Cümə , 10 Aprel 2026

autor

Prezident ARDNF-in ötənilki büdcəsinin icrasını təsdiqləyib

Prezident İlham Əliyev Dövlət Neft Fondunun (ARDNF) 2021-ci il büdcəsinin icrası haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncama əsasən, Fondun gəlirləri 15 985 652,3 min manat, xərcləri isə 11 382 683,9 min manat və yaxud Fondun ötənilki büdcəsində nəzərdə tutulana nisbətən gəlirlər üzrə 199,8 faiz, xərclər üzrə 92,9 faiz səviyyəsində olmaqla təsdiq edilib.

Read More »

DTX qeyri-qanuni yolla güzəştli mənzil almaq istəyənlərə xəbərdarlıq edib

“Mənzil İnşaat Dövlət Agentliyinə (MİDA) məxsus 442 mənzilin güzəştli şərtlərlə satışı prosesi həyata keçirilərkən kənardan müxtəlif şəxslər tərəfindən informasiya texnologiyaları sahəsində xüsusi proqram təminatından istifadə etməklə, mənzil seçmə prosesində müdaxilə halları müşahidə edilib”. Boyukmillet.com  xəbər verir ki, bunu Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəsmisi Günel Hüseynova MİDA ilə birgə keçirilən brifinqdə deyib. “Qeyd edilən halların araşdırılması ilə bağlı DTX-ya müraciət ünvanlanıb: …

Read More »

DTX rəisi Ermənistanın revanşist qüvvələrinə xəbərdarlıq edib

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev Ermənistanın revanşist qüvvələrinə xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, o, DTX-nin Heydər Əliyev adına Akademiyasında məzunların növbəti buraxılışına həsr olunan təntənəli tədbirdə çıxışı zamanı bu məsələyə də toxunub. Çıxışında dünyada mürəkkəb geosiyasi proseslərin getdiyi, ölkələrin milli təhlükəsizliyinə təhdidlərin artdığı bir vaxtda dövlətimizdə sabitliyin və əmin-amanlığın etibarlı şəkildə təmin olunduğunu vurğulayan DTX rəisi …

Read More »

Misir Mərdanov televiziyaları tənqid edib

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Misir Mərdanov televiziyaları tənqid edib. Boyukmillet.com-un xəbərinə görə, o, ağsaqqallar və veteranların təmsil olunduğu qeyri-hökumət təşkilatlarının əməkdaşlıq forumunda çıxış edərkən deyib ki, televiziyalarda ailəsi olmayan ailədən, tərbiyəsi olmayan tərbiyədən danışır. “Bu hallara son qoyulmalıdır. Televiziyalara ağsaqqallar, ağbirçəklər dəvət olunmalıdır. Onlar milli-mənəvi dəyərlərimizi gənclərimizə aşılamalıdır. Bu məsələlər diqqətdə saxlanılmalıdır”, – M.Mərdanov bildirib.

Read More »

Prezident Dövlət Agentliyinə 3,1 milyon manat ayırıb

Prezident İlham Əliyev Bərdə rayonunun Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (46 km)–Qarağacı–Mirzəcəfərli–Mollagüllər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, Sərəncamla dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (46 km)–Qarağacı–Mirzəcəfərli–Mollagüllər avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin …

Read More »

AQC rəsmiləri QHT Agentliyi və AKİA rəhbəri ilə görüşüb – FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc arasında görüş olub. Görüşdə hər iki qurumun rəhbər şəxsləri iştirak ediblər. AQC sədri cəmiyyətin may ayında keçirilən konfransı barədə məlumat verərək bildirib ki, hesabat-seçki yığıncağında vacib qərarlar qəbul olunub. Cəmiyyətin dövlət qurumları, assosiativ təşkilatlar, qeyri-hökumət təşkilatları və mətbuat orqanları ilə əlaqələrini …

Read More »

Azərbaycanda məişət zorakılığı törədənlər cinayət məsuliyyəti daşıyacaq

“Azərbaycanda məişət zorakılığının qarşısının alınması ilə bağlı müvafiq qanunvericiliyə dəyişikliklərlə bağlı təkliflər layihəsi hazırlanıb. Bununla bağlı Cinayət, Mülki, İnzibati Xətalar məcəllələrinin bəzi bəndlərinə dəyişikliklər ediləcək”. Boyukmillet.com-un xəbərinə görə, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, dəyişikliklərlə məişət zorakılığına cinayət nöqteyi-nəzərdən diqqət yetirilib: “Çünki bəzən məişət zorakılığına adi …

Read More »

Aİ Azərbaycanda minadan zərərçəkən şəxslərin reabilitasiyasına dəstək verəcək

“Avropa İttifaqı Azərbaycanın işğal azad edilmiş ərazilərindəki minalardan təmizləmə işləri zamanı xəsarət alaraq əlillik təyin edilən şəxslərin reabilitasiya prosesində yaxından iştirak edəcək”. Boyukmillet.com xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko deyib. Onun sözlərinə görə, bu gün Azerbaycan əlillik sahəsində bir çox Avropa ölkələrinin qarşılaşdığı çətinliklərlə üzləşir: “Təbii ki, Azərbaycanda sosial siyasətin tətbiqi bu çətinliklərin aradan qaldırılmasına …

Read More »

Bakı-Gəncə qatarında gediş haqqı müvəqqəti azaldılıb

“Azərbaycan Dəmir Yolları” QSC Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən qatarda mövsümi endirim kampaniyasına start verib. Boyukmillet.com səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu gündən etibarən üç ay müddətində sözügedən marşrut üzrə standart yerlər üçün satılan biletlərin qiymətində 25 faizlik endirim tətbiq olunur. Kampaniya çərçivəsində sərnişinlər standart (ekonom) yerlər üçün 15 manat ödəyərək səfər edə biləcəklər. Biznes və birinci klass yerlərə gediş …

Read More »

YAP-ın mətbuat katibi vəzifəsindən ayrılıb

Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Quliyev vəzifəsindən ayrılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə o, özü bildirib. O, vəzifəsindən ayrılmasının səhhətində yaranan müvəqqəti narahatlıqlarla bağlı olduğunu deyib. Qeyd edək ki, E.Quliyev YAP-ın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə ötən ilin mayında təyin olunmuşdu.

Read More »