İyulun 10-a gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, Bakıda gecə 22-24° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 45-50 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək. Havanın …
Read More »Azərbaycan Ordusunun əsgəri həlak olub
Azərbaycan Ordusunun əsgəri həlak olub. Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, iyulun 8-i saat 21 radələrində Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Bayramov Hüseyn Ruslan oğlunun ona təhkim edilmiş avtomat silahdan açılmış atəş nəticəsində ölməsi faktı ilə bağlı Hərbi prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmaqla hazırda istintaq aparılır.
Read More »Bərdə xəstəxanasında ana doğuşdan sonra ölüb
Bərdə rayonunda ana doğuşdan sonra ölüb. Boyukmillet.com xəbər verir ki, hadisə ötən gün baş verib. Bərdə rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə gətirilən Tərtər rayonu Əskipara kənd sakini, 24 yaşlı Əsədova Sahilə Natiq qızı qeysəriyyə əməliyyatından bir neçə gün sonra dünyasını dəyişib. O, iyulun 5-də uşaq dünyaya gətirmək üçün xəstəxanaya müraciət edib. S.Əsədova qeysəriyyə əməliyyatından sonra böyrək çatışmamazlığı diaqnozu ilə xəstəxanada …
Read More »Bakı sakini qardaşının həyətinə qumbara atıb, partlayış olub
Bakı sakini qardaşının həyətinə qumbara atıb, partlayış olub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə iyulun 8-də saat 1 radələrində Maştağa qəsəbə sakini R.İsakovun xuliqanlıq zəminində qonşuluqda yaşayan qardaşı Rəşadın həyətinə qumbara atması barədə məlumat daxil olub. Partlayış nəticəsində evin pəncərə şüşələri sınıb, divarı zədələnib, yerin beton örtüyü dağılıb, xəsarət alan olmayıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış …
Read More »XİN-in rəhbər heyəti Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib
Bu gün Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı münasibətilə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) rəhbər heyəti və diplomatik nümayəndəliklərin rəhbərləri Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib. Boyukmillet.com xəbər verir ki, bu barədə XİN tvitterdə paylaşım edib. Qeyd edək ki, 9 iyul Azərbaycan Xarici İşlər Nazirliyi diplomatik xidmət orqanlarının yaradılması günüdür.
Read More »Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,53 ABŞ dolları, yaxud 1,28% artaraq 121,25 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərraclarda “Brent” markalı neftin sentyabr fyuçersləri 107,15 ABŞ dollardan satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dolları götürülüb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci …
Read More »“Əziz Şuşa” beynəlxalq veloyürüşünün açılış mərasimi keçirilib
“Əziz Şuşa” beynəlxalq veloyürüşünün açılış mərasimi keçirilib. Boyukmillet.com-un məlumatına görə, Bakı şəhərinin Pirallahı rayonunda “Nərəkənd” parkında baş tutan tədbirdə əvvəlcə iştirakçı komandalar təqdim olunub. Daha sonra söz Azərbaycan Velosiped Federasiyasının (AVF) prezidenti Mədət Quliyevə verilib. M.Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin adından yarış iştirakçılarını salamlayıb. Azərbaycanı dünyada nümunəvi, tolerant ölkə kimi dəyərləndirən federasiya rəhbəri yarışı keçirməkdə məqsədlərinin dünya velosiped ailəsində sıx …
Read More »Ukrayna Prezidentinin Ofisi: “Bir gecədə Rusiyanın 20 anbarını məhv etdik”
“Ötən gecə Rusiyanın arxa cəbhədə 20-dək silah-sursat anbarını məhv etmişik”. Boyukmillet.com UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident ofisi rəhbərinin müşaviri Oleksey Arestoviç ABŞ-ın HIMARS reaktiv yaylım atəşi sisteminin üstünlüyündən danışarkən vurğulayıb. Onun sözlərinə görə, Rusiya hərbçilərinin irəliləməsinin qarşısını almaq üçün onların arxa cəbhəsində anbarlarının məhv edilməsi çox vacibdir: “70 km-lik məsafəyədək dəqiq zərbə nəticəsində rəqib yeni anbarları cəbhə …
Read More »Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir: “Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər! Qurban bayramı münasibətilə Sizi ürəkdən təbrik edir, şərəfli xidmətinizdə uğurlar arzulayıram. Hər il ölkəmizdə dövlət səviyyəsində qeyd olunan müqəddəs Qurban bayramı xeyirxahlıq və mərhəmət duyğularının təntənəsini özündə təcəssüm …
Read More »Xocavənddə Azərbaycan Ordusunun yeni hərbi hissəsi istifadəyə verilib
Müdafiə naziri general-polkovnik Zakir Həsənov, nazirliyin digər rəhbər heyəti və Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Qurban bayramı günündə Xocavənd rayonu ərazisində yeni istifadəyə verilmiş hərbi hissənin açılışını edib. Müdafiə Nazirliyindən verilən məlumata görə, döyüş hazırlığının və qoşun xidmətinin yüksək səviyyədə təşkili, eləcə də şəxsi heyətin məişət şəraitinin təmin edilməsi məqsədilə inşa edilmiş hərbi şəhərcik ərazisindəki qərargah, yeməkxana, tibb …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar