“Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi 01 sentyabr 2022-ci il tarixindən (“Ümid” SİD) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Təhsildə idarəetmənin ictimailəşdirilməsinə dəstək” təşəbbüsü layihəsinin icrasına başlamışdır.Layihənin hədəf ərazisi Bakı şəhəri nəzərdə tutulmuşdur. Bu ərazinin seçilməsinin əsas səbəbi Elm və Təhsil Nazirliyinin müəllim-valideyn-icma münasibətlərini formalaşdırması üçün müəyyənləşdirdiyi pilot məktəblərin əsasən bu ərazidə olmasıdır. Layihənin icra müddəti …
Read More »Ceyhun Bayramov Azərbaycanın Ermənistanla sülh üçün ardıcıl addımlar atdığını bildirib
Azərbaycan Ermənistanla sülh gündəliyini irəli aparmaq üçün ardıcıl addımlar atır. Boyukmillet.com Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinə isitnadən xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridlə telefon danışığında bildirib. Ceyhun Bayramov, 31 avqust 2022-ci il tarixində Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti …
Read More »Azərbaycanın XİN başçısı ilə ABŞ dövlət katibinin köməkçisi arasında telefon danışığı olub
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı olub. Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib. Məlumata görə, telefon danışığı zamanı tərəflər regional vəziyyət, o cümlədən münasibətlərin normallaşması səyləri, ikitərəfli gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Ceyhun Bayramov, 31 avqust 2022-ci il …
Read More »Şəhid ailələri və qazilərin ən etibarlı dayağı dövlətdir – JEM-dən yeni layihə
Jurnalist Ekspert Mərkəzi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə yeni layihənin icrasına başlayıb. “Şəhid ailələri və qazilərin ən etibarlı dayağı dövlətdir” adlanan layihə çərçivəsində internet televiziyası olan Missiya TV-də verilişlər yayımalanacaq. Sentyabrın 1-dən başlayaraq iki ay müddətində həftədə bir dəfə yayımlanacaq verilişlərin aparıcısı layihənin rəhbəri, JEM sədri Ceyhun Musaoğlu olacaq. Verilişlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, YAŞAT Fondunun, …
Read More »Azərbaycan üçün gündəlik neft hasilatı kvotası 717 min barel olacaq
“OPEC plus” sazişi çərçivəsində Azərbaycan üçün gündəlik neft hasilatı kvotası oktyabrda 717 min barel olacaq. Boyukmillet.com-un məlumatına görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov özünün “Twitter” hesabında yazıb. O bildirib ki, “OPEC plus” ölkələri neft bazarında yüksək volatilliyi və aşağı likvidliyi azaltmaq məqsədilə oktyabrda avqustdakı istehsal parametrlərinin tətbiqini qərara alıb: “Azərbaycan üçün gündəlik kvota 717 min bareldir”. Qeyd edək ki, “OPEC+” komitəsi alyansa sazişin avqust parametrlərinə …
Read More »Türkiyənin Baş Qərargah rəisi Azərbaycana gəlib
Türkiyənin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler Azərbaycana səfərdədir. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, işgüzar səfər çərçivəsində ordu generalı Y.Gülerin Bakı Ekspo Mərkəzində keçirilən “ADEX 2022” dördüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisini ziyarət etməsi və bir sıra görüşlərin keçirilməsi planlaşdırılır.
Read More »Səlim Müslümov məhkəmədə özünü təqsirli bilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəmə iclası davam etdirilib. Boyukmillet.com xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktının digər hissəsi elan olunub. İttiham aktında bildirilib ki, təqsirləndirilən şəxs bir qrup şəxslə əlbir olaraq müxtəlif mənimsəmə faktı törədib. Diqqətə çatdırılıb ki, təqsirləndirilən şəxs mənimsədiyi 27 milyon manatın …
Read More »MN: “Ermənistan silahlı qüvvələri Kəlbəcərdə mövqelərimizi yenidən atəşə tutub”
Sentyabrın 4-dən 5-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Aşağı Şorca və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə və Zivel yaşayış məntəqələri istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.
Read More »BMT rəsmisi: “Azərbaycan dünyada minalara ən çox məruz qalmış ölkələrdən biridir”
“Azərbaycan dünyada minalara məruz qalmış ən birinci ölkələrdən biridir”. Boyukmillet.com-un xəbərinə görə, bunu BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreyeva Minatəmizləmə Agentliyinin (ANAMA) yeni loqosunun təqdimatına həsr olunmuş tədbirdə çıxışı zamanı deyib. “Ona görə də Azərbaycanın dəstəyə böyük ehtiyacı var. Biz ANAMA-ya dəstək göstərəcəyik ki, öz funksiyalarını yerinə yetirə bilsin”, – BMT rəsmisi qeyd edib.
Read More »Azərbaycanda oktyabr-dekabr aylarında epidemik alovlanmalar gözlənilir – RƏSMİ
“Bütün hava-damcı infeksiyalarında payız-qış aylarında eyni qanunauyğunluqla epidemik alovlanmalar müşahidə olunur. Bu hal çox güman Azərbaycanda oktyabr-dekabr aylarında müşahidə ediləcək”. Bunu “Report”a açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. T.Eyvazov bildirib ki, hazırda Azərbaycanda koronavurusla əlaqəli epidemioloji vəziyyət müəyyən qədər yüksək səviyyədə stabilləşməkdədir, bəzi günlərdə infeksiyadan sağalanların sayı yeni yoluxanların sayını hətta üstələyir: “Dünyada da eyni tendensiya müşayiət olunur. Eyni …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar