Cümə , 10 Aprel 2026

autor

Türkiyədə turistləri daşıyan avtobus aşıb, 1 nəfər ölüb, 22 nəfər yaralanıb

ürkiyənin Antalya şəhərinin Fethiye şosesində turistləri daşıyan avtobus qəzaya uğrayıb. Boyukmillet.com xəbər verir ki, hadisə zamanı 1 turist həyatını itirib, 22 nəfər yaralanıb. Dənizlidən Antalyaya gedən tur avtobusu Karamanda aşıb. Qəza yerinə çoxlu sayda təcili yardım cəlb edilib. Yaralılar təcili tibbi yardım maşınları ilə özəl xəstəxanaya və Korkuteli Dövlət Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırmalar davam edir.

Read More »

“SOCAR Türkiyə”də görüş keçirilib

Türkiyəyə səfər çərçivəsində Azərbaycan Respublikasının iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə “SOCAR Türkiyə”də görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, görüşdə “SOCAR Türkiyə” tərəfindən 2021-ci ildə görülmüş işlər, 2022-ci il üçün qarşıda duran məsələlər və hədəflərin həyata keçirilməsi istiqamətində atılan addımlara dair təqdimat edilib, həmçinin SOCAR-ın Türkiyədəki layihələri və onların gələcək perspektivləri ilə bağlı …

Read More »

Mədəniyyət Nazirliyi Gürcüstanın azərbaycanlı icmasına milli rəqs geyimləri hədiyyə edib

Azərbaycanın Mədəniyyət Nazirliyi Gürcüstanın azərbaycanlı icması üçün milli rəqs geyimləri göndərib. Boyukmillet.com xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyi 40 dəst kişi və qadın milli paltarlarını qonşu ölkədə fəaliyyət göstərən “Ceyran” və “Sarvan” ansamblları, rəqs dərnəklərinin olduğu “Çay Evi” mərkəzi və “Yeni Düşüncə İnstitutu” təşkilatına təhvil verib. Təqdimetmə mərasimində çıxış edən səfir Faiq Quliyev bildirib ki, geyim formaları icmanın müraciəti əsasında Gürcüstana göndərilib. …

Read More »

Mərkəzi Bankda sığorta şirkətlərinin rəhbərləri ilə görüş keçirilib

Mərkəzi Bankın sədri Taleh Kazımov sığorta şirkətlərinin rəhbərləri ilə görüş keçirib. Boyukmillet.com xəbər verir ki, görüşdə məqsəd ölkədə iqtisadi inkişafın yeni mərhələsində sığorta sektorunun dayanıqlı inkişafının təmin edilməsinə dəstək, sektorda rəqabət qabiliyyətinin artırılması, innovativ məhsulların bazara təqdim edilməsi istiqamətində birgə fəaliyyətin gücləndirilməsi və sığorta bazarının əhatəsinin genişləndirilməsi məsələləri, habelə əhalinin və biznesin sığorta xidmətlərinə çıxışının asanlaşdırılması, sığortaya olan ictimai inamın …

Read More »

Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində “Son zəng” tədbiri keçirilib

Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində “Ulduzların təbəssümü” adlı son zəng tədbiri keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli məclisin millət vəkili Bəhruz Məhərrəmov, təhsil kompleksinin icraçı direktoru Aqşin Bağırov, ictimaiyyət nümayəndələri, müəllimlər, valideynlər və məzunlar iştirak ediblər. Tədbirdə çıxış edənlər məzunları təbrik edib və onlara gələcək həyatlarında uğurlar diləyiblər. Həmçinin qeyd …

Read More »

Binəli Yıldırım və Türkiyə səfiri Şuşaya səfər edib

Türkiyənin sabiq baş nazir, Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım Şuşaya səfər edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı tviter hesabında bildirib. O, sabah – iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümü münasibətilə keçirilən tədbirdə iştirak edəcək. Türkiyənin sabiq baş …

Read More »

Britaniyalı iş adamları Azərbaycanda investisiya yatırmağa dəvət edilib

Böyük Britaniya iş adamları Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlana, Azərbaycan sahibkarları ilə fəal əməkdaşlıq edə bilərlər. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev deyib. O, bu barədə Londonda Azərbaycan Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 5-ci iclası …

Read More »

QHT Agentliyi və BMT-nin Azərbaycandakı nümayəndəliyi Bəyənnamə imzalayıb

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və BMT-nin Azərbaycandakı nümayədəliyi arasında Dayanıqlı inkişaf üçün 2030-cu il gündəliyinin icrasında əməkdaşlığa dair birgə bəyənnamə imzalanıb. Sənədi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva imzalayıb. Bəyənnaməyə əsasən, QHT Agentliyi və BMT-nin Azərbaycandakı nümayəndəliyi Dayanıqlı inkişaf üçün 2030-cu il gündəliyinin təşviqi və icrası üçün …

Read More »

Çavuşoğlu NATO baş katibi ilə danışıb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, telefon danışığı zamanı tərəflər arasında NATO-nun Şərqə doğru genişlənməsi haqqında fikir mübadiləsi aparılıb.

Read More »

Baş prokuror ABŞ rəsmisi ilə görüşüb

İyunun 14-də Azərbaycan Baş prokuroru Kamran Əliyev ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarının Dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisinin müavini Kara MakDonald və ABŞ-ın ölkəmizdəki Fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberger ilə görüşüb. Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, Baş prokuror Azərbaycanla ABŞ arasında ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrinə, bütün sahələrdə işgüzar münasibətlərin mövcudluğuna toxunaraq, …

Read More »