Cümə axşamı , 9 Aprel 2026

autor

Türkiyə XİN bir neçə müsəlmanın qətlə yetirilməsi ilə bağlı ABŞ-dan açıqlama tələb edib

Türkiyə ABŞ-ın Nyu-Meksiko ştatının Albukerkə şəhərində bir həftə ərzində 3 müsəlmanın öldürülməsi ilə bağlı açıqlama tələb edir. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib. Qeyd olunub ki, noyabr ayından bəri 4, son 1 həftədə isə 3 müsəlmanın öldürülməsi şübhə doğurur və bu, Türkiyənin narahatlığına səbəb olur. Rəsmi Ankara hadisəni törədənlərin ən qısa zamanda tapılmasının və …

Read More »

Bölmə rəisi Bakı-Qazax yolunda qəza törədib, ölən var

Şəmkir rayonunun Kür qəsəbəsi Polis Bölməsinin rəisi Bakı-Qazax yolunda qəza törədib. Boyukmillet.com xəbər verir ki, hadisə avqustun 8-də gecə saat 2 radələrində qeydə alınıb. Belə ki, bölmə rəisi Ədalət Sadıqov idarə etdiyi avtomobillə xidmət zamanı yolun piyada keçidi üçün müəyyən olunmayan ərazisində 1996-cı il təvəllüdlü Samir Sadıqovu vurub. Hadisə yolun qaranlıq hissəsində – Aşağı Quşçu kəndinin yaxınlığında olub. Qəzada xəsarət alan …

Read More »

Nazirlik I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödənişlərin verilməsi ilə bağlı məlumat yayıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Birinci Qarabağ müharibəsi əlilləri birdəfəlik ödənişlərin verilməsi ilə bağlı məlumat yayıb. Nazirlikdən  verilən məlumata görə, Prezident İlham Əliyevin Qarabağ müharibəsi əlillərinə xüsusi qayğısının davamı olaraq icra edilən birdəfəlik ödəmə proqramı uğurla davam edir. Proqram hərbi qulluqçuların sığortası ilə bağlı qanun qəbul edilən tarixədək – 1997-ci il avqustun 2-dək hərbi xidmətdə aldıqları xəsarətlə bağlı əlillikləri …

Read More »

Mövlud Çavuşoğlu Ermənistana xəbərdarlıq edib

“Türkiyə Qarabağda haqlının yanında oldu. Müharibə başlayanda Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsini dəstəklədik”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin xarici ölkələrdəki səfirlərinin 13-cü konfransının açılışında deyib. “Sonra regional əməkdaşlıq üçün səylərimizi davam etdirdik. İndi Ermənistana xatırladırıq ki, təxribatlarını davam etdirməsin”, – XİN başçısı vurğulayıb.

Read More »

Ceyhun Bayramov Ankaraya yola düşüb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin 13-cü Səfirlər konfransında çıxış etmək məqsədilə paytaxt Ankaraya yola düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi tviterdə məlumat yayıb.

Read More »

Azərbaycan Müdafiə Nazirliyi Ermənistana növbəti dəfə xəbərdarlıq edib

Son vaxtlar Azərbaycan-Ermənistan dövlət sərhədində, eləcə də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində baş verən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Boyukmillet.com xəbər verir ki, bu, Azərbaycan Müdafiə Nazirliyinin avqustun 8-də yaydığı məlumatda bildirilib. Qeyd edək ki, ötən sutka ərzində erməni silahlı birləşmələri Azərbaycan Ordusunun mövqelərini ümumilikdə 10 dəfə atəşə tutub.

Read More »

Qanunsuz erməni silahlı dəstələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Ötən sutka ərzində erməni silahlı birləşmələri Azərbaycan Ordusunun mövqelərini ümumilikdə 10 dəfə atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bunlardan 6-sı Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər, Qarakilsə və Gorus rayonları istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini atəşə tutmaqla baş verib. Digər 4 hadisə isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri …

Read More »

Türkiyə ordusu 13 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri “Zeytun Budağı” və “Barış Pınarı” bölgələrində 13 PKK/YPG terrorçusunu zərərsizləşdirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, PKK/YPG terrorçuları antiterror əməliyyatları zonalarının atəşə tutulması və Türkiyə Silahlı Qüvvələrinin nəzarətində olan ərazilərə sızma cəhdi zamanı məhv edilib.

Read More »

Diaspor Gənclərinin III Yay Düşərgəsinin iştirakçıları blogerlərlə görüşüb

Diaspor Gənclərinin Şuşa şəhərində keçirilən III Yay Düşərgəsi çərçivəsində Azərbaycanın tanınmış blogerləri ilə görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, komitə sədrinin müşaviri Cahid Kazımovun moderatorluğu ilə aparılan görüşdə 365.az saytının baş redaktoru, bloger Kubra Məhərrəmova və influenser marketinq şirkətinin rəhbəri Aliyə Cəlil iştirak ediblər. Ata tərəfdən əsillərinin Şuşadan olduğunu söyləyən Kübra Məhərrəmova bildirib ki, diaspor gəncləri üçün düşərgənin mədəniyyət paytaxtımızda …

Read More »

Britaniya kəşfiyyatı: “Ukraynada ən azı 10 rus generalı öldürülüb”

Müharibə başlayandan bəri Ukrayna ordusu azı 10 rus generalını öldürüb. Eyni zamanda, Rusiya qoşunlarının uğursuzluqları ən azı 6 komandirin vəzifəsini itirməyə səbəb olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib. Qeyd olunub ki, Rusiyanın Şərq və Qərb hərbi dairələrinin komandirləri vəzifələrini itiriblər. General-polkovnik A.Çayka 2022-ci ilin mayında vəzifəsindən azad edilib. Çox güman ki, onu …

Read More »