Cümə axşamı , 9 Aprel 2026

autor

Zəngilan aeroportuna yeni IATA kodu təyin edilib

Zəngilanda yeni inşa edilən beynəlxalq hava limanına ZZE – yeni üçhərfli beynəlxalq kod təyin edilib. Boyukmillet.com xəbər verir ki, müvafiq qətnamə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının sərnişin daşımalarına dair konfransında (IATA Passenger Services Conference) qəbul edilib. “Zəngilan rayonundakı beynəlxalq hava limanı Şərqi Zəngəzurda mühüm infrastruktur layihələrindən biridir. O, regionun sosial-iqtisadi inkişafında əhəmiyyətli rol oynayacaqdır. Zəngilan hava limanına üçhərfli IATA kodunun təyin …

Read More »

ABŞ və müttəfiqləri Rusiya neftinin qiymətini məhdudlaşdırmağa çalışırlar

ABŞ-ın maliyyə naziri Canet Yellen bildirib ki, Vaşinqton Rusiya neftinin qiymətini məhdudlaşdırmaq üçün müttəfiqlərlə işləyir. Boyukmillet.com xəbər verir ki, bu barədə nazir “NBC” telekanalına müsahibəsinə deyib. “Son həftələrdə məşğul olduğum məsələlərdən biri Rusiyanın əldə etdiyi gəlirləri azaltmaq üçün müttəfiqlərimizlə işləməkdir”, – deyə nazir bildirib. Bundan əvvəl ABŞ dövlət katibinin müavini Viktoriya Nuland bildirmişdi ki, ABŞ və onun müttəfiqləri Rusiya neftini …

Read More »

Narkotiki bankalara yığaraq zirzəmidə saxlayan şəxs saxlanılıb

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Güvəkənd kənd sakini Qaçay Namətovun yaşadığı ünvanda narkotik saxlaması barədə polis şöbəsinə əməliyyat məlumatı daxil olub. Həmin ünvan dərhal nəzarətə götürülüb və keçirilən tədbir nəticəsində əvvəllər də eyni əmələ …

Read More »

BNA: “18 müntəzəm marşrut xətti üzrə gecikmələr var”

Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 18 müntəzəm marşrut xətti üzrə 25 avtobusun hərəkət intervalında gecikmələr var. Boyukmillet.com xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. Bildirilir ki, Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq …

Read More »

Tovuzda evdə baş verən yanğında iki nəfər ölüb

Tovuz rayonunun İbrahimhacılı kəndində ümumi sahəsi 144 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və yaxınlıqda ümumi sahəsi 115 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 25 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1954-cü il təvəllüdlü Quliyeva Yaqut Fəryad qızının və 1952-ci il təvəllüdlü Cabbarova Həqiqət Səməd qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Köməkçi tikilinin …

Read More »

Ağalı kəndinə əhalinin köçürülməsinin birinci mərhələsi başa çatıb

Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürülməsinin birinci mərhələsi başa çatıb. İyulun 25-də Abşeron rayonunun Masazır kəndindəki “Zəngilan şəhərciyi”ndən dördüncü köç karvanı yola salınıb. Otuz ilə yaxın yurd həsrəti ilə yaşayan daha 10 ailə – 58 nəfər yeni salınmış və ən müasir infrastrukturu olan kənddə onlara verilmiş evlərdə daimi məskunlaşacaqlar. Köçürülən ailələr, əsasən müvəqqəti məskunlaşma …

Read More »

“Buta Airways”in təyyarəsi Həştərxanda kəskin hava şəraiti ilə əlaqədar Bakıya qayıdıb

“Buta Airways” aviaşirkətinin J2-9235 nömrəli Bakı-Həştərxan reysini yerinə yetirən hava gəmisinin kapitanı Həştərxan hava limanı ətrafında hava şəraitinin kəskin pisləşməsi (zəif görünmə) ilə əlaqədar hava limanına geri qayıtmaq qərarına gəlib. Bu barədə aviaşirkətin Mətbuat xidmətindən bildirilib. Təyyarə saat 17:40-da Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib. Qeyd edilir ki, reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Həştərxana yola düşəcəklər.

Read More »

Qobustanda narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlar saxlanılıb 

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı bir neçə əməliyyat keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən ilk tədbir zamanı üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən rayon sakini Rəcəb Muradov saxlanılıb. Şəxsi axtarış zamanı ondan “patı” kimi tanınan psixotrop maddə – …

Read More »

 “COJEP World Network”un üzvü olan Azərbaycan QHT rəhbərlərinin  Türkiyəyə səfəri baş tutub – FOTO

“COJEP International Netvork-e üzv QHT rəhbərlərinin “COJEP:Könüldən Könülə Türkiye Görüş layihəsi” üzrə Beynəlxalq Əməkdaşlıq Platforması çərçivəsində Türkiye rəsmi dövlət qurumlardında görüşləri gerçəkləşdi.” Boyukmillet.com xəbər verir ki, bu sözləri QHT.az saytına açıqlamasında COJEP Avrasia ölkələri üzrə Koordinatoru, Beynəlxalq Dialoq və İnkişa Alyansının sədri Nüşabə Məmmədova bildirib. COJEP International Netvork-e üzv QHT rəhbərləri Türkiyə İletişim Başkanlığı Başkan Yardımcısı Dr. Çağatay Özdemir və …

Read More »

Azərbaycanda daha 333 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirusa 333 yeni yoluxma qeydə alınıb, 187 nəfər müalicə olunaraq sağalıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Məlumata görə, sutka ərzində koronavirusdan vəfat edən olmayıb. Ölkədə indiyədək 796 474 nəfər koronavirusa yoluxub. Onlardan 784 840 nəfər müalicə olunaraq sağalıb, 9 735 nəfər vəfat edib, aktiv xəstə sayı 1 899 nəfərdir. Ölkədə son sutka ərzində 2 945, hazırkı …

Read More »