Avqustun 3-də axşam saatlarında Abşeron rayonu, Xırdalan şəhərində Qalubiyyə küçəsində yerləşən beşmərtəbəli binanın üçüncü mərtəbəsində ilkin ehtimala görə qaz sızmasından baş vermiş partlayışla bağlı Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsində araşdırma davam edir. Boyukmillet.com xəbər verir ki, hazırda rayon rəhbərliyi tərəfindən bütün zərərçəkən ailələrin müvəqqəti kirayə evlə təmin olunması sahəsində işlər görülür. Partlayış nəticəsində zərərçəkən sakinlərin qeydiyyatı aparılır və onların hamısı …
Read More »Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının mühafizə rejimi təsdiqlənib
“Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının mühafizə rejimi” təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Bu Sənəd “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası Qanununun 4.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının mühafizə rejimini müəyyən edir. Qoruğun mühafizə zonasının sərhədləri Şuşa şəhərinin inzibati sərhədlərinə bitişik yerləşən …
Read More »Azərbaycan MN: “Qisas” əməliyyatından sonra Qarabağda və sərhəddə nisbi sakitlikdir”
Azərbaycan Ordusunun keçirdiyi “Qisas” əməliyyatından sonra Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində, o cümlədən dövlət sərhədində nisbi sakitlikdir. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib. Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
Read More »Türkiyənin XİN rəhbəri Malaziyanın Baş naziri ilə ikitərəfli münasibətləri müzakirə edib
Malaziyada səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu ölkənin Baş naziri İsmail Səbri Yaakobla görüşüb. Bu barədə Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir. “Strateji tərəfdaşımız Malaziyanın Baş naziri İsmail Səbri Yaakobla görüşdük. Onun ötən ay ölkəmizə səfəri zamanı qəbul edilmiş qərarları nəzərdən keçirdik”, – M.Çavuşoğlu tviterdə yazıb. O, tərəflərin yenilənmiş Azad Ticarət Sazişi imzalayacağını vurğulayıb. Türkiyə və Malaziya ticarət …
Read More »Abşeronda arvadını bıçaqlayan kişi hadisə yerindən qaçıb
Abşeronda arvadını bıçaqlayan kişi hadisə yerindən qaçıb. Boyukmillet.com xəbər verir ki, hadisə avqustun 2-də saat 23:45 radələrində rayonun Mehdiabad qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbə ərazisində fərdi evdə yaşayan İsmayılov Hüseyn Qurban oğlu qısqanclıq zəminində arvadı İsmayılova Şəhruzə Əzim qızının bədəninin müxtəlif nahiyələrinə bıçaqla xəsarətlər yetirib və sonra hadisə yerindən uzaqlaşıb. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
Read More »Azərbaycan XİN: “Ermənistanın əsassız ittihamlarını qətiyyətlə rədd edirik”
“Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan tərəfini əsassız şəkildə ittiham edən 3 avqust tarixli bəyanatını qətiyyətlə rədd edirik”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında əksini tapıb. Qeyd olunub ki, Ermənistan XİN-in Azərbaycanı üçtərəfli bəyanatı pozmaqda ittiham etməsi riyakarlıqdan başqa bir şey deyildir: “Xatırladırıq ki, Ermənistan tərəfindən üç ölkə liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli bəyanatın …
Read More »ABŞ Qarabağla bağlı narahatlığını bildirib
“Birləşmiş Ştatlar Qarabağ ətrafında intensiv döyüşlər, o cümlədən insan tələfatı ilə bağlı xəbərlərdən dərin narahatdır və onu diqqətlə izləyir. Biz gərginliyi azaltmaq və daha da gərginləşməmək üçün təcili addımlar atmağa çağırırıq”. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilir. “Gərginliyin son vaxtlar artması Qarabağ münaqişəsi ilə bağlı və ya ondan irəli gələn bütün qalan məsələlərin danışıqlar yolu …
Read More »İran nüvə sazişinə qayıdış şərtini açıqlayıb
İran Amerika Birləşmiş Ştatlarından iqtisadi səmərəyə dair zəmanət aldıqda, Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə öhdəliklərinə tam əməl etməyə qayıdacaq. Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu İranın BMT-dəki daimi nümayəndəsi Məcid Taxt-Rəvançi deyib. “İran 2021-ci ilin aprel ayından sazişin tam icrasını bərpa etmək üçün digər iştirakçılarla vicdanla danışıqlar aparır. Bu məqsədə nail olmaq ləngiyir, çünki ABŞ hələ də İranın …
Read More »ABŞ KXDR-lə istənilən vaxt danışıqlara hazır olduğunu bildirib
Birləşmiş Ştatlar Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsində Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə istənilən vaxt, istənilən yerdə danışıqlara açıqdır. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini Bonni Cenkins deyib. “Biz istənilən yerdə və istənilən vaxt Şimali Koreya ilə danışıqlara açığıq”, o, Nüvə Silahlarının Yayılmaması Müqaviləsi üzrə İcmal Konfransında brifinqdə bununla bağlı sualı cavablandırarkən …
Read More »İrəvanda hökumət binası qarşısında etiraz aksiyası olub, saxlanılanlar var
Ermənistanın paytaxtı İrəvanda, hökumət binası qarşısında aksiya olub. Boyukmillet.com xəbər verir ki, paytaxt polisinin əməkdaşları hakimiyyətə etiraz edən qadına qarşı zorakılıq tətbiq ediblər. Bundan sonra o, polis bölməsinə aparılıb. Asayiş keşikçiləri bundan sonra hakimiyyətə dinc etiraz edən qadının saxlanılması səbəblərini polisdən açıqlamağı tələb edən fəal Ovannes İşxanyanı da saxlayıblar. Məlumata görə, polis əməkdaşları tərəfindən daha bir neçə nəfər saxlanılıb.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar