayev Qiyas Rasif oğlunun meyiti tapılıb. Boyukmillet.com xəbər verir ki, həmin şəxs avqustun 26-da anası Rzayeva Fizzə Kamil qızı ilə birlikdə itkin düşüb. F.Rzayevanın meyiti həmin gün Tərtər çayının şəhərdən keçən hissəsində tapılsa da, Q.Rzayevin axtarışları bu günə kimi davam edib. Yaxınlarının bildirdiyinə görə, Q.Rzayevin meyiti Tərtər çayının rayonun Düyərli kəndindən keçən Qazyan arxında tapılıb.

Read More »

Ukrayna ordusu Xarkovda əks-hücumunu və İzyum şəhərinin azad olunmasını davam etdirir

Ukrayna ordusu Xarkov vilayətində əks-hücumlarını və İzyum şəhərinin Rusiya hərbçilərindən azad olunmasını davam etdirir. Boyukmillet.com xəbər verir ki, Ukrayna hərbçiləri cənub tərəfdən İzyuma daxil olub, şəhərdə təmizləmə əməliyyatı aparılır. Beləliklə, Rusiya həbrçiləri İzyumdan cənuba çıxışı itiriblər.

Read More »

Heydər Əliyev adına Hərbi İnstitutda növbəti andiçmə mərasimi keçirilib

Heydər Əliyev adına Hərbi İnstitutda yeni qəbul olan kursantların təntənəli andiçmə mərasim keçirilib. Boyukmillet.com xəbər verir ki, mərasimdə hərbi institutun rəhbərliyi, Müdafiə Nazirliyinin hərbi qulluqçuları, şəxsi heyət, müəllimlər, valideynlər, eləcə də ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Təntənəli marşın sədaları altında Heydər Əliyev adına Hərbi İnstitutun Döyüş bayrağı sıra meydanına gətirilib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi …

Read More »

Bolqarıstanın naziri: “Təbii qaz müqabilində Azərbaycana elektrik enerjisi ixrac edə bilərik”

“Azərbaycandan təbii qazın müqabilində elektrik enerjisini ixrac edə bilərik”. Boyukmillet.com xəbər verir ki, bunu ölkənin iqtisadiyyat və sənaye naziri Nikola Stoyanov deyib. Nazir vurğulayıb ki, belə bir imkan var, bu, prinsipcə təsdiqlənib. “Əgər biz onları elektrik enerjisi ilə təmin edə bilsək, bu elektrik enerjisini istehsal etmək əvəzinə, qənaət etdikləri qazı bizə verəcəklər”, – nazir vurğulayıb. Bakıya səfər zamanı bir sıra …

Read More »

BMT baş katibi: “Pakistanda daşqınlar kimi iqlim qırğını görməmişəm”

“Mən Pakistanda daşqınlar miqyasında iqlim qırğını görməmişəm”. Boyukmillet.com xəbər verir ki, bunu BMT baş katibi Antoniu Quttereş tviter hesabında yazıb. “Planetimizin iqlimi istiləşməyə davam etdikcə, bütün ölkələr uyğunlaşma imkanlarını aşaraq, iqlimdən getdikcə daha çox itki və zərər görəcəklər. Bu qlobal böhrandır. Qlobal reaksiya tələb edir”, – BMT rəhbəri əlavə edib.

Read More »

Zaporojye AES fəaliyyətini tamamilə dayandırıb

Ukraynanın Zaporojye Atom Elektrik Stansiyası fəaliyyətini tamamilə dayandırıb. Boyukmillet.com xəbər verir ki, yerli vaxtla saat 03:41-də Zaporojye Atom Elektrik Stansiyasının 6 nömrəli enerji bloku elektrik şəbəkəsindən ayrılıb. Onun soyudulması və soyuq vəziyyətə keçirilməsi üçün hazırlıq işləri aparılır. Daha əvvəl Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossi Zaporojye Atom Elektrik Stansiyasında (ZAES) yeganə işləyən reaktorun da fəaliyyətinin dayandırılmasını mümkün …

Read More »

Kəlbəcər və Laçında mövqelərimiz atəşə tutulub

Kəlbəcər və Laçında mövqelərimiz yenidən atəşə tutulub. Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik, Yellicə, Yuxarı Ayrım və Laçın rayonunun Sadınlar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqeləri sentyabrın 10-u gündüz saatlarından 11-i səhər saatlarınadək Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca, Aşağı Şorca, Zərkənd və Gorus rayonunun Xəzinəvar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.Bölmələrimizin adekvat cavab tədbirləri …

Read More »

Gəncədə mənzildən meyit tapılıb

Gəncə şəhərinin Gülüstan qəsəbəsində, bina 6-da yerləşən mənzillərin birində orta-yaşlı kişinin meyiti aşkarlanıb. Boyukmillet.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən qapısı bağlı mənzilə daxil olunub və orada 1 nəfərin meyiti tapılıb. Onun üzərində gözlə görünən zorakılıq əlamətləri olmadığı, ölüm səbəbinin isə araşdırıldığı bildirilir. Faktla bağlı araşdırmalara başlanılıb.

Read More »