Cümə , 10 Aprel 2026

autor

YAP sədrinin müavini: “Şuşa konfransında Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələnin əsası qoyuldu”

“Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri hər zaman yüksələn xətlə inkişaf edir”. Boyukmillet.com  xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib. O bildirib ki, ötən gün Şuşada keçirilən konfrans iki ölkə arasındakı münasibətlərin növbəti təzahüri idi: “Konfransda ciddi mesajlar verildi və yeni mərhələnin əsasları qoyuldu. Tədbirdə aparıcı siyasi partiyaların rəhbər və nümayəndələri iştirak edirdilər. …

Read More »

Rusiyadan Azərbaycana dərman preparatlarının gətirilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsi (DGK) Rusiyadan Azərbaycana gələn nəqliyyat vasitəsində dərman preparatları aşkarlayıb. Boyukmillet.com-un komitəyə istinadən verdiyi məlumata görə, DGK-nın Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “Volvo” markalı yük nəqliyyat vasitəsi saxlanılıb. Yoxlama zamanı avtomobilin kabinasında, yataq yerinin altındakı …

Read More »

Azərbaycanın radiolarında aşkarlanan nöqsanlar açıqlanıb

Azərbaycanda 11 radio kanalında monitorinq aparılıb. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin şöbə müdiri Vəfa İsmayılova “Radioların dili monitorinq aynasında” adlı tədbirdə deyib. O bildirib ki, monitorinq zamanı təhlil edilən 4500 dil faktından 3484-ü hesabata daxil edilib: “Monitorinq nəticəsində 897 orfoepik, 790 leksik, 554 qrammatik, 1243 üslub və ifadə səhvi müəyyənləşdirilib. Radio aparıcılarının nitqində vurğunun …

Read More »

ÜST-ün rəhbəri: “Azərbaycanda koronavirus pandemiyası ən aşağı səviyyəyə enib”

“Artıq Azərbaycanda pandemiya ən aşağı səviyyəyə enib və yoluxma halı da çox azdır”. Boyukmillet.com-un xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində deyib. Onun sözlərinə görə, dünyada bir milyard sakin hələ də peyvənd edilməyib: “Afrikada vaksin edilmiş əhali çox aşağı saydadır”. “Vaksin edilmiş …

Read More »

Binəli Yıldırım: “Artıq Zəngəzur dəhlizi açılmalıdır”

“Artıq Zəngəzur dəhlizi də açılmalıdır. Çünki bu dəhliz Avrpopa və Asiya arasında əlaqənin daha effektiv bərpası, ticarət əlaqələrinin inkişafı baxımından çox böyük əhəmiyyətə malikdir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin birinci müavini, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılış mərasimində deyib. …

Read More »

Zaqatalada 1 tondan artıq narkotik tərkibli bitki məhv edilib

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbir nəticəsində Dağlı kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, ümumi çəkisi 1 ton 230 kiloqram olan 2018 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv olunub.

Read More »

İlham Əliyev: “Ermənistan ərazi bütövlüyümüzü şübhə altına alır və bizi də analoji addımlar atmağa vadar edir”

“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alır və Azərbaycanı da onun ərazi bütövlüyünə qarşı analoji addımlar atmağa vadar edir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev IX Qlobal Bakı Forumunun açılış mərasimində bildirib. “Ermənistan bizim ərazi bütövlüyümüzü şübhə altına almaqda davam edərsə Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü şübhə altına almaqdan başqa çıxış yolu qalmayacaq”, – dövlət başçısı deyib. Prezidentin …

Read More »

Azərbaycan lideri: “Qarabağ münaqişəsinin həlli regionda sülhün və əmin-amanlığın bərqərar olması üçün yeni imkanlar yaradıb”

“Qarabağ münaqişəsinin həlli regionda sülhün və əmin-amanlığın bərqərar olması üçün yeni imkan və fürsətlər yaradıb”. Boyukmillet.com xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Bakıda işə başlayan Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib. Azərbaycanın münaqişədən sonrakı yanaşması barədə Forum iştirakçılarına məlumat verən dövlətimizin başçısı bildirib ki, bu müharibə ədalətin, beynəlxalq hüququn …

Read More »

İlham Əliyev: “Zəngəzur dəhlizinin açılması regionda sülhün fundamental elementidir”

“Zəngəzur dəhlizinin tezliklə açılması regionda gələcək sülhün fundamental elementlərindən biridir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev IX Qlobal Bakı Forumunun açılış mərasimində bildirib. “Bizim üçün bu yol açılmasa sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistan ilə normal birgə yaşayış və qonşuluq münasibətlərinə yönəlmiş səyləri uğursuzluğa düçar olacaq”, – dövlət başçısı deyib. Prezident Ermənistanın müvafiq bəyanatı imzaladığını və …

Read More »