“Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsi çərçivəsində iqtisadi və enerji sahəsində əməkdaşlıq geniş spektrli müttəfiqlik səviyyəsinə yüksəlib. Hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəniyyət, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potensiallarının ümumi maraqların qorunmasında birləşdirilməsi mühüm əhəmiyyət kəsb edir”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri “Report”un yerli bürosuna açıqlamasında Türkiyənin energetika üzrə eksperti, iqtisad elmləri doktoru …
Read More »Dövlət Vergi Xidməti vergi ödəyicilərinə xəbərdarlıq edib
Bu ilin may ayı üzrə gəlir vergisi (Xüsusi notariuslar üzrə), gəlir vergisi (İdman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə), əlavə dəyər vergisi, aksiz vergisi, yol vergisi, mədən vergisi, sadələşdirilmiş vergi (Daşınmaz əmlakın təqdim edilməsi üzrə) və sadələşdirilmiş vergi (Pul vəsaitlərinin nağd qaydada çıxarılması üzrə) bəyannamələri iyunun 20-dən gec olmayaraq təqdim olunmalıdır. Boyukmillet.com xəbər verir ki, bu barədə İqtisadiyyat …
Read More »İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində son günlərdə Dövlət Sərhəd Xidmətinin “Göytəpə” və “Lənkəran” sərhəd dəstələrinin əməkdaşları tərəfindən 11 kiloqram 499 qram narkotik vasitənin və 3956 ədəd psixotrop tərkibli həblərin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. İyun ayının 1-də saat 23:10-da “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İmişli rayonunun Aranlı kəndi yaxınlığında …
Read More »Qətərlə Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
İyunun 13-də mədəniyyət naziri Anar Kərimov Qətər Dövlətinin Azərbaycandakı səfiri Faisal bin Abdullah Al-Hanzab və ölkəmizin Qətərdəki səfiri Rəşad İsmayılov ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, görüş zamanı ölkələr arasındakı mədəni əlaqələrin möhkəmləndirilməsinin və bu sahədə olan əməkdaşlığın vacibliyi vurğulanıb. A.Kərimov işğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulmasında Qətər dövlətinin təcrübəsindən faydalanmağın mühümlüyündən bəhs edib. O, Azərbaycan Prezidenti İlham …
Read More »Vaqif Əsədov: “Mülki vətəndaş kimi də borcumu davam etdirəcəyəm”
“İstefada olan polis-polkovniki kimi qanunvericilik tələblərinə uyğun olaraq mülki vətəndaş kimi də borcumu davam etdirəcəyəm”. “Ötən gün mənə çox sayda telefon zəngləri, eləcədə KİV nümayəndələrinin sms vasitəsi ilə sualları daxil olub. Telefona və suallarınıza cavab verə bilmədiyimə görə üzrlü sayın, mənə və xidmətimə olan diqqət və qayğınıza, eləcə də informasiya almaq istəyinizə görə təşəkkürümü bildirir və təqdir edirəm. Bəli, təqaüdə …
Read More »“Bank Respublika” Naxçıvanda müasir konseptdə yeni filialını açdı
Aktivlərinin həcminə görə ölkənin ilk 5 bankından biri olan “Bank Respublika” ASC, yaranmasının 30-cu ildönümündə Naxçıvan şəhərində yeni filialının təntənəli açılışını edib. Tədbirdə iştirak edən Bankın rəhbərliyi rəmzi qırmızı lenti kəsərək müasir konseptdə olan yeni filialı müştərilərin istifadəsinə verib. Ən müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş filialda müştərilərin rahatlığı üçün bütün məqamlar nəzərə alınıb. Açılışda iştirak edən Azərbaycan Mərkəzi Bankı …
Read More »Binəli Yıldırım və türkiyəli nazirlər Şuşaya səfər edəcək
Türkiyənin sabiq baş nazir, Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım Azərbaycana səfərə gəlir. Boyukmillet.com xəbər verir ki, o, sabah – iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümü münasibətilə keçirilən tədbirdə iştirak edəcək. Ondan başqa tədbirə Türkiyənin kənd təsərrüfat və meşəçilik naziri Vahit Kirişçi, …
Read More »Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Şuşada iclası keçirilib
İyunun 13-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Konstitusiya Məhkəməsi, Milli Məclis və Nazirlər Kabineti nümayəndələrinin iştirakı ilə Şuşada Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin (HEQT Mərkəzi) Müşahidə Şurasının genişləndirilmiş formatda ilk əyani iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, iclasda Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 may tarixli Fərmanı ilə yaradılmış Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin qarşısına qoyulmuş əsas vəzifələr və …
Read More »Nazir məktəblərin 6 günlük tədrisə keçəcəyi ilə bağlı iddialara münasibət bildirib
Təhsil naziri Emin Əmrullayev yeni tədris ilindən məktəblərin hamısında 6 günlük qrafikə keçiriləcəyi ilə bağlı iddialara münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında bunun şayiə olduğunu bildirib.
Read More »Sabah Şuşada Bəyannamənin imzalanmasının ildönümü münasibətilə tədbir keçiriləcək
Sabah – iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümü münasibətilə tədbir keçiriləcək. Boyukmillet.com xəbər verir ki, toplantıda Azərbaycan parlamentinin deputatları, Türkiyənin dövlət rəsmiləri, hər iki ölkənin partiya nümayəndələri iştirak edəcək. Tədbirə Türkiyə tərəfindən sabiq baş nazir, Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım, kənd …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar