Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Gəncədə 73 yaşlı kişi evini yandırıb

Gəncə şəhərində yaşlı kişi evini benzin tökərək yandırıb.

Boyukmillet.com xəbər verir ki, hadisə Gəncə şəhəri, Həmid Sultanov küçəsində yerləşən fərdi evlərin birində qeydə alınıb.

Ev sahibi, 1949-cu il təvəllüdlü Ə.Fətullayev məlum olmayan səbəblərdən ümumi sahəsi 66 kv.m olan evinə benzin tökərək yandırıb. Yanğın nəticəsində ev içərisindəki əşyalarla birgə tamam yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin dörd yanğınsöndürən avtomobili və 28 canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb, ətrafdakı tikililər yanğından mühafizə olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Check Also

Xətai rayonunda cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib – BİRGƏ MƏLUMAT

Bakının Xətai rayonunda kafedə baş verən silalı insident üzrə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 …