Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu iki qardaş ölkə arasında imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində “AKINCI silahlı pilotsuz uçuş aparatının istismarı kursu”nda iştirak ediblər. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Türkiyənin “Baykar” müdafiə sənayesi şirkətinin təşkilatçılığı ilə Təkirdağ şəhərində yerləşən Çorlu Təlim Uçuş Mərkəzində keçirilən kursun növbəti buraxılış mərasimi olub. Mərkəzin rəhbəri cənab Halil Akar açılış nitqi …
Read More »Azərbaycanda insanlar arasında kütləvi virus yayılıb
“Son günlərdə uşaq və gənclər arasında kütləvi şəkildə yayılan baş və qarın ağrısı, ürəkbulanma, qusma, qızdırma və ishal halları rotaviruslarıdır. Rotaviruslar çox yoluxucu bir xəstəlikdir, ribonuklein turşusu daşıyıcısı virusudur”. Bunu “Report”a açıqlamasında tibbi elmləri doktoru, professor Adil Qeybulla bildirib. Onun sözlərinə görə, bu virus mövsümi olaraq kütləvi şəkildə yayılır və sonra yoxa çıxır: “Virus həddən artıq yoluxucudur. Ağır diareya törədir. Uşaqların …
Read More »Samir Adıgözəlli: “Çox təəssüflər olsun ki, Diaspor Komitəsi də bu istiqamətdə lazımi fəaliyyət ortaya qoya bilmir”
Azərbaycanlıların bu gün ən sıx məskunlaşdığı, yaşadığı ölkələrdən biri də şimal qonşumuz olan Rusiya Federasiyasıdır. Ona görə də bu ölkədə diasporumuzun daha mütəşəkkil, daha koordinasiya edilmiş şəkildə fəaliyyət göstərməsi günün tələbidir. Ancaq biz görürük ki, hazırda Rusiyada mütəşəkkil fəaliyyət göstərən diaspor təşkilatımız yoxdur. Bir çox qurumlarımız parçalanıb, ən böyük diaspor təşkilatımız olan Ümumrusiya Azərbaycanlıları Konqresinin isə qeydiyyatı ləğv edilib. Hazırda …
Read More »İctimai Şuraların Vahid Onlayn Platformaya inteqrasiyası ilə bağlı təlim keçirilib
İctimai Şuraların Onlayn Platformaya inteqrasiya edilməsi ilə bağlı “İctimaishura.az saytının idarə olunmasında birgə iştirak” adlı təlimlər keçirilib. Təlimin açılışında çıxış edən İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə qeyd edib ki, Azərbaycanın ictimai şuralar ilə bağlı ilk və yeganə vahid onlayn platforması olan İctimaishura.az ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən “FHI 360”, “ICNL” və MG Consulting” təşkilatları ilə …
Read More »Türkiyə Azərbaycana daha 13 minatəmizləyən maşın göndərib
Türkiyə Azərbaycana daha 13 minatəmizləyən maşın verib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. “Qarabağda minalı ərazilərin təmizlənməsində istifadə olunacaq “MEMATT”lar (Mexaniki Mina Təmizləmə Təchizatı) qardaş Azərbaycan üçün xeyirli olsun. Ümumilikdə, qardaş Azərbaycana 20 “MEMATT” verilib”, – nazirlikdən bildirilib.
Read More »Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib
İyulun 30-da Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirlərinin də cəlb olunması ilə xidməti müşavirə keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sədrliyi ilə keçirilən cari ilin …
Read More »Müdafiə naziri ordu komandanlarına yeni tapşırıqlar verib
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun bölmələrində qışa hazırlıq işlərinin plana əsasən tamamlanmasını tapşırıb. Nazir tapşırığını iyulun 30-da Mərkəzi Komanda Məntəqəsində nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirlərinin də cəlb olunması ilə keçirilən xidməti müşavirədə çatdırıb. Müdafiə naziri bölmələrdə xüsusilə …
Read More »Türkiyədə yeni antiterror əməliyyatı başlayıb
Türkiyədə yeni antiterror əməliyyatı başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib. Əməliyyat 1377 nəfərlik şəxsi heyətin iştirakı ilə Şırnak və Siirt bölgəsində keçirilir. “Eren Abluka-27” antiterror əməliyyatı şəhid Ercan Özcanın xatirəsinə həsr olunub.
Read More »Ersin Tatar səlahiyyət müddəti başa çatan Britaniyanın ali komissarını qəbul edib
Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Ersin Tatar səlahiyyət müddəti başa çatan Böyük Britaniyanın ali komissarı Stiven Lilli qəbul edib. Boyukmillet.com xəbər verir ki, Ersin Tatar Kıbrıs məsələsi ilə bağlı Kıbrıs türk tərəfinin fikirlərini bölüşüb və rum tərəfinin güc və sərvəti Kıbrıs türkləri ilə bölüşmək istəməməsi səbəbindən yalnız suveren bərabərlik əsasında iki dövlətli anlaşmanın real və praktiki olacağını vurğulayıb. Tatar Lilliyə …
Read More »Azərbaycan Ordusunda döyüş hazırlığı ilə bağlı yoxlamalar keçiriləcək
Döyüş hazırlığı prosesinin altı aylıq yekun nəticələrinə əsasən Azərbaycan Ordusunun qoşunlarında yoxlamalar keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov iyulun 30-da Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirədə yeni tədris dövründə hərbi qulluqçuların peşəkarlığına və qoşunların döyüş hazırlığına diqqət yetirilməsinə, təlimlərin və səhra məşğələlərinin intevsivliyinin artırılmasına, eləcə də bölmələrin döyüşə hazırolma səviyyəsinin yüksək səviyyədə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar