Bu gün Avropa Komissiyası Gürcüstan, Ukrayna və Moldovanın Avropa İttifaqına (Aİ) üzvlüyə namizəd statusunun verilməsi ilə bağlı rəyini açıqlayacaq. Boyukmillet.com xəbər verir ki, komissiya üç ölkənin namizəd statusunu alması üçün tələblərə nə qədər uyğun olub-olmaması barədə analitik hesabatlar təqdim edəcək. Mövzu ilə bağlı Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin mətbuat konfransı keçirəcəyi gözlənilir. Qeyd edək ki, üç ölkəyə Aİ-yə …
Read More »Hikmət Hacıyev: “Ermənistan Türkiyə və Azərbaycan torpaqlarına iddiasından əl çəkməlidir”
“Türkiyə və Azərbaycan sülhsevər mövqelərini Ermənistana çatdırırlar. İki ölkə Ermənistanla münasibətləri normallaşdırmağa və sinxron şəkildə sərhədlərini açmağa hazırdır. Ancaq Ermənistan Türkiyə və Azərbaycan torpaqlarına iddiasından əl çəkməlidir”. Boyukmillet.com-un xəbərinə görə, bunları Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. “Azərbaycan mübarizəsini davam etdirəcək, qardaş Türkiyə ilə birlikdə Qafqazın yeni coğrafiyasını qururuq”, – H.Hacıyev qeyd edib.
Read More »KİV: “Rusiya silah bazarında ermənilərdən Ukraynaya qarşı istifadə edir”
Rusiya silah bazarında ermənilərdən Ukraynaya qarşı istifadə edir. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-ın “The Wall Street Journal” gündəlik nəşri məlumat yayıb. Nəşr qeyd edib ki, Ukrayna artıq aylardır, Qərbdəki müttəfiqlərinə əlavə silah üçün çağırış edir. Tədarük baş tutur, lakin əvvəlcə bu, əsasən müdafiə silahlarından ibarət idi, indi isə Ukrayna Ordusu öz mövqelərini daim atəşə tutan Rusiya qoşunlarına qarşı durmaq üçün …
Read More »Türkiyənin sabiq Baş naziri azərbaycanlı gənclərlə bir arada
Türkiyənin sabiq Baş naziri, Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım azərbaycanlı gənclərlə görüşüb. Boyukmillet.com xəbər verir ki, sabiq Baş nazir tviter hesabında azərbaycanlı gənclərlə görüşünün fotosunu paylaşıb. Fotoda gənclərlə yanaşı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, qardaş ölkənin Azərbaycandakı səfiri Cahit Bağcı və digər şəxslər yer alıb.
Read More »Zelenski: “Avropanın 4 ölkəsinin dəstəyini hiss etdik, bu, tarixi gündür”
Ukrayna Avropanın dörd güclü dövlətinin dəstəyini bir anda hiss etdi, bu gün tarixi gündür. Boyukmillet.com UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib. “Bu gün həqiqətən tarixi gündür – Ukrayna dörd güclü Avropa dövlətinin dəstəyini bir anda hiss etdi. Xüsusilə də bizim Avropa İttifaqına hərəkətimizə dəstəyi. İtaliya, Rumıniya, Fransa və Almaniya bizimlədir. Dörd liderin hamısı – …
Read More »Parisdə bir qrup erməni Azərbaycanın Mədəniyyət Mərkəzinə hücum edib, xəsarət alan var
Fransanın paytaxtı Parisdə bir qrup erməni Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzinə hücum edib. “Report”un Fransa bürosu xəbər verir ki, ermənilər Parisdə “Qarabağa aparan yol” filminin nümayişinin baş tutmaması üçün təxribat törətməyə çalışıblar. Onlar Şuşa, o cümlədən Qarabağla bağlı təxribatçı şüarlar səsləndiriblər. Təxribatçılar Fransanın “Qarabağa aparan yol” filminin çəkilişini və nümayişini təşkil etmiş “Ere TV” kanalına etirazlarını bildiriblər. Hücum zamanı Fransa-Azərbaycan Dialoqu …
Read More »Ceyhun Bayramov ÜST-ün baş direktoru ilə görüşüb
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, 9-cu Bakı Qlobal Forumunda iştirakı çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus ilə görüşüb. Bu barədə Xarici İşlər Nazirliyindən (XİN) xəbər verilib. Tərəflər, ÜST və Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərini yüksək qiymətləndiriblər. Ceyhun Bayramov ölkəmizin ÜST ilə əməkdaşlığa yüksək önəm verdiyini qeyd edib; bu günədək ÜST-ün ölkəmizdə həyata keçirdiyi layihələrin, habelə …
Read More »On ölkədən olan səyahətçi və blogerlər Ağdama səfər ediblər
On ölkədən olan səyahətçi və blogerlər Ağdama səfər ediblər. Boyukmillet.com xəbər verir ki, üç gün ərzində Ukrayna, Macarıstan, Hindistan, İsveç, Türkiyə, Danimarka, Almaniya, ABŞ, İspaniya və Sinqapurdan olan 24 nəfərlik qrup Azıx mağarasında, Şuşada və Ağdamda olublar. Onlar Qarabağ xanının iqamətgahına baş çəkib, burada onlara abidənin tarixi barədə məlumat verilib. Qrup üzvləri ermənilərin törətdiyi dağıntıları, o cümlədən Xurşidbanu Natəvanın dağıdılmış məzarını …
Read More »Dövlət Komitəsinin sədri Bərdədə vətəndaşları qəbul edib
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev iyunun 16-da Bərdədə, Bərdə və Tərtər rayonlarından olan vətəndaşları qəbul edib. Boyukmillet.com xəbər verir ki, qəbulda Bərdə və Tərtər rayonlarında yaşayan vətəndaşlar iştirak ediblər. Qəbula gələnlərin əksəriyyəti həmin ərazilərdə məcburi köçkün kimi məskunlaşan şəxslər olub. Müraciətlərdə dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, müvəqqəti yaşayış sahələrinin təmiri, vahid …
Read More »Ceyhun Bayramov BMT-nin Cenevrə bölməsinin baş direktoru ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya ilə görüşüb. Boyukmillet.com bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir. Nazir 9-cu Qlobal Bakı Forumunda iştirak üçün Azərbaycana səfər edən BMT rəsmisini salamlayıb və cari ilin, Azərbaycanın BMT-də üzvlüyünün 30-cu ildönümünün tamam olması baxımından rəmzi əhəmiyyət kəsb etdiyini qeyd edib. O ölkəmizin BMT və onun …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar