Prezident İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com-un xəbərinə görə, məktubda deyilir: “Hörmətli cənab Prezident, Misir Ərəb Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm. Bu il diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edən ölkələrimiz arasındakı əlaqələrin hazırkı səviyyəsi məmnunluq doğurur. …
Read More »Küləkli hava şəraiti həftə sonunadək davam edəcək, arabir yağış yağacaq
Küləkli hava şəraiti həftə sonunadək davam edəcək, arabir yağış yağacaq Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında həftə sonunadək küləkli hava şəraitinin davam edəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s olacağı, 24-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Rayonlarda iyulun 25-i gündüzədək bəzi yerlərdə qeyri-sabit hava şəraitinin davam edəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı …
Read More »Türkiyənin İraqdakı hərbi bazası raket atəşinə tutulub
İraqın şimalındakı Neyva əyalətində yerləşən Türkiyənin Zlikan hərbi bazası raket atəşinə tutulub. Boyukmillet.com xəbər verir ki, bu barədə “Əl-Sumariya” telekanalı məlumat yayıb. Qeyd olunub ki, hərbi baza istiqamətində 3 raket atılıb. Xatırladaq ki, iyulun 20-də İraqın şimalındakı Zaxo kurort şəhərinin atəşə tutulması nəticəsində 9 nəfər həlak olub, daha 33 nəfər yaralanıb. İraq hakimiyyəti hücumda Türkiyəni ittiham edib. Öz növbəsində Türkiyənin xarici …
Read More »Yasəmən Möhübbətqızı-“Qəzet həyatımızın aynasıdır”
Müdrik H.B.Zərdabi yazırdı: “Hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun… yaxşı-yamanlığını aşkar eləsin. Xalqın hər bir dərdi və xahişi o qəzetdə çap olunsun ki, o qəzetə baxanlar xalqı aynada görən kimi görsünlər”.. “Özüm mətbuat işçisi olaraq, bu sahədə çalışan, cəmiyyətə ayna olan imzaları diqqətlə izləyirəm.” Qarabağdan, ölkədə baş verən siyasi proseslərdən, yoxsulluqdan, şəhid anasından, sevgidən, insani münasibətlərindən, cəmiyyətin …
Read More »İran öz neftini dünya bazarlarına çıxara bilər
İranın nüvə sazişinə qaytarılması ölkəyə öz neftini dünya bazarlarına çıxarmağa və sanksiyalar məsələsində yumşalmağa imkan verəcək. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ dövlət katibinin müavini Viktoriya Nuland deyib. “İran istəsə, o zaman nefti yenidən dünya bazarlarına çıxacaq və sanksiyaların bir hissəsi qaldırılacaq. Lakin indiyədək İranın bu yola əl atdığını görməmişik”, – Nuland bildirib. Amerikalı xanım diplomat vurğulayıb ki, İran nüvə …
Read More »Almaniya kansleri: “Rusiyadan qaz tədarükünə artıq etibar etmək olmaz”
Almaniya kansleri Olaf Şolts bildirib ki, Rusiyadan qaz tədarükünə artıq etibar etmək olmaz. Boyukmillet.com xəbər verir ki, bu barədə “ZEIT” nəşri yazıb. Kansler Rusiyanı təhlükəli qaz təchizatçısı hesab edir. Onun sözlərinə görə, gələcəkdə təchizat indikindən daha təhlükəsiz olmayacaq. “Biz ölkə olaraq bu vəziyyətdən çıxmaq üçün əlimizdən gələni edəcəyik”, – deyə o vurğulayıb. Xatırladaq ki, daha əvvəl Almaniya hakimiyyəti qaz ehtiyatlarının …
Read More »AZƏRTAC-ın Türkiyə bürosunun rəhbəri Avrasiya Yazarlar Birliyinin “Şərəf” medalına layiq görülüb
AZƏRTAC-ın Türkiyə bürosunun rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtı Ankarada fəaliyyət göstərən Avrasiya Yazarlar Birliyinin (AYB ) “Şərəf” medalına layiq görülüb. Boyukmillet.com xəbər verir ki, bu barədə AZƏRTAC-a AYB-nin sədri, yazıçı-publisist Yaqub Öməroğlu məlumat verib. Sabir Şahtaxtının Avrasiya Yazarlar Birliyi ilə bütün istiqamətlərdə fəal əməkdaşlıq etdiyini diqqətə çatdıran Yaqub Öməroğlu deyib ki, yazıçının son beş ildə Türkiyədə nəşr olunan …
Read More »Bərdədə media nümayəndələri ilə görüş keçirilib
Bərdə Regional Mədəniyyət İdarəsində Milli Mətbuat Günü münasibətilə bir qrup media nümayəndələri ilə görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, görüşdə Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova, mədəniyyət işçiləri, bir qrup mətbuat nümayəndələri iştirak edib. Öncə tədbir iştirakçıları Vətən uğrunda canından keçmiş şəhid jurnalistlərin guşələri önünə gül dəstələri qoyub və eyni zamanda hərbi jurnalist Şöhrət Eyvazoğlunun Vətən müharibəsində düşməndən qənimət …
Read More »Ceyhun Bayramov Rusiyanın Azərbaycan-Ermənistan münasibətləri üzrə xüsusi nümayəndəsi ilə görüşüb
İyulun 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib. Bu barədə Azərbaycan XİN-dən məlumat verilib. Görüşdə bölgədəki cari vəziyyət ətrafında, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi çərçivəsində müxtəlif istiqamətlər üzrə atılan addımlar üzrə fikir mübadiləsi aparılıb. Tərəflər, bölgədə sülh və təhlükəsizliyin təmin edilməsi üçün …
Read More »Hovuzda qadınları çəkərək sosial şəbəkədə yayan şəxs saxlanılıb
Hovuzda qadınları çəkərək sosial şəbəkədə yayan şəxs saxlanılıb. Boyukmillet.com bu barədə DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir. Həmin görüntülər sosial şəbəkələrdə yayılandan sonra polis tərəfindən dərhal araşdırma aparılıb və həmin videonun müəllifinin Əmrah Məhərrəmov olması müəyyən edilərək saxlanılıb. Onun barəsində toplanmış materiallar məhkəməyə təqdim edilib. Məhkəmənin qərarı ilə o, inzibati qaydada 20 sutka həbs edilib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar