Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Sədaqət Əhmədova işdən çıxarılıb. Bu barədə “Report”un sorğusuna cavab olaraq BDU-dan məlumat verilib. Bildirilib ki, müəllimin əmək müqaviləsinə xitam verilib Qeyd edək ki, sosial şəbəkələrdə Sədaqət Əhmədovanın tələbələrdən rüşvət tələb etməsi iddia olunan səs yazısı yayılıb.
Read More »Prezident Ağstafada avtomobil yolunun tikintisinə vəsait ayırıb – SƏRƏNCAM
Prezident İlham Əliyev Ağstafa rayonunun Ağstafa-Poylu-Gürcüstanla dövlət sərhədi (11 km)-Qıraq Kəsəmən avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Boyukmillet.com-un xəbərinə görə, sərəncamla Dörd min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Ağstafa-Poylu-Gürcüstanla dövlət sərhədi (11 km)-Qıraq Kəsəmən avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün …
Read More »Bakıda körpə binanın 7-ci mərtəbəsindən yıxılıb, ana özünü övladının ardınca atıb
Bakı şəhəri, Nizami rayonunda yaşayış binalarından birində 7-ci mərtəbədən 6-cı mərtəbəyə yıxılan körpə və onun ardınca özünü atan anası Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, hər iki şəxsə ilkin tibbi yardım göstərilib, həyatları üçün hər hansı təhlükə yoxdur. 2020-ci il təvəllüdlü körpədə ümumi səthi travmalar və sıyrıqlar aşkarlanıb. Körpəyə dərhal ultrasəs müayinəsi edilib və hər hansı …
Read More »Bakıda polis ehtiyatsızlıqdan özünü güllələyib
Bu gün səhər saat 06 radələrində Səbail Rayon Polis İdarəsinin əməkdaşı Elçin Qurbanov gecə növbəsində xidmətdə olarkən tabel silahı ilə ehtiyatsız davrandığından açılmış atəş nəticəsində xəsarət alıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, o, dərhal xəstəxanaya çatdırılaraq həkimlərin nəzarətinə verilib. Hazırda xəstənin vəziyyəti qənaətbəxşdir və həyatı üçün təhlükə yoxdur.
Read More »Vilyam Hacıyevin vəkili təkrar ekspertizanın keçirilməsini istəyir
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında sənədlərin tədqiqi mərhələsi davam etdirilib. Boyukmillet.com-un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Elmar Kərimov vəsatətlə çıxış edib. O, təkrar ekspertizanın keçirilməsini istəyib: “Bu, araşdırılmalıdır və mütəxəssislər məhkəməyə dəvət edilməlidir”. Dövlət ittihamçısı isə …
Read More »İstanbulda Azərbaycan və Türkiyə parlamentlərinin sədrlərinin görüşü olub
İyunun 20-də İstanbulda Milli Məclisin sədri Sahibə Qafarova və Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop arasında görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, görüş “Parlamentlər, Miqrasiya və Qaçqınlar üzrə Qlobal Sazişlər: Daha güclü beynəlxalq əməkdaşlıq və milli icraya necə nail olmalı?” mövzusunda keçirilən Qlobal Parlament Konfransı çərçivəsində baş tutub. Beynəlxalq konfrans Türkiyə Böyük Millət Məclisi (TBMM) və Parlamentlərarası İttifaqın …
Read More »Veteran şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub
Azərbaycan Şahmat Federasiyasının (AŞF) təşkilatçılığı ilə veteran şahmatçılar arasında keçirilən ölkə çempionatına yekun vurulub. Boyukmillet.com xəbər verir ki, ilk dəfə veteranlar arasında Azərbaycan çempionatında iştirak edən Fikrət Sideifzadə yarışın qalibi olub. 9 oyundan 8 xal toplayan tanınmış veteran bütün iştirakçıları qabaqlayıb. Çempiondan 1 xal geri qalan Lütviyar Rüstəmov ikinci, 9 oyundan 6.5 xal toplayan Asəf Abdullayev üçüncü olub. Çempionatın yeganə …
Read More »Rusiyanın keçmiş dövlət katibinin Bakıda ölümü ilə bağlı araşdırmalara başlanılıb
Rusiyanın sabiq dövlət katibi və Baş nazirin birinci müavini olmuş Gennadi Burbulisin Bakıda oteldə meytinin tapılması ilə bağlı Azərbaycan Baş Prokurorluğunun İstintaq İdarəsində araşdırmalara başlanılıb. Boyukmillet.com xəbər verir ki, hazırda araşdırmalar davam etdirilir. Xatırladaq ki, 77 yaşlı G.Burbulis iyunun 19-da Bakıda qaldığı oteldə vəfat edib. G.Burbulis 1945-ci ildə avqustun 4-də anadan olub, 1991-1992-ci illərdə Rusiya hökumət başçısının birinci müavini vəzifəsində …
Read More »Sahil Babayev bir qrup qazinin narazılığına münasibət bildirib
“Şəhid ailələrinə, müharibə əlillərinə və müharibə iştirakçılarına dövlət dəstəyi nazirliyin fəaliyyətinin ana istiqamətidir”. Boyukmillet.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bir qrup qazinin narazılığına münasibət bildirərkən deyib. O söyləyib ki, qəbul edilən qərarlar şəhid ailələrinin, müharibə əlillərinin, müharibə iştirakçılarının sosial rifahının yaxşılaşdırılmasına yönəlib: “Birincisi, onlara ödənilən müavinət, təqaüd və pensiyaların həcmi ciddi şəkildə artırıldı. Bu, …
Read More »Nazir: “Əmək bazarında peşə və orta ixtisas təhsilli şəxsələrə ehtiyac var”
“Gənclərin məşğulluğu hər zaman prioritet olaraq qalır”. Boyukmillet.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bildirib ki, dünyada gənclərin məşğulluğu ümumi məşğulluqdan daha aşağı olur: “Gənclər üçün bir sıra proqramlar nəzərdə tuturuq. Həm BMT ilə birgə həyata keçiriləcək layihələrdə, həm də dövlət vəsaiti hesabına reallaşdırılacaq layihələrdə gənclərə xüsusi yer ayrılıb. Bir çox hallarda ali …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar