Cümə axşamı , 9 Aprel 2026

autor

Hərbi qeydiyyata alınan vətəndaşlar icbari narkoloji müayinəyə göndəriləcək

Nazirlər Kabinetinin “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi Qaydasının təsdiq edilməsi haqqında”, “Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti subyektlərinə həqiqi hərbi xidmətə qəbul edilən və ya bu subyektlərdə xidmət keçən şəxslərin sağlamlığının yoxlanılması Qaydası”nın təsdiq edilməsi haqqında”, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin təsdiq edilməsi …

Read More »

Dövlət proqramı ilə xaricdə təhsil alacaq gənclərin ilk siyahısı təsdiqlənib

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na ilk qəbul prosesinin nəticələri müəyyən olunub. Bu barədə  Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, dövlət proqramına dünyanın 30 ölkəsinə aid 15 prioritet ixtisas sahəsi üzrə 673 nəfər müraciət edib. Müsabiqənin ilkin nəticələrinə əsasən, 80 namizəd bakalavriat səviyyəsi, 149 namizəd isə magistratura səviyyəsi üzrə …

Read More »

Yaponiya hökuməti tam tərkibdə istefa verib

Avqustun 10-da Yaponiya hökuməti tam tərkibdə istefa verib. Bu barədə “Boyukmillet.com” “Kyodo” xəbər agentliyinə istinadən məlumat verir. Ölkənin Nazirlər Kabinetinin növbədənkənar iclası yerli vaxtla saat 11:30-da ( Bakı vaxtı ilə 06:30) başlayıb. Baş nazir Fumio Kişidanın rəhbərliyi ilə Yaponiya hökumətinin yeni tərkibinin tezliklə məlum olacağı gözlənilir. Kabinet dəyişikliyi əvvəlcə sentyabrın əvvəlində baş verməli idi, lakin Kişida yeni kapitalizm iqtisadi konsepsiyasının təşviqini …

Read More »

“Qarabağ”ın prezidenti: “Azərbaycana yaraşan futbol oynadıq”

“Qarabağ”a və Azərbaycana yaraşan futbol oynadıq. Biz səfərdən möhtəşəm qələbə ilə qayıtdıq. Fəxr edirik və çox sevinirik”. Boyukmillet.com-un məlumatına görə, bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Macarıstanda “Ferenstvaroş”u 3:1 hesabı ilə məğlub etdikləri cavab oyunundan sonra Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib. Funksioner artıq pley-off mərhələsində Çexiyanın “Viktoriya” (Plzen) klubu ilə görüşlərə köklənəcəklərini …

Read More »

Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın Konyada görüşü olub

Avqustun 9-da Konya şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olub. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev V İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminə dəvətə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür etdi. Türkiyənin dövlət başçısı da öz növbəsində dəvəti qəbul edib, tədbirdə iştirak etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Dövlətimizin başçısı, …

Read More »

Azərbaycan və Türkiyə prezidentlərinin müzakirə edəcəyi məsələlər açıqlanıb

Bu gün Türkiyənin Konya şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş keçiriləcək. Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir ki, iki ölkə liderlərinin görüş zamanı Ermənistanın Qarabağda törətdiyi son təxribatları və buna cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi “Qisas” əməliyyatını ətraflı şəkildə müzakirə edəcəkləri gözlənilir. Dövlət başçıları tərəfindən həmçinin Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün …

Read More »

Ceyhun Bayramov son gərginliyin səbəbini açıqlayıb

“Ən son gərginlik Qarabağ bölgəsində bir neçə gün bundan öncə baş verib. Bunun əsas səbəbi ondan ibarətdir ki, Vətən müharibəsi başa çatandan və üçtərəfli bəyanat imzalandıqdan sonra biz bir neçə dəfə gərginliyin yaşanmasının şahidi olmuşuq. Bunların hamısının səbəbi Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsidir”. Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin …

Read More »

XİN başçısı: “Ermənistandan öz hərbçilərini Qarabağdan çıxarmasını israrla tələb edirik”

“Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan üçtərəfli bəyanatın bəzi maddələri icra olunub”. Boyukmillet.com  “TRT Haber” istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib. “Azərbaycanın mövqeyi isə odur ki, bütün maddələr yerinə yetirilsin və selektiv yanaşma olmasın. Ən ciddi məsələ Ermənistan hərbçilərinin Qarabağdan çıxarılmasıdır. Bu, həmin üçtərəfli bəyanatın dördüncü bəndi üzrə Ermənistanın öhdəliyidir. Orada göstərilib ki, …

Read More »

Prezident: “İlk dəfə olaraq Azərbaycan idmançıları İslam Həmrəyliyi Oyunlarında qalib ölkəni təmsil edəcəklər”

“İlk dəfə olaraq Azərbaycan idmançıları İslam Həmrəyliyi Oyunlarında qalib ölkəni təmsil edəcəklər. Bu hamımız üçün böyük qürüverici hadisədir”. Boyukmillet.com-un xəbərinə görə, bu fikirləri Prezident İlham Əliyev avqustun 9-da Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edən idmançılarla görüşdə deyib. “Çünki biz artıq müzəffər xalqın nümayəndələri, qalib ölkənin nümayəndələri kimi bu oyunlarda iştirak edəcəyik. Döyüş meydanlarında əldə edilmiş …

Read More »