Cümə axşamı , 9 Aprel 2026

autor

İordaniyada qazsızma nəticəsində 13 nəfər ölüb, azı 263 nəfər zərər çəkib

İordaniyanın Akaba limanında zəhərli qaz sızması nəticəsində 13 nəfər ölüb, azı 263 nəfər zərər çəkib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Al-Mamlaka” telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb. “Akaba limanında zəhərli qazla dolu çənin daşınma zamanı aşması nəticəsində bədbəxt hadisə baş verib. Bu, qaz sızmasına səbəb oldu”, – İctimai Təhlükəsizlik İdarəsinin nümayəndəsi Amer əs-Sartavi deyib. Qaz sızmasının yaşayış məntəqələrindən uzaqda baş verdiyi …

Read More »

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, ölən və yaralananlar var

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb. Boyukmillet.com xəbər verir ki, hadisə Kastamonu rayonunda qeydə alınıb. Konya istiqamətində hərəkət edən sərnişin avtobusu idarəetmədən çıxıb. Nəticədə avtobus tarlaya yuvarlanıb. Hadisə zamanı 1 nəfər ölüb, daha 19 nəfər yaralanıb. Ölən şəxs avtobusun sürücüsüdür. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. İlkin məlumata görə, qəzaya yağıntılı hava ilə əlaqədar yolun sürüşkənliyi səbəb olub. …

Read More »

Zelenski: “Rusiya dünyanın ən böyük terror təşkilatına çevrilib”

“Rusiya dünyanın ən böyük terror təşkilatına çevrilib, bu faktdır”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib. “Bu, hüquqi fakt olmalıdır və dünyada hər kəs bilməlidir ki, Rusiya neftinin alınması və ya daşınması, bu ölkənin bankları ilə əlaqələr saxlamaq, Rusiya dövlətinə vergi və rüsumların ödənilməsi terrorçulara pul verməkdir”, – dövlət başçısı deyib. “Mən bu gün də (dünən-red) G7 …

Read More »

Çavuşoğlu: “Regionun simasını dəyişən layihələri can Azərbaycanla birgə həyata keçirmişik”

“Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, TANAP qaz boru kəməri kimi layihələr regionumuzun simasını dəyişib. Bunları Azərbaycanla, can Azərbaycanla birlikdə həyata keçirmişik”. Boyukmillet.com xəbər verir ki, bunları Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Yeni əlaqələrin yaradılmasının regiona müsbət təsir edəcəyini vurğulayan Çavuşoğlu bildirib ki, Türkiyə enerji və enerji infrastrukturu sahəsində əməkdaşlığı inkişaf etdirmək istəyir.

Read More »

ABŞ-da qatar qəzası zamanı 3 nəfər ölüb, 13 sərnişin yaralanıb

ABŞ-ın Missuri ştatında qatarın relsdən çıxması nəticəsində 3 nəfər ölüb. Boyukmillet.com xəbər verir ki, bu barədə CNN telekanalının efirində ştatın Yol Patrulunun sözçüsü Castin Dann məlumat verib. “Qatarda olan 2 nəfər, həmçinin yük maşınında olan bir nəfər (qəza keçiddə lokomotivlə yük maşınının toqquşması nəticəsində baş verib-red) həlak olub”, – o deyib. O, bildirib ki, ölənlərin sayı arta bilər. Telekanal əlavə edib ki, zərərçəkənlərin …

Read More »

Ukraynada ticarət mərkəzinə raket hücumu nəticəsində ölənlərin sayı artıb

Rusiya hərbçilərinin Ukraynanın Kremençuk şəhərindəki ticarət mərkəzinə endirdiyi raket zərbəsi nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmət xəbər yayıb. Hazırda hücum zamanı 59 nəfərin xəsarət alması məlumdur. Onlardan 25-i xəstəxanaya yerləşdirilib, 1 nəfər xəstəxanada dünyasını dəyişib. Xilasedicilər dağıntılar altından 11 nəfərin meyitini çıxarıblar. Ölən və yaralananlarla bağlı məlumat dəqiqləşdirilir.

Read More »

Türk-İslam dünyası şəhid və qazi ailələrinin birinci toplantısı keçirilib

TÜRKİYƏNİN KONYA ŞƏHƏRİNDƏ TƏŞKİL OLUNAN TƏDBİRDƏ AZƏRBAYCAN DA TƏMSİL OLUNUB İyunun 24-dən 26-na qədər Türkiyənin Konya şəhərində Türk-İslam dünyası şəhid və qazi ailələrinin birinci böyük toplantısı keçirilib. Toplantı Türkiyə Müharibə Əlilləri, Şəhid, Dul və Yetimləri Dərnəyinin təşkilatçılığı ilə Konyadakı Səlcuqlu Konqres Mərkəzində baş tutub.Boyukmillet.com xəbər verir ki, Türkiyə, Azərbaycan, Quzey Kıbrıs, Bosniya türklərini, İraq və Suriya türkmənlərini, həmçinin, Krım tatarlarını qurum …

Read More »

Nyu-York meri Azərbaycan səfirləri ilə görüşüb

Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim və Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəsi Yaşar Əliyev Nyu-Yorkun meri Erik Adamsla görüşüb. Boyukmillet.com xəbər verir ki, görüşdə ABŞ və Azərbaycan arasında münasibətlərin son dövrlər yüksək səviyyədə olduğu qeyd edilərək bundan sonra da siyasi, iqtisadi, mədəni və digər sahələrdə qarşılıqlı əlaqələrin daha da inkişafına diqqət göstərilməsinin önəmi vurğulanıb. Şəhər meri …

Read More »

Putin və Zelenski G20-nin samitində iştirak edəcəklər

Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski G20-nin samitində iştirak edəcəklər. Boyukmillet.com xəbər verir ki, Rusiya Prezidenti noyabrın 15-16-da İndoneziyanın Bali adasında keçiriləcək G20 sammitində iştirak dəvətini qəbul edib. Ukrayna Prezidenti Vladimir Zelenski də bir müddət əvvəl sammitdə iştirak dəvətini müsbət qarşılayıb. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Putinin sammitdə iştirakını təsdiqləyib: “Bəli, təsdiq etdik ki, iştirakımız nəzərdə tutulub”. …

Read More »