Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Kreml məlumat yayıb. Bildirilib ki, danışıq zamanı Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020 və 2021-ci illər üçün üçtərəfli bəyanatların həyata keçirilməsinin müəyyən praktiki aspektlərinə toxunulub. Ermənistan və Rusiya liderləri müxtəlif səviyyələrdə təmasları davam etdirmək barədə razılığa gəliblər.
Read More »Daşkənd Bəyannaməsi: “Bərpa prosesində Azərbaycana kömək mühüm əhəmiyyət kəsb edir”
“Daşkənd Bəyannaməsi Azərbaycanın postmünaqişə dövründəki bərpa prosesində ərazilərin bərpası istiqamətində səylərinə dəstək göstərilməsinin vacibliyini vurğulayır”. Boyukmillet.com xəbər verir ki, bu barədə bu gün Daşkənddə keçirilən Özbəkistan, Azərbaycan və Türkiyə nazirlərinin üçtərəfli görüşünün yekunlarına dair imzalanmış Daşkənd Bəyannaməsinin mətnində deyilir. “Tərəflər Azərbaycan Respublikasının Qarabağ və Şərqi Zəngəzur regionlarına investisiya yatırmaqla Azərbaycanın postmünaqişə dövründəki bərpa, yenidənqurma və reinteqrasiya prosesində ərazilərin bərpası istiqamətində səylərinə …
Read More »Deputat: Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar istedadlı gənclərin elmə cəlb olunmasına töhfə verəcək
Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman zamanında verilmiş qərardır. Bu Fərman elm və təhsilin inkişafına böyük töhfələr verəcək. Çünki bu sahələr üzrə idarəetmə və struktur islahatlarının aparılması günümüzün tələbidir. Boyukmillet.com xəbər verir ki, bu fikirləri AZƏRTAC-açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Fatma Yıldırım deyib. Deputat bildirib …
Read More »AQC qiymətləndiriciləri sınağa çəkir – Sertifikasiya imtahanı keçiriləcək
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) “Daşınmaz əmlakın növləri üzrə” növbəti sertifikatlaşdırma kurslarına başlayıb. Qurumun İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Pərviz Qulaminin verdiyi məlumata görə, maliyyə və bank sektorundan, qiymətləndirmə şirkətlərindən 31 iştirakçının qatıldığı sertifikatlaşdırma kursları “Demirçi Tauer” biznes mərkəzində təşkil olunub. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, “Vecon Consalting” qiymətləndirmə şirkətinin direktoru Vüqar Orucun, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosentləri İbrahim …
Read More »Fəxrini müdafiə edən Şahmar Hüseynovun cavabsız qoyduğu suallar.
Boyukmillet.com-un redaktoru Sima Babayevanın Amerikada yaşayan soydaşımısın şikayəti əsasında olan qeydlərini sizlərə təqdim edirik. Bu yaxınlarda boyukmillet.com redaksiyasına Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərində yaşayan Haqverdiyev Vüqar Nağı oğlu adlı soydaşımızdan məktub daxil olmuşdu. Vüqar bəy digər bir Haqverdiyevdən Fəxri adlı dövlət məmurundan şikayət edirdi. Edirdi deyəndə ki,elə indi də edir. Bu barədə məqalədə https://boyukmillet.com/socar-in-idar%C9%99-r%C9%99isi-97-min-dollar-borcu-niy%C9%99-qaytarmir/ ətraflı məlumat vermişik. Haqverdiyevlər arasındakı …
Read More »Millət vəkili seçiciləri ilə susuz qalan əkin sahələrini gəzdi – Təqdirəlayiq addım – FOTOLAR
Yayın qızmar günlərində əksəriyyətin istirahət məkanlarına çəkildiyi bir vaxtda Saatlı rayonunun millət vəkili Əziz Ələkbərli seçiciləri ilə birlikdə əkin sahələrində görüntülənib. Boyukmillet.com xəbər verir ki, bu barədə Millət vəkili öz “Facebook” sosial şəbəkəsində paylaşım edib. Hər il olduğu kimi, bu il də pambığın suvarma dövründə Saatlı əhalisi çətin günlər yaşayır. İnsanlar aylarla çəkilən əziyyətin, torpağa qoyulan xərcin bir neçə günün …
Read More »ANAMA vətəndaşlara müraciət edib
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) vətəndaşlara müraciət edib. Agentlikdən daxil olan müraciətdə deyilir: “ANAMA bir daha vətəndaşları işğaldan azad edilmiş ərazilərdə mövcud mina təhlükəsi səbəbindən nizam-intizamlı davranmağa və məsuliyyətli olmağa çağırır”. Qeyd edək ki, avqustun 2-də Füzuli rayonu ərazisində mina partlaması nəticəsində yerli minatəmizləmə şirkətinin əməkdaşı, 1976-cı il təvəllüdlü Hüseynov Qılman Hidayət oğlu, 1990-cı il təvəllüdlü Şükürov Yadigar Dilavər oğlu və …
Read More »İndiyədək Qarabağ və Zəngəzurda 124 hərbçi minaya düşüb, 7-si həlak olub
2020-ci ilin noyabrın 10-dan indiyədək azad edilmiş ərazilərdə minaya düşərək həlak olan və yaralanan hərbçilərin sayı açıqlanıb. Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, hazırkı dövrədək 124 hərbçi minaya düşüb. Nəticədə 7 hərbi qulluqçu həlak olub, 117-si isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xatırladaq ki, 2020-ci ilin noyabrın 10-dan indiyədək azad edilmiş ərazilərdə mina partlaması nəticəsində 32 mülki şəxs həlak olub, …
Read More »Azərbaycan, Türkiyə və Özbəkistan arasında Daşkənd Bəyannaməsi imzalanıb
“Türk dünyasının rifahını yüksəldəcək və əlaqələrimizi gücləndirəcək Daşkənd Bəyannaməsini imzaladıq”. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviterdə yazıb. “Davamlı hala gətirəcəyimiz bu mexanizmlə konkret layihələr həyata keçirəcəyik”, – o vurğulayıb.
Read More »Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, avqustun 3-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-38° isti olacaq. Bakıda gecə 24-26° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-60 % olacaq. Azərbaycanın rayonlarında hava …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar