Cümə axşamı , 9 Aprel 2026

autor

Sanksiyalara görə 10 Rusiya təyyarəsi Almaniya aerodromlarından buraxılmır

Avropa İttifaqının Rusiya təyyarələri üçün hava məkanını bağlamasından beş aydan çox vaxt keçsə də, Rusiyaya məxsus on təyyarə hələ də Almaniya aerodromlarındadır. Boyukmillet.com xəbər verir ki, bu barədə Almaniya Federal Nəqliyyat Nazirliyi məlumat verib. Qeyd olunub ki, sanksiyalara görə təyyarələr havaya qalxma və uçuş qadağasına məruz qaldığı üçün sahibi tərəfindən istifadə oluna və başqa yerə daşına bilməz. Nəqliyyat Nazirliyinin məlumatına …

Read More »

Zelenski: “Rusiya şantajla heç nəyə nail ola bilməyəcək”

Ukrayna terrorun hər təzahürünə, bütün hücumlara cavab verməlidir. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski əhaliyə videomüraciətində bildirib. Onun sözlərinə görə, Ukrayna həmişə sülhə can atıb, dəfələrlə müxtəlif danışıqlar formatlarında Rusiya rəhbərliyinə müharibəni dayandırmağı və Ukrayna torpaqlarını işğaldan azad etməyi təklif edib. “Rusiya öz təbliğat illüziyalarının əsarəti altındadır və hələ də ümid edir ki, guya müxtəlif şantaj formaları …

Read More »

Bakıda 44 yaşlı kişi bıçaqlanıb

Bakıda bıçaqlanma hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb. Binə qəsəbəsində 1978-ci il təvəllüdlü Həsənov Vasif Vaqif oğlu mübahisə zəminində bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qarın boşluğunun bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.

Read More »

Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 186 nəfərə çatıb

Pakistanın Bəlucistan əyalətində mövsümi daşqınlar nəticəsində 186 nəfər ölüb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Dunya News” məlumat yayıb. Məlumata görə, son bir neçə həftə ərzində Bəlucistanda yağan yağışlar və daşqınlar nəticəsində 85 kişi, 45 qadın və 56 uşaq həlak olub. Məlumata görə, daşqınlar səbəbindən təkcə son sutka ərzində daha 10 nəfər ölüb. Təbii fəlakət zamanı habelə daha 75 nəfər …

Read More »

Bayden Salman Rüşdiyə sui-qəsd cəhdindən sarsılıb

ABŞ Prezidenti Cozef Bayden deyib ki, o və həyat yoldaşı Cill Nyu Yorkda yazıçı Salman Rüşdiyə edilən hücumdan sarsılıblar. “Cill və mən Salman Rüşdiyə qarşı vəhşicəsinə hücum xəbərindən sarsıldıq və kədərləndik. Biz bütün amerikalılarla və dünyadakı insanlarla birlikdə onun sağlamlığı və sağalması üçün dua edirik”, – Amerika lideri bildirib. Bayden təhlüksəzilik xidmətinin əməkdaşlarına hadisəyə ilk müdaxilə etmələrinə, Rüşdiyə kömək göstərənlərə …

Read More »

Avropa İttifaqı Gürcüstanda islahat çatışmazlığının olduğunu açıqlayıb

Avropa İttifaqı (Aİ) Gürcüstana Aİ-yə inteqrasiyanın yeni mərhələsinə keçmək üçün zəruri olan islahatlardakı çatışmazlıqları açıqlayıb. Boyukmillet.com xəbər verir ki, nəticə Aİ-Gürcüstan Assosiasiya Şurasının sentyabrın 6-da keçiriləcək iclası üçün hazırlanmış xüsusi hesabatda yer alıb. “Gürcüstan çətin şəraitdə islahatlar yolu ilə getməyə davam edib. Bununla belə, biz qanunun aliliyi, idarəetmə və insan hüquqları kimi əsas sahələrdə geriləməni qeydə aldıq. Gürcüstanın Avropa perspektivini …

Read More »

Xizək alpinizmi üzrə dünya çempionu Alp dağlarında həlak olub

Fransa xilasediciləri Şamonik kommunası yaxınlığındakı Monblan dağ silsiləsinin yamaclarından birində iki nəfərin meyitini aşkar ediblər. Boyukmillet.com xəbər verir ki, ölənlərdən biri xizək alpinizmi üzrə dünya çempionu Adele Millozdur. Hadisənin başvermə şəraiti hələ müəyyən edilməyib. İlkin məlumata görə, 26 yaşlı idmançı heç bir xüsusi təhlükə yaratmayan Peyn zirvəsinə təlimatçı ilə birlikdə klassik hesab edilən standart dırmanma marşrutu ilə gedib. Həyəcan siqnalı …

Read More »

İsraildə atışma zamanı 7 nəfər yaralanıb

İsraildə “Ağlama divarı” yaxınlığında atışma nəticəsində 7 nəfər yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “The Times of Israel” hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Məlumata görə, zərərçəkənlərdən ikisi ağır yaralanıb. Yaralıların hamısı xəstəxanaya çatdırılıb. Qeyd edilir ki, atışma “Ağlama divarı”na aparan yol ilə hərəkət edən avtobusda, həmçinin kral Davudun məzarının yanındakı dayanacaqda olub. Cinayət törətməkdə şübhəli bilinən şəxs hadisə yerindən qaçıb. Qəzet …

Read More »

Zelenski Rusiya ordusunun qüvvə və vasitələrinin məhv edildiyini bildirib

Prezident Volodimir Zelenski Ukraynanın cənubunda Rusiya ordusunun qüvvə və vasitələrinin məhv edildiyini bildirib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı bu barədə son çıxışında qeyd edib. Ukrayna Prezidenti vurğulayıb ki, ölkənin cənubunda gedən döyüşlərdə Rusiya ordusunun güc və vasitələrinin məhv edilməsi ilə bağlı şad xəbərlər var. “Donbasda şiddətli döyüşlər davam edir. Bu istiqamətdə cəbhənin ən qaynar nöqtələri dəyişməzdir – Avdeyevka, Marinka, Peski, …

Read More »

ABŞ BMT vasitəsilə Əfqanıstana 150 milyon dollar ayırır

Amerika Birləşmiş Ştatları BMT-nin üç qurumu vasitəsilə Əfqanıstana 150 milyon dollar yardım edib. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-ın xüsusi nümayəndəsi Tomas Uest bildirib. “Biz Əfqanıstandakı iqtisadi böhranı aradan qaldırmaq üçün səylə çalışırıq. 150 milyon dollar ərzaq təhlükəsizliyi probleminin həllinə, əfqan uşaqlarının məktəbdə qalmasına və qadınların və qızların səlahiyyətlərinin artırılmasına kömək edəcək”, – Uest açıqlamasında bildirib. Onun sözlərinə görə, …

Read More »