Gənc cüdoçulardan ibarət Azərbaycan milli komandası Ekvadorun Quayakil şəhərində keçiriləcək dünya çempionatına Bakıda hazırlaşır. Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən verilən məlumata görə, qurumun vitse-prezidenti, olimpiya çempionu Elnur Məmmədli, ACF prezidentinin müşaviri Natiq Bağırov, baş katib Rəşad Rəsullu və performans direktoru Mark van der Ham yığmanın təlim-məşq toplanışında iştirak edərək, onların hazırlıqları ilə maraqlanıblar. Məmmədli idmançılara uğurlar arzulayıb, onların ölkəmizə yeni …
Read More »Laçında şəhid olan əsgərlərdən biri Ağstafada, digəri Bakıda dəfn olunacaq
Azərbaycan Ordusunun Laçın rayonunda üzərinə qaya parçası düşməsi nəticəsində həlak olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Əliyev Tahir Çingiz oğlu Ağstafa rayonunda dəfn olunacaq. Boyukmillet.com-un məlumatına görə, 2002-ci il təvəllüdlü Tahir Əliyev Ağstafa rayonunun Xətai kənd sakinidir. Şəhidin nəşi sabah Ağstafa rayonunun Yenigün kənd qəbiristanlığında torpağa tapşırılacaq. Bundan əlavə, hadisə nəticəsində şəhid olan 2003-cü il təvəllüdlü Xudiyev Samir Səməd …
Read More »Azərbaycan Ordusunun Laçında yaralanan əsgəri həlak olub
Avqustun 5-də Laçın rayonunda qaya parçasının düşməsi nəticəsində ağır xəsarət almış əsgər Əliyev Tahir Çingiz oğlu vəfat edib. Boyukmillet.com xəbər verir ki, həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər …
Read More »Rəşad Nəbiyev Qubada vətəndaşları qəbul edib
Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Quba şəhərində vətəndaşlarla görüşüb. Boyukmillet.com xəbər verir ki, qəbulda Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinləri iştirak ediblər. Qəbul zamanı vətəndaşların nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxılıb. Nazir müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin müvafiq …
Read More »Qarabağ iqtisadi rayonu üzrə prioritet peşə və ixtisaslar müəyyən edilib
Qarabağ və Quba-Xaçmaz iqtisadi rayonları üzrə peşə hazırlığı üçün prioritet peşə və ixtisaslar müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, yaxın vaxtlarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən Bərdə və Quba rayonlarında da Peşə Hazırlığı Mərkəzləri istifadəyə veriləcək. Həmin Mərkəzlərdə peşə tədrisinin əmək bazarına uyğun qurulması üçün Agentlik tərəfindən ekspres əmək bazarı araşdırması aparılıb. Araşdırma zamanı 40 …
Read More »APPG Azərbaycanın Britaniyadakı səfirliyinə hücumu pisləyib
“Ötən gün radikalların Azərbaycan səfirliyinə əsassız hücumu qəbuledilməzdir”. Boyukmillet.com xəbər verir ki, bunu Böyük Britaniya parlamentinin iki palatasının deputatları və perlərindən ibarət qeyri-formal partiyalararası qrup (APPG) tviter səhifəsində yazıb. “APPG bu hücumu pisləyir. Səfirliyin əməkdaşlarının təhlükəsizliyinə real təhdid olmasına baxmayaraq, onların zərər görməməsinə görə şadıq. Bu vəziyyəti nizama salan polisə də təşəkkür edirik”, – APPG bildirib. Qeyd edək ki, APPG …
Read More »Azərbaycan səfirliyinə hücum: ehtimallar, nəticələr – ŞƏRH
Ötən gün Azərbaycana münasibətdə beynəlxalq hüquq kobud şəkildə pozulub. Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin binasına özlərini dini qruplaşma üzvü sayan şəxslər hücum edib. Onlar binaya daxil olaraq, vandalizm aktı törədib, eyvanda dini yönümlü bayraqlar qaldıraraq, dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıblar. “Mehdinin xidmətçiləri birliyi” kimdir? Azərbaycan səfirliyinə hücum edən “Mehdinin xidmətçiləri birliyi” (“The Mahdi …
Read More »Antidempinq Xidmət modulundan istifadəyə dair təlim keçirilib
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində antidempinq xidmət modulundan istifadəni özündə əks etirən yeni Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi (MEİS) barədə Dövlət Xidmətinin əməkdaşları üçün təlim keçirilib. Boyukmillet.com xəbər verir ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırlanan bu rəqəmsal platforma Azərbaycan Respublikasında iqtisadi maraqların müdafiəsi məqsədilə yerli istehsal sahəsinə zərər vuran və ya zərər vurma təhlükəsi yaradan …
Read More »Azərbaycan Ordusunun Laçında həlak olan əsgərlərinə şəhid statusu veriləcək
Azərbaycan Ordusunun Laçın rayonunda həlak olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Xudiyev Samir Səməd oğluna şəhid statusu veriləcək. Boyukmillet.com xəbər verir ki, qanunvericiliyə əsasən, Samir Xudiyev şəhid statusu alacaq. Qeyd edək ki, avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər …
Read More »Diaspor gəncləri ilə görüşən incəsənət xadimləri: “Bu, şans deyil, böyük xoşbəxtlikdir”
Şuşada Bülbülün ev muzeyinin həyətində Diaspor Gənclərinin III Yay Düşərgəsinin iştirakçıları ilə görüşən mədəniyyət və incəsənət xadimləri təəssüratlarını bölüşüblər. Diasporla İş üzrə Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, “Azərbaycanfilm” kinostudiyasının baş redaktoru, kinoşünas, kinorejissor, əməkdar incəsənət xadimi Ayaz Salayev düşərgənin çox faydalı tədbir olduğunu bildirib: “Bu tədbir çox gözəl təşkil olunub, hər şey nəzərə alınıb. Təəccüblü və inanılmaz bir hissdir …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar