Cümə , 10 Aprel 2026

autor

KİV: “Türkiyə-Ermənistan sərhədi minalardan təmizlənir”

Türkiyə-Ermənistan sərhədinin minalardan təmizlənməsinə başlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “gazeteKars” məlumat yayıb. Bildirilib ki, Türkiyə-Ermənistan sərhədinin minalardan təmizlənməsini İsrail şirkət həyata keçirir. Qeyd edilib ki, Qars əyalətinin Hakyaka rayonunun İbiş kəndində 20 gündür minalardan təmizləmə işləri görülür. Məlumata görə, gündəlikdə duran əsas məsələ “Doğukapı” sərhəd-keçid məntəqəsinin, “Alican” avtomobil və dəmir yolunun açılmasıdır. Rəsmi qurumlara məsələni şərh etməyib.

Read More »

Türkiyə, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşünün təxmini gündəliyi açıqlanıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya dövlət başçısı Vladimir Putin və İran Prezidenti İbrahim Rəisinin üçtərəfli görüşünün təxmini gündəliyi açıqlanıb. Boyukmillet.com xəbər verir ki, məlumatı “Hurriyet” yayıb. Bildirilib ki, Türkiyə, Rusiya və İran təminatçı ölkələr olaraq Suriyadakı vəziyyət, o cümlədən bu ölkənin yeni Konstitusiyasının hazırlanması və siyasi problemin həlli prosesini müzakirə ediləcək. Zirvə toplantısında terrora qarşı mübarzə, terrorçu PKK/YPG-PYD qruplaşması …

Read More »

Sabirabadda qazinin özünü yandıraraq intihar etməsi ilə bağlı araşdırmalara başlanılıb

Sabirabadda qazinin özünü yandıraraq intihar etməsi ilə bağlı araşdırmalara başlanılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Sabirabad rayonu Qalağayın kənd sakini, 1987-ci il təvəllüdlü Elvin Cəfərovun özünü yandıraraq intihar etməsi faktı ilə bağlı hazırda Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.

Read More »

Xaçmazda 375 kiloqram narkotik bitki aşkarlanıb

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin külli miqdarda kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Namik Kamalovu saxlayıblar. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin rayonun Nağıoba kəndi ərazisindəki meşə sahəsində əkib yetişdirdiyi 1948 ədəd (ümumi …

Read More »

Azərbaycan Futzal Federasiyasının rəhbərliyində dəyişiklik edilib

Azərbaycan Futzal Federasiyasının strukturunda dəyişiklik olub. Qurumdan verilən məlumata görə, vitse-prezident Rəmiş Malıyev tutduğu vəzifədən və İcraiyyə Komitəsinin üzvlüyündən azad olunması barədə müraciət edib. Elşən Abasov və Rövşən Mirzəyev AFF-nin İcraiyyə Komitəsinin üzvü seçilib. E. Abasov həm də federasiyanın vitse-prezidenti vəzifəsinə təyin edilib.

Read More »

İranda məcburi hicaba qarşı kampaniya başlayıb

İranda məcburi hicaba qarşı “Hicabsız hicab” şüarı altında kampaniya başlayıb. Boyukmillet.com xəbər verir ki, məlumatı “İran İnternational” yayıb. Kampaniya ölkənin müxtəlif şəhərlərində dəstəklənib. Vətəndaşlar bununla məcburi hicab geyinməyə və hakimiyyətin zorakılıqlarına etiraz etdiklərini bildiriblər. İranın daxili işlər naziri Əhməd Vahidi məsələ ilə bağlı deyib ki, iffət və hicab kimi məsələləri danışıq və öyüd-nəsihətlə həll etmək mümkündür. Onun sözlərinə görə, hicaba nəzarət …

Read More »

Neftin qiyməti 100 dollardan aşağı düşüb

Çin iqtisadiyyatı və tələblə bağlı perspektivlər fonunda dünya bazarlarında neftin qiyməti 100 ABŞ dollarından aşağı düşüb. Boyukmillet.com birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin sentyabr fyuçersləri 0,07% ucuzlaşaraq 1 bareli 99,42 ABŞ dollarına satılıb. WTI neftinin avqust fyuçerslərinin qiyməti isə 0,22% aşağı düşərək 1 bareli 95,63 ABŞ dolları təşkil edib. Çində koronavirusla bağlı vəziyyətin pisləşdiyi bir …

Read More »

Ukrayna Baş Qərargahı: “Son sutkada 100 rusiyalı hərbçi məhv edilib”

“Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 37 570 hərbçisi məhv edilib”. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında deyilir. Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələri son sutka ərzində isə 100 rusiyalı hərbçini məhv edib. Məlumata görə, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 649 tank, 3 832 zirehli döyüş maşını, 839 artilleriya sistemi, 247 …

Read More »

İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Azərbaycana gəlir

İranın ali rəhbəri ayətulla Seyid Əli Xaməneinin xüsusi nümayəndəsi, Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi admiral Əli Şamxani iyulun 15-də Azərbaycana səfər edəcək. Boyukmillet.com  xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb. Səfər Azərbaycan Milli Təhlükəsizlik Şurasının katbi Ramil Usubovun dəvəti əsasında həyata keçiriləcək. Səfər çərçivəsində Əli Şamxani Azərbaycan rəhbərliyi ilə bir sıra görüşlər keçirəcək. Görüşlərdə ikitərəfli münasibətlər, regionda və dünyada …

Read More »