Cümə , 10 Aprel 2026

autor

Kiyev əlavə olaraq 30 ədədə qədər HIMARS ala bilər

Ukrayna ABŞ və digər Qərb ölkələrindən daha bir neçə HIMARS raket kompleksi ala bilər. Boyukmillet.com xəbər verir ki, bu barədə Kiyevdə səfərdə olan ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin rəhbəri Adam Smit bildirib. Onun sözlərinə görə, Vaşinqton bacardığı qədər HIMARS verməyə hazırdır. “Düşünürəm ki, indi məqsəd 25-30 reaktiv yaylım atəşi sistemlərinin sayına çatmaqdır. Bu, HIMARS və Böyük Britaniya və …

Read More »

Meksikada yaşayış binasında partlayış olub, ölən və xəsarət alanlar var

Meksikanın qərbindəki Xalisko ştatının paytaxtı Qvadalaxarada yaşayış binası güclü partlayış nəticəsində dağılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə regional Fövqəladə Hallar İdarəsi tviter səhifəsində məlumat yayıb. Məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, daha 7 nəfər xəsarət alıb. “Beş binaya və üç avtomobilə ziyan dəyib, yeddi nəfər yaralanıb, bir nəfər ölüb”, – paylaşımda deyilir. Zərərçəkənlər, o cümlədən iki azyaşlı xəstəxanaya …

Read More »

Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb

Biləsuvar rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə Biləsuvar – Bəhrəmtəpə avtomobil yolunun rayonun İsmətli kəndindən keçən hissəsində qeydə alınıb. Qəza zamanı “VAZ-21015” markalı minik avtomobili piyada, 1986-cı il təvəllüdlü Fərhadov Fərhad Ələddin oğlunu vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Read More »

Goranboyda mikroavtobus aşıb, 15 nəfər xəsarət alıb

Goranboyda fəhlələri daşıyan mikroavtobus aşıb, çox sayda xəsarət alanlar var. Boyukmillet.com xəbər verir ki, hadisə Qaramusalı kəndində qeydə alınıb. Fəhlələri daşıyan “Mercedes” markalı mikroavtobus idarəetmədən çıxaraq aşması nəticəsində 15 nəfərə yaxın sərnişin müxtəlif xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların şəxsiyyətləri dəqiqləşdirilir. Faktla bağlı araşdırmalara başlanılıb.

Read More »

Türkiyə İsveçdən terrorçuların tərəfdarlarına qarşı tədbir görülməsini tələb edib

Rəsmi Ankara İsveçin səlahiyyətli şəxslərindən PKK/YPG tərəfdarlarının aksiyasının təşkilatçılarının aşkarlanması və onlara qarşı ədalətli, qanuni tədbir görülməsini tələb edib. Boyukmillet.com xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi İsveçin Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkilinə qarşı belə bir tələb irəli sürüb. Diplomata PKK/YPG terror təşkilatlarının fəaliyyəti ilə bağlı kəskin etiraz ifadə olunub. Türkiyə PKK/YPG terror təşkilatı tərəfdarlarının iyulun 21-də İsveçin Göteborg şəhərində …

Read More »

Mənsimovun fırıldaqçı oyunları hələ də bitmir

Boyukmillet.com saytının redaktoru Sima Babayeva öz facebook hesabında iş adamı Mübariz Mənsimov haqda maraqlı paylaşım edib. Həmin paylaşımı sizlərə təqdim edirik: Aldığımız məlumata görə, Türkiyədə fəaliyyət göstərən iş adamı Mübariz Mənsimov xalqa müraciət edib.Müraciətdə bildirir ki, olmayan şirkətimə işci tələb olunur.Yazıq millətimiz tez əşyalarını toplayıb İstanbula getməyə tələsiblər. Tələsməyin çünki, nə şirkət, nə də iş var. Yalnız yalan vədlər var. …

Read More »

QMİ sədri: “Erməni kilsəsi Azərbaycana qarşı böyük yalan təbliğat aparır”

“Erməni kilsəsi Azərbaycana qarşı yalan üstündə qurulmuş çox böyük təbliğat aparır. Onlar dünyaya Azərbaycanda erməni kilsələrinin dağıdıldığını, onların məscidlərə, alban-udin kilsələrinə çevrilməsi barədə yalan məlumatlar yayırlar”. Boyukmillet.com xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Gürcüstana rəsmi səfərinin yekunlarına dair jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Gürcüstan Pravoslav Kilsəsinin nümayəndələrinin Azərbaycana, Qarabağa səfərinin təşkil edilməsi nəzərdə tutulur: “Azərbaycana …

Read More »

Azərbaycan Ordusunun əsgəri Kəlbəcərdə itkin düşüb

İyulun 23-də günorta saatlarında Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İbayev Kamiz Mübariz oğlu dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində itkin düşüb. Bu barədə Müdafiə Nazirliyindən bildirilib.Hərbi qulluqçumuzun axtarışı istiqamətində müvafiq tədbirlər görülür.Hazırda faktla bağlı araşdırma aparılır.

Read More »

Azərbaycan Ukrayna, Türkiyə və Rusiya arasında taxıl sazişini alqışlayır

Azərbaycan BMT-nin dəstəyi ilə Ukrayna, Türkiyə və Rusiya arasında taxıl ixracına dair sazişləri alqışlayır. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviter səhifəsində məlumat verilib. “Biz taxıl ixracı sazişinin imzalanmasını və Türkiyə ilə BMT-nin uğurlu vasitəçilik səylərini alqışlayırıq. Bu, qlobal ərzaq təhlükəsizliyinə mühüm töhfədir. Biz sazişin tezliklə həyata keçirilməsini səbirsizliklə gözləyirik”, – paylaşımda deyilir. Qeyd edək ki, …

Read More »

Səudiyyə Ərəbistanı və İraq Avropaya neft tədarükünü xeyli artırıb

Rusiyanın enerji daşıyıcılarından tədricən imtina fonunda Səudiyyə Ərəbistanı və İraq Avropaya neft tədarükünü artırır. Boyukmillet.com “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə “Bloomberg” yazıb. Yaxın Şərqdən tədarüklər gündə 2,2 milyon barelə qədər arta bilər. Bu, yanvar ayı ilə müqayisədə 90% çoxdur. Səudiyyə Ərəbistanı neftlə dolu tankerləri Misirə çatdırır, oradan xammal Qırmızı dənizdəki Ayn Sohna terminalını Aralıq dənizindəki Sidi Kerir limanı …

Read More »