Cümə , 10 Aprel 2026

autor

Ukrayna Türkiyə və BMT ilə taxıl ixracının təhlükəsizliyi ilə bağlı danışıqlar aparır

Rəsmi Kiyev Türkiyə və BMT ilə Ukrayna taxılının ixracı üçün təhlükəsizlik zəmanəti ilə bağlı danışıqlar aparır. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski İsveçin Baş naziri Maqdalena Anderssonla görüşündən sonra deyib. “Həqiqətən də, biz hazırda Türkiyə tərəfi və BMT ilə limanlarımızdan çıxan taxılın təhlükəsizliyinə xüsusi cavabdeh olan nümayəndələrimizlə danışıqlar aparırıq. Bəzi ölkələrin gəmilərinin təhlükəsizliyinə güvənmədiyimiz Rusiya istisna …

Read More »

Türkiyədə PKK-nın 2 terrorçusu zərərsizləşdirilib

Türkiyənin cənub-şərqində “Eren Abluka” əməliyyatının növbəti mərhələsi çərçivəsində PKK-nın iki terrorçusu zərərsizləşdirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Antiterror əməliyyatının növbəti – 17-ci mərhələsi Şirnak vilayətinin Beytyuşşebap rayonu yaxınlığında həyata keçirilib. Əməliyyata xüsusi təyinatlı qruplar cəlb edilib, PUA-lardan istifadə edilib. Təhlükəsizlik qüvvələri silahlılardan iki ədəd M-16 tüfəngi və sursat götürüb. Bölgədə əməliyyatlar davam edir.

Read More »

Baş Prokurorluq: Bakıda yaşayış binasının lifti qırılıb, xəsarət alan var

Baş Prokurorluq Bakıda yaşayış binasının lifti qırılması ilə bağlı məlumat yayıb. Boyukmillet.com xəbər verir ki, iyulun 4-ü paytaxtın Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsi, ev 6 ünvanında yerləşən hündürmərtəbəli binanın liftində texniki nasazlıq səbəbindən əyləcin tutmamasına görə liftin qəflətən bir mərtəbədən sürətlə digər mərtəbəyə düşməsi nəticəsində 1974-cü il təvəllüdlü Zəhra Məmmədovanın ayağından xəsarət alaraq xəstəxanaya yerləşdirilməsi müəyyən edilib. Hazırda faktla bağlı …

Read More »

Azərbaycan və İran XİN başçılarının müzakirə etdikləri məsələlər açıqlanıb

İrana rəsmi səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu ölkənin xarici işlər naziri Hüseyn Əmirabdullahian ilə görüşüb. Bu barədə Azərbaycan XİN-dən məlumat verilib. C.Bayramov dəvətə və qonaqpərvərliyə görə təşəkkür ifadə edib. 2021-ci ilin dekabr ayında İran xarici işlər nazirinin Azərbaycana səfərini xatırlayan nazir, qarşılıqlı səfərlərin ikitərəfli əlaqələn inkişafına verdiyi töhfəni qeyd edib. Qısa zamanda, ölkə Prezidentləri arasında iki dəfə …

Read More »

AZAL Bakı-Daşkənd-Bakı istiqaməti üzrə uçuşların sayını artırır

“Azərbaycan Hava Yolları” QSC (AZAL) iyulun 25-dən başlayaraq Heydər Əliyev Beynəlxalq Aeroportundan Özbəkistanın paytaxtına həftədə 3 dəfə uçuşlar yerinə yetirməyə başlayacaq. Boyukmillet.com bu barədə AZAL-a istinadən xəbər verir. Məlumata görə, Bakı-Daşkənd-Bakı marşrutu üzrə aviareyslər həftənin bazar ertəsi, çərşənbə və şənbə günləri yerinə yetiriləcək.

Read More »

İlham Əliyev: “Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın dəyərli töhfə verə biləcəyi qənaətindəyik”

“Cənubi Qafqazda davamlı sülhün, iqtisadi tərəqqinin bərqərar olması üçün əlverişli şəraitin formalaşdığı bir zamanda biz ABŞ-ın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında, kommunikasiyaların açılmasında, insanlararası təmasların yaradılmasında mühüm rol oynaya biləcəyinə inanırıq. Eyni zamanda tərəfimizdən təqdim olunan beş prinsip əsasında Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın dəyərli töhfə verə biləcəyi qənaətindəyik”. Boyukmillet.com  xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Amerika …

Read More »

Prezident İlham Əliyev Cozef Baydenə məktub göndərib

Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, 4 İyul – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda dost Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. 30 ildir ki, Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatlarını dostluq və tərəfdaşlıq münasibətləri …

Read More »

Ceyhun Bayramov: “Şərqi Zəngəzuru və Naxçıvanı birləşdirəcək ilk körpünün tikintisinə yaxın zamanda başlanacaq”

“Şərqi Zəngəzuru və Naxçıvanı birləşdirəcək ilk körpünün tikintisinə yaxın zamanda başlanacaq”. Boyukmillet.com “Mehr”ə istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir-Abdullahian ilə keçirdiyi birgə mətbuat konfransında deyib. Nazirin sözlərinə görə, ilk körpünün texniki göstəriciləri artıq razılaşdırılıb və tezliklə tikinti işlərinə başlanılacaq.

Read More »

Prezident 2022-ci ilin dövlət büdcəsinə dəyişiklikləri təsdiqləyib

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Boyukmillet.com-un xəbərinə görə, dəyişikliklə 2022-ci il dövlət büdcəsinin gəlirləri 29 197 800,0 min manat, xərcləri 32 303 800,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 28 167 624,0 min manat, yerli gəlirləri 1 030 176,0 min manat, mərkəzləşdirilmiş xərcləri 31 233 684,0 min manat, yerli xərcləri 1 …

Read More »

Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycan liderinə zəng edib

İyulun 4-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Söhbət zamanı Brüssel gündəliyinə aid məsələlər müzakirə olunub. Şarl Mişel Cənubi Qafqazda sabitlik, sülh və təhlükəsizliyin təmin olunmasının Avropa İttifaqı üçün vacibliyini vurğulayıb. O, Avropa İttifaqının Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh …

Read More »