İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin İSBAM sədri Samir Adigozəlli bir müddətdir ki, Diasporla iş üzrə Dövlət Komitəsində baş verən korrupsiya halları barədə kəskin çıxışlar etməkdə davam edir. Onun Komitə sədri Fuad Muradov haqqında söylədikləri ictimaiyyət tərəfindən də müzakirələrə yol açıb. Bu günlərdə Komitə rəhbərliyinə yaxınlığı ilə seçilən şəxs tərəfindən Samir Adigozəllinin hədələnməsi cəmiyyət birmənalı olaraq qarşılanmayıb.İSBAM sədri mətbuata açıqlamasında …
Read More »Daxili İşlər Nazirliyinin idarəsi 3 milyon manatlıq ehtiyat hissələri alır
Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi xidməti avtomobillər üçün ehtiyat hissələrinin, eləcə də şinlərin və akkumulyator batareyalarının alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. Boyukmillet.com xəbər verir ki, tenderin qalibi “Türkər LTD” şirkətidir. Qalib şirkətə 2,769 milyon manat ödəniləcək.
Read More »Hərbi Polisin əməkdaşı: “Bir həftədir Laçındayıq”
“Artıq bir həftədir Laçındayıq. Bölmələrimiz Laçın şəhərini, Zabux və Sus kəndlərini tam nəzarətə götürüb”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”un Laçın şəhərinə ezam olunmuş əməkdaşına Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Polisinin əməkdaşı Nurlan Tağıyev deyib. O bildirib ki, kiçik çavuş olaraq hərbi polisin hərbi polis bölmələrinin xidməti ilə bağlı qarşıda duran tapşırıqları qürurla icra edilir: “Sevinirəm ki, müddətdən artıq xidmət edən hərbi …
Read More »Sabah “Azəriqaz”da media və QHT-lərlə növbəti görüş olacaq
Sabah saat 11:00-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası başlayacaq. Boyukmillet.com xəbər verir ki, aksiya “Facebook” sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir. Suallar baş direktor Ruslan Əliyev tərəfindən cavablandırılacaq.
Read More »Laçın şəhəri, Zabux və Sus kəndlərində minatəmizləmə əməliyyatları davam etdirilir
Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən Laçın şəhəri, Zabux və Sus kəndlərində mühəndis təminatı üzrə tapşırıqlar və minatəmizləmə əməliyyatları davam etdirilir. Boyukmillet.com xəbər verir ki, həmçinin zəruri mühəndis işlərinin görülməsi istiqamətində fəaliyyətlər aparılır. Həmin ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi işləri yüksək peşəkarlıqla yerinə yetirilir. Ərazilərə xüsusi təlimli itlər də cəlb edilib. Xatırladaq ki, bu gün bir qrup kütləvi informasiya …
Read More »Prezident İlham Əliyev slovakiyalı həmkarını təbrik edib
Prezident İlham Əliyev Slovakiya Respublikasının Prezidenti Zuzana Çaputovaya təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli xanım Prezident, Slovakiya Respublikasının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm. İnanıram ki, Azərbaycan-Slovakiya əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq …
Read More »Azərbaycan lideri Özbəkistan Prezidentinə təbrik məktubu ünvanlayıb
Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram. Son dövrlərdə qardaş Özbəkistan Sizin rəhbərliyiniz ilə böyük inkişaf yolu keçmişdir. Dövlətçiliyin möhkəmləndirilməsi, …
Read More »“Mövcud atmosferin formalaşmasında Aİ-nin səyləri yüksək qiymətləndirilməlidir” – RƏY
“Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən sayca dördüncü görüşü prosesin rəsmi Bakının irəli sürdüyü, qarşı tərəfin isə qəbul etdiyi prinsiplər üzərindən irəliyə doğru aparılması və intesivləşdirilməsi baxımından uğurlu hesab etmək olar”. Boyukmillet.com xəbər verir ki, bunu siyasi ekspert Elçin Mirzəbəyli deyib. Onun sözlərinə görə, önəmli olan …
Read More »“Brüssel görüşü Azərbaycan diplomatiyasının və Prezidentinin növbəti qələbəsidir” – RƏY
“Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü istisnasız olaraq Azərbaycan diplomatiyasının və şəxsən İlham Əliyevin növbəti qələbəsi, hücum siyasəti doktrinasının isə təntənəsi hesab edilməlidir. Məsələnin mahiyyətini anlamaq üçün Şarl Mişelin görüşün yekunlarına dair bəyanatına mütləq konseptual yanaşmalıyıq”. Bu sözləri “Report”a açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib. Onun sözlərinə görə, Ermənistan açıq …
Read More »Qırğızıstanda MDB ölkələrinin DİN rəhbərlərinin iclası keçiriləcək
Sentyabrın 8-də Qırğız Respublikasının Çolpon-Ata şəhərində MDB ölkələrinin Daxili İşlər Nazirliyinin rəhbərlərinin iclası keçiriləcək. Boyukmillet.com xəbər verir ki, iclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan və Özbəkistanın daxili işlər nazirləri iştirak edəcək. Onlar Birlik ölkələrində cinayətkarlıqla mübarizə üzrə birgə tədbirləri müzakirə edəcəklər. Tədbirdə Azərbaycanı DİN başçısı Vilayət Eyvazovun təmsil edəcəyi gözlənilir.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar