Bakının Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Zəngəzur küçəsində yaşayan ikinci qrup əlil olan sakin Rzayev Ədil Ariz oğlu Azinforum.az-la əlaqə saxlayaraq, ona məxsus tikilinin özlərini həmin rayonun İcra Hakimiyyətinin məsul şəxsləri kimi təqdim edən Səxavət və Dəyanət adlı şəxslər tərəfindən dağıdıldığını deyir. Boyukmillet.com xəbər verir ki, hadisə yerində olan Azinforum. az-ın reportyor qrupunun hazırladığı reportajı təqdim edirik. Videoda səslənən ittihamlarla bağlı …
Read More »Azərbaycanlı gənc Çində keçirilən Dünya Kimya Olimpiadasında gümuş medal qazandı
İyulun 8-i və 18-i tarixlərində Çində keçirilən Dünya Kimya Olimpiadasında həmyerlimiz Nəriman Şirinov gümüş medal qazanıb. Boyukmillet.com xəbər verir ki, o son iki ildə 3 gümüş və 3 bürünc olmaqla iştirak etdiyi 6 olimpiadanın hər birində medala layiq görülüb. Qeyd edək ki, bu haqda məlumatı onun valideyini Elşən Şirinov öz facebook hesabında paylaşıb. Ayna Fərhad
Read More »Ukraynanın Rusiya nəzarətində olan kənd və qəsəbələrinin sayı açıqlanıb
Bu günə kimi ukraynalı müdafiəçilər Ukraynanın mindən çox şəhər və kəndini rus işğalçılarından azad ediblər. Qarşıda 2500-dən çox kiçik kənd və qəsəbənin işğaldan azad edilməsi dayanır. Boyukmillet.com xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib. “Biz artıq düşmənin ilk olaraq ələ keçirdiyi mindən çox şəhər və kəndi azad etmişik. Biz 2500-dən çox kiçik kənd və qəsəbəni azad etməliyik”, …
Read More »Putin Ukrayna taxılının ixracının şərtini açıqlayıb
Moskva Rusiyanın ərzaq məhsullarının ixracına qoyulan bütün məhdudiyyətlərin aradan qaldırılması şərti ilə Ukrayna taxılının ixracını asanlaşdırmağa hazırdır. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bəyan edib. “ABŞ ərzaq bazarında vəziyyəti yaxşılaşdırmaq istəyirsə, Rusiya taxıl ixracına qoyulan bütün məhdudiyyətləri aradan qaldırmalıdır.Türkiyə Cümhuriyyəti və şəxsən prezident Rəcəb Tayyib Ərdoğan Ukrayna taxılının ixracı ilə bağlı razılığa gəlmək üçün çox işlər görüblər. Amma …
Read More »Qazaxda kişi həyat yoldaşına baltayla xəsarət yetirib
Qazax rayonunda qadın həyat yoldaşı tərəfindən baltalanıb. Boyukmillet.com xəbər verir ki, hadisə rayonun Qarapapaq kəndində qeydə alınıb. Kənd sakini- 1982-ci il təvəllüdlü İlhamə Xasməmmədovaya başından və qollarından baltayla ağır xəsarətlər yetirilib. Hazırda cərrahiyyə əməliyyatı olan qadının vəziyyəti ağır olaraq qalır. Hadisənin həyat yoldaşı tərəfindən qısqanclıq zəminində törədildiyi bildirilir. Faktla bağlı araşdırmalara başlanılıb.
Read More »Britaniyada baş nazir seçkilərinin növbəti mərhələsinə üç namizəd keçib
Böyük Britaniyanın keçmiş bərabərlik və yerli özünüidarəetmə naziri Kemi Beydnok seçkilərin dördüncü turundan sonra Mühafizəkarlar Partiyasının lideri və müvafiq olaraq ölkənin baş naziri postu uğrunda mübarizəni dayandırıb, üç namizəd mübarizəni davam etdirir. Boyukmillet.com xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb. Səsvermənin nəticələrini “Sky News”un efirində “1922-ci il Komitəsi”nin (Böyük Britaniya İcmalar Palatasındakı Mühafizəkarlar Partiyasından olan parlament qrupu) rəhbəri …
Read More »BMT Baş katibi biomüxtəlifliyin qorunması üçün ildə 500 milyard dollar ayırmağa çağırıb
Dünya birliyi biomüxtəlifliyi təmin etmək üçün hər il təhlükəli sənayelərin maliyyələşdirilməsinə cəlb olunan 500 milyard ABŞ dollarını yönləndirməlidir. Boyukmillet.com xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antoniu Quterriş dünya təşkilatının Baş Assambleyasının təbiətin mühafizəsinə həsr olunmuş iclasının iştirakçılarına videomüraciətində bildirib. “Biz 2030-cu ilə qədər biomüxtəlifliyin illik 700 milyard dollarlıq maliyyə boşluğunu bağlamalıyıq. Zərərli istehsallara ayrılan illik 500 milyard dollarlıq …
Read More »Türkiyənin ailə və sosial xidmətlər naziri ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanı və Türk Şəhidliyini ziyarət edib
Azərbaycanda işgüzar səfərdə olan Türkiyənin ailə və sosial xidmətlər naziri Derya Yanık Fəxri Xiyabanda ümmilli lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Türk Şəhidliyi abidəsini ziyarət edib. Nazir Dərya Yanıkı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova müşayiət edib. Şəhidlər Xiyabanını ziyarət edən nazir şəhidlərin məzarları üzərinə gül dəstələri düzüb, Əbədi Məşəl abidəsi önünə əklil …
Read More »Ceyhun Bayramov Avropa Komissarı ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə Məsələləri üzrə Komissarı Oliver Varhelyi ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə Məsələləri üzrə Komissarı Oliver Varhelyi tviterdə yazıb. Görüşdə Cənubi Qafqazdakı vəziyyət, Ukraynadakı müharibə, enerji məsələləri müzakirə olunub. “Bu çətin dövrlər Aİ-Azərbaycan enerji tərəfdaşlığını Komissiyanın illərdir üzərində işlədiyi ikitərəfli münasibətlərin əsas mərkəzinə qoyub”, …
Read More »ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayıracaq
Amerika Birləşmiş Ştatları (ABŞ) bu həftə Ukraynaya HIMARS reaktiv yaylım atəş sistemi və döyüş sursatları, həmçinin artilleriya mərmiləri daxil olmaqla yeni hərbi yardım paketi ayıracaq. Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib. “Bu həftənin sonunda administrasiya prezident tərəfindən Ukrayna üçün yeni silah və hərbi texnika paketinin …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar