Cümə axşamı , 9 Aprel 2026

autor

Ərdoğan Yunanıstanın Baş nazirinə xəbərdarlıq edib: “Özünə çəki-düzən ver”

“NATO Zirvəsində bütün liderlərin “Vasitəçi olaq, sizi Yunanıstanla bir araya gətirək” təklifi oldu. Biz isə “Üzrlü sayın, hələlik buna ayıracaq vaxtımız yoxdur” dedik”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniyanın paytaxtı Madriddə keçirilən NATO Sammitindən sonra türkiyəli jurnalistlərin suallarını cavablandırarkən bildirib. “Yunanıstanın başında duran zatın münasibəti artıq bəlli olub. Bu münasibətə qarşısında da bəzi vasitəçiləri işə …

Read More »

Türkiyə lideri: “Yeni antiterror əməliyyatına başlaya bilərik”

“Bizim təlaşa düşməyimiz üçün heç bir əsas yoxdur. Həmişə deyirəm ki, bir gecə qəfil gələ bilərik”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. “Məlumdur ki, bir tərəfdən İraqın şimalındakı əməliyyatlar, digər tərəfdən isə Suriyanın şimalındakı əməliyyatlarımız davam edir. Afrində də işlər görürük. Əlbəttə, şəhidlərimiz də olur, amma hər şəhid qarşılığında 10 terrorçu məhv edilir. İndi də …

Read More »

Ərdoğan: “İsveç 3-4 terrorçunu Türkiyəyə təhvil verib, amma yetərli deyil”

“İsveç 73 terrorçunu bizə göndərəcək. Hazırda 3-4-nü göndəriblər, amma yetərli deyil”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. “Məsələ ölkəmizin Ədliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi və Milli Kəşfiyyat Təşkilatının nəzarəti altındadır. Tələblərimiz ortadadır. Bunlar yerinə yetirilməlidir. İcra olunmadığı təqdirdə lazım olanı edəcəyik”, – dövlət başçısı bildirib.

Read More »

Prokuror Vilyam Hacıyevə 13 il həbs cəzası və bütün əmlakının müsadirə olunmasını istəyib

Dövlət ittihamçısı İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin 13 il azadlıqdan mərhum edilməsini istəyib. Boyukmillet.com xəbər verir ki, bu, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə elan edilib. Bundan başqa, prokuror V. Hacıyevin 6 milyon 300 min manatlıq əmlak və pulunun dövlət nəfinə müsadirə olunmasını istəyib. İş üzrə növbəti məhkəmə prosesi …

Read More »

Türkiyə Prezidenti: “Balanslı siyasətimizi bundan sonra da davam etdirəcəyik”

“Biz balanslı siyasət yeritməyin tərəfdarıyıq. Balanslı siyasətimizi bundan sonra da davam etdirəcəyik”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezienti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib. “İndi bizim Rusiya ilə əlaqələrimiz var. Bu gün bizim istifadə etdiyimiz təbii qazın, təxminən, 40 faizi Rusiyadan gəlir. Digər tərəfdən, nüvə enerjisi ilə bağlı işlər görülür. Həmçinin bizim müdafiə sənayəsi ilə bağlı da təmaslarımız var. …

Read More »

MEDİA və Dövlət Vergi Xidməti jurnalistlər üçün təlim keçirib

Medianın İnkişafı Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) birgə təşkilatçılığı ilə media nümayəndələri üçün təlim təşkil olunub. “Vergi sistemi, vergi qanunvericiliyi və inzibatçılığı” mövzusunda keçirilən təlimdə DVX-nin Vergi siyasəti baş idarəsinin Vergi qanunvericiliyi idarəsinin rəisi Rəşad Nuriyev, İqtisadi təhlil və uçota nəzarət baş idarəsinin Sosial sığorta və əmək münasibətlərinə nəzarət idarəsinin rəisi Nigar Vahabzadə və Hüquqi şəxslərin …

Read More »

VK sədri: “Qarabağda yaşayan, Azərbaycanın qanunlarını qəbul edən erməni əsilli vətəndaşlarımıza hüquqi yardım göstərməyə hazırıq”

“Qarabağ bölgəsində yaşayan, Azərbaycanın qanunlarını qəbul edən, erməni əsilli istənilən Azərbaycan vətəndaşlarımıza hüquqi yardım göstərməyə hər zaman hazırıq” Bunu “Report”a açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov deyib. O, Ermənistan tərəfinin destruktiv mövqe nümayiş etdirməsindən təəssüfləndiyini vurğulayıb: “Ermənilər Azərbaycan Konstitusiyasına uyğun vətəndaşlığı qəbul edərlərsə, qanunverici və digər orqanlarda təmsilçilikləri onların hüquqlarıdır. Yerli idarəetmə orqanlarında da fəaliyyət göstərmələrinə heç bir problem …

Read More »

Səhiyyə naziri valideynlərə müraciət edib

“Uşaqlar arasında yayılan virus mövsümüdür”. Boyukmillet.com xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında bildirib. Nazir məsələ ilə bağlı valideynlərə müraciət edib. O deyib ki, uşaqları vaxtlı-vaxtında həkim müayinəsindən keçirmək lazımdır: “Təbii ki, müxtəlif xəstəliklər də ola bilər. Lakin bu günə kimi müşahidə etdiyimiz klassik mövsümü artmalardır. Yəni burada hər hansı spesifik yoluxucu xəstəliyin mövcudluğundan danışmaq lazım deyil”.

Read More »

Ermənistan parlamentinin koçaryançı sədr müavini vəzifəsindən azad edilib

Ermənistan parlamenti sədrinin müavini İşxan Saqatelyan tutduğu vəzifədən azad edilb. Boyukmillet.com xəbər verir ki, məlumatı “Aysor” yayıb. Bildirilib ki, bununla bağlı gizli səsvermə keçirilib. 66 deputat onun vəzifədən getməsinin lehinə səs verib, əleyhinə səs verən ollmayıb. Məlumata görə, İşxan Saqtelyan parlamentin iclaslarında müntəzəm iştirak etməyib, ali qanunverici orqanda iğtişaşlar, qarşıdurma yaradıb, cəmiyyətin müxtəlif təbəqlərinin nümayəndələrini təhqir edib. Qeyd edək ki, …

Read More »