“Düşünürəm, Xəzər dənizi ilə bağlı önəmli məsələlərdən biri budur ki, Xəzəryanı ölkələrin dövlət başçıları mütəmadi olaraq görüşürlər”. Boyukmillet.com xəbər verir ki, bu sözləri İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi iyunun 29-da Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə deyib. “Əlbəttə, Zati-alinizin Tehrana səfər etmək, mənim də Bakıya səfər etmək kimi planlarımız var. Lakin bizim belə platformalardan istifadə edib görüş …
Read More »Gürcüstan və Fransa regional təhlükəsizliyi müzakirə edib
Madriddə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Fransa Prezidenti Emmanuel Makron arasında görüş baş tutub. Boyukmillet.com xəbər verir ki, tərəflər mövcud çağırışlar fonunda regional təhlükəsizliyin möhkəmləndirilməsi yollarını müzakirə ediblər. İ.Qaribaşvili Gürcüstanla Fransa arasında uzunmüddətli tərəfdaşlığın dərinləşdirilməsinə ümidvarlıq ifadə edib. Görüşdə ölkələr arasında ikitərəfli və çoxtərəfli formatlarda dinamik və intensiv əməkdaşlıq məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.
Read More »İƏT ölkələrinin rəsmiləri Şuşaya səfər edib
Bu gün İslam Əməkdaşlığı Təşkilatına (İƏT) üzv olan ölkələrin nümayəndələri işğaldan azad olunmuş ərazilərə səfər çərçivəsində Şuşa şəhəri və Daşaltı kəndini ziyarət ediblər. Boyukmillet.com xəbər verir ki, İƏT-in Baş katibi Hissein Brahim Taha, Özbəkistan, Pakistan, İran, Qambiya, Niger, Malayziya, Sudan, Uqanda, Qabonun turizm nazirləri, nazir müavinləri, Ərəb Turizm Təşkilatının prezidenti və səfirlərdən ibarət olan nümayəndə heyəti Şuşa şəhərində işğal müddətində …
Read More »Xəzəryanı ölkələrin növbəti sammiti İranda keçiriləcək
Xəzəryanı ölkələrin növbəti, yəni yeddinci sammiti razılaşdırılan tarixdə İranda keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidmətinin Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısına dair rəsmi məlumatında bildirilib. “Xəzəryanı ölkələrin yeddinci sammiti razılaşdırılan tarixdə İran İslam Respublikasında keçiriləcək”, – sənəddə qeyd olunub.
Read More »Azərbaycan-Pakistan hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
İyunun 29-da müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələri (HHQ) komandanı aviasiya marşalı Zahir Əhməd Babar Sidhunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə general-polkovnik K.Vəliyev qonaqları salamlayaraq ölkələrimiz arasında ənənəvi mehriban dostluq və qardaşlıq münasibətlərinin səviyyəsindən məmnunluğunu ifadə edib. Baş Qərargah rəisi Azərbaycan …
Read More »Səfər Mehdiyev Qobustan və Şamaxı sakinlərini qəbul edəcək
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev iyulun 1-də saat 10:00-da Qobustan Dövlət Aqrar İnkişaf Mərkəzində (Heydər Əliyev pr. 1D) Qobustan və Şamaxı rayonlarından olan vətəndaşları qəbul edəcək. Boyukmillet.com xəbər verir ki, qəbul zamanı Qobustan və Şamaxı rayonları sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək. Qəbulda iştirak etmək istəyən vətəndaşlar “195” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi …
Read More »NATO Finlandiya və İsveçi rəsmi olaraq Alyansa dəvət edib
NATO Finlandiya və İsveçi rəsmi olaraq hərbi Alyansa daxil olmağa dəvət edib. Boyukmillet.com xəbər verir ki, bu barədə iclasın yekununda məlum olub. Bildirilib ki, Finlandiya və İsveçin təhlükəsizliyi, o cümlədən Alyansa qoşulma dövründə NATO üçün prioritet əhəmiyyət kəsb edir.
Read More »Boris Conson Gürcüstana səfərə dəvət olunub
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Böyük Britaniyanın Baş naziri Boris Conson arasında görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, görüş NATO-nun Madrid sammiti çərçivəsində baş tutub. Görüşün əsas mövzusu Gürcüstan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq və sıx dostluq əlaqələri olub. İ.Qaribaşvili B.Consona Gürcüstanın suverenliyi, ərazi bütövlüyü və Avroatlantik inteqrasiyasına sarsılmaz dəstəyinə görə təşəkkür bildirib və tərəfdaşlığın bundan sonra da dərinləşdirilməsinə ümidvarlıq ifadə edib. …
Read More »Prezident İlham Əliyev İran-Azərbaycan münasibətlərindən danışıb
“Sizi görməyimə çox şadam. Keçən dəfə də burada – Türkmənistanda görüşmüşdük, bu dəfə də. Keçən görüşdən sonra münasibətlərimizə çox gözəl təkan verildi və əlaqələrimiz daha da sürətlə inkişaf etməyə başlamışdır”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə iyunun 29-da Aşqabadda görüşündə deyib. “Hökumət üzvlərinin qarşılıqlı səfərləri təşkil edildi. …
Read More »Həsən Əliyev yazır: Şərəfli Ömür !
Adil Abış oğlu Əliyev 1969-cu il sentyabrın 25-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində anadan olmuşdur. 1987-ci ildə Bakı idman təmayüllü məktəbini bitirib. 1992-ci ildən İdman Ustası adına layiq görülmüşdür. 1992-ci ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki M.V.Frunze adına Ali Hərbi Dənizçilik Akademiyasını bitirib.Daha sonra 1998-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirmişdir. 2000-ci ildə azərbaycan Kikboks Federasiyasının Prezidenti vəzifəsinə təyin edilmişdir.Yaradılışın …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar