Cümə , 10 Aprel 2026

autor

MN: Orduda günvurma hallarının qarşısının alınması ilə bağlı nəzarət tədbirləri gücləndirilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirədə Milli Müdafiə Universitetinin fəaliyyətinə dair məruzələri dinləyib. Boyukmillet.com xəbər verir ki, nazir elmi potensialdan səmərəli istifadə edərək hərb elmində tədqiqatların keyfiyyət əmsalının artırılmasının, o cümlədən müasir döyüş əməliyyatlarının elmi yanaşmalarla araşdırılmasının və hərbi təhsil müəssisələrində yeni metodlardan istifadə olunmasının əhəmiyyətini vurğulayıb. Hava temperaturunun yüksəlməsi ilə əlaqədar şəxsi heyət arasında …

Read More »

Zakir Həsənov revanşist qüvvələrin təxribatlarının qarşısını almağa hazır olmaqla bağlı tapşırıqlar verib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov revanşist qüvvələrin mümkün təxribatlarının qarşısını almağa hər an hazır olmaq barədə müvafiq tapşırıqlar verib. Boyukmillet.com xəbər verir ki, nazir tapşırıqlarını Mərkəzi Komanda Məntəqəsində keçirdiyi xidməti müşavirədə çatdırıb. Müşavirədə Azərbaycan-Ermənistan dövlət sərhədindəki və Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti geniş təhlil edilib, bölmələrin maddi-texniki və döyüş təminatının gücləndirilməsi, hərbi qulluqçuların xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi, həmçinin şəxsi heyətin sayıqlığının artırılması …

Read More »

Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib, sərhəddəki vəziyyət təhlil edilib

İyulun 2-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib. Müşavirədə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri iştirak ediblər. Azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik, birləşmə komandirləri müşavirəyə videobağlantı vasitəsilə qoşulublar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə ali hərbi rütbələrlə təltif olunmuş hərbi qulluqçuları bir daha təbrik …

Read More »

Ceyhun Bayramov yaxın günlərdə İrana səfər edəcək

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yaxın günlərdə İrana səfər edəcək. Boyukmillet.com xəbər verir ki, məlumatı “Farsnews” agentliyi yayıb. Bildirilib ki, səfər İranın xarici işlər naziri Hüseyn Əmirabdullahianın dəvəti ilə reallaşacaq. Məlumata görə, Ceyhun Bayramov səfər çərçivəsində bir sıra hökumət rəsmiləri, o cümlədən İran Prezidenti İbrahim Rəisi, parlamentin sədri Məhəmməd Bağır Qalibaf və həmkarı Hüseyn Əmirabdullahianla görüşəcək.

Read More »

Gəncədə 73 yaşlı kişi evini yandırıb

Gəncə şəhərində yaşlı kişi evini benzin tökərək yandırıb. Boyukmillet.com xəbər verir ki, hadisə Gəncə şəhəri, Həmid Sultanov küçəsində yerləşən fərdi evlərin birində qeydə alınıb. Ev sahibi, 1949-cu il təvəllüdlü Ə.Fətullayev məlum olmayan səbəblərdən ümumi sahəsi 66 kv.m olan evinə benzin tökərək yandırıb. Yanğın nəticəsində ev içərisindəki əşyalarla birgə tamam yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin …

Read More »

Cəlilabadda evdə yanğın başlayıb

Cəlilabad rayonunda fərdi yaşayış evi yanır. Boyukmillet.com xəbər verir ki, yanğın rayonun Uzuntəpə kəndində qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad rayon Yanğından Mühafizə İdarəsinin üç yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Hazırda yanğınsöndürmə işləri aparılır.

Read More »

Gəncədə bank hesabından pul oğurlayan şəxs saxlanılıb

Gəncə şəhər sakinin bank hesabından pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, Gəncə şəhər sakini, Ə.Rəcəbov Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, onun bank hesabından 369 manat oğurlanıb. Polis əməkdaşıarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, C.Əsgərov saxlanılıb. Qeyd edək ki, C.Əsgərov keçmiş məhkum olub. …

Read More »

Boris Conson Odessanın fəxri vətəndaşı olub

Böyük Britaniyanın Baş naziri Boris Conson Odessanın fəxri vətəndaşı olub. “Böyük Britaniyanın Baş naziri Boris Consonun I, II, III dərəcəli Qriqori Marazlı adına fəxri döş nişanı ilə təltif edilməsi haqqında sərəncam imzaladım. Beləliklə, o, Odessanın fəxri vətəndaşı oldu. Cənab Conson Odessanın ilk fəxri vətəndaşı olacaq britaniyalıdır”- deyə, o bildirib. Onun sözlərinə görə, Odessa meriyası Böyük Britaniyanın Baş nazirini təcavüzkardan qoruduğuna …

Read More »

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır. Sanksiyalara Rusiya qızılına məhdudiyyətlər də daxildir. Bundan əlavə, yeni paket çərçivəsində texnologiyanın ixracına və rusiyalı iş adamlarına qarşı məhdudiyyətlər genişləndiriləcək. Bundan əvvəl Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Rusiya qızılının idxalına mümkün məhdudiyyət qoyulacağını açıqlayıb.

Read More »

Ağstafada iki yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var

Ağstafa rayonu ərazisində ard-arda iki yol-nəqliyyat hadisəsi olub Minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində iki nəfər xəsarət alıb. Digər hadisə isə 3 avtomobilinin iştirakı ilə baş verib. Zəncirvari avtomobil qəzası zamanı 1 nəfər xəsarət alıb. Hər iki qəzada xəsarət alanlar 1989-cu il təvəllüdlü S.Mukavadze, 1970-ci il təvəllüdlü S.Kərimova və daha bir nəfər xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırmalara başlanılıb.

Read More »