Cümə , 10 Aprel 2026

autor

VHP-dən Rusiyaya etiraz: suverenliyimizin əleyhinə istənilən addımın qarşısı alınacaq

Uzun illər Azərbaycan torpaqlarının işğal altında qalmasında birbaşa iştirakçı olan Rusiya yenidən separatçı ermənipərəst mövqeyini ortaya qoyub. Bu dəfə Rusiya Xarici İşlər Naziri Sergey Lavrov İrəvanda Xocalı rayonunun Fərrux kəndi ilə əlaqəli vəziyyətin Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası kontekstində nəzərdən keçiriləcəyinə dair fikir səsləndirib. Sonradan Rusiya XİN  fikirlərə düzəliş etsə də Lavrov kimi peşəkar diplomatın məlum fikirləri təsadüfi, yanlışlıqla  …

Read More »

Samir Adıgözəlli: 44 günlük müharibədən sonra onlar Paşinyanı qəbul etmir

Ermənistanın diasporla iş üzrə ali komissarı Zareh Sinanyanın Los-Ancelesdə erməni icması ilə görüşü alınmayıb. Sinanyanı “vətən xaini” adlandıran erməni icması onu ABŞ-da etirazla qarşılayıb. İnternetdə yayılan görüntülərdən məlum olur ki, Sinanyan iclasın keçiriləcəyi zala daxil olan zaman iştirakçılar onu fitə basaraq, “Zareh, satqın” və bu kimi şüarlarla qarşılayıblar. Tədbirin təşkilatçısı erməniləri sakitləşdirməyə çalışsa da, xaotik durumun qarşısını almaq mümkün olmayıb. …

Read More »

Orqanizminin funksiyalarının 80 faizdən çoxunu itirən uşaqlara 430 manat veriləcək

“Orqanizminin funksiyalarının 80 faizdən çoxunu itirən uşaqlar 430 manat vəsait alacaqlar”. Boyukmillet.com-un məlumatına görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov deyib. Onun sözlərinə görə, hazırda uşaqlarda I, II, III dərəcəli əlilliyə bölünmə nəzərdə tutulmayıb: “Hazırda orqanizminin funksiyalarını itirən uşaqlara verilən müavinət 280 manatdır. Gələn aydan tətbiq ediləcək yeni meyarlardan sonra isə məbləğ 430 manat olacaq”.

Read More »

Ötən il 38 nəfər təhsil haqqını ödəyə bilmədiyinə görə akademik məzuniyyət götürüb

Ötən il 38 nəfər təhsil haqqını ödəyə bilmədiyinə görə akademik məzuniyyət götürüb. Onlardan 20 nəfəri bakalavriat, 3 nəfər magistratura, 5 nəfəri tam orta ixtisas bazası və 1 nəfəri isə ümumorta ixtisas bazası üzrədir. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin “Abituriyent 12” jurnalında qeyd olunub. 2021-ci ildə hərbi xidmətə çağırışla əlaqədər 2892 nəfər akademik məzuniyyət götürüb ki, onların …

Read More »

Azərbaycan nümayəndə heyəti Rusiyada Gənclərin Parlamentlərarası Forumunda iştirak edir

Sankt-Peterburqda “Gənc parlamentarilər – MDB-nin gələcəyinə baxış” mövzusunda MDB-yə üzv ölkələrin Gənclər Parlamentlərarası Forumu keçirilir. Tədbir MDB-yə üzv ölkələrin Parlamentlərarası Assambleyasının 30 illiyinə və Gənclər Parlamentlərarası Assambleyasının 10 illiyinə həsr olunub. Boyukmillet.com MDB Parlamentlərarası Assambleyasının Şurası Katibliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, forumda MDB Gənclər Parlamentlərarası Assambleyasının koordinatoru, Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Emin Hacıyevin rəhbərlik etdiyi Azərbaycan …

Read More »

Nazirlər Kabinetində Azərbaycanın tranzit imkanlarının genişləndirilməsi müzakirə olunub

İyunun 9-da Azərbaycanın Baş naziri Əli Əsədovun sədrliyi ilə Azərbaycanın mövcud tranzit imkanlarının inkişafına dair iclas keçirilib. Boyukmillet.com xəbər verir ki, iclasda sahə üzrə məsul şəxslər, müvafiq nazirliklərin və dövlət şirkətlərinin rəhbərləri iştirak ediblər. İclas zamanı beynəlxalq yükdaşımalar sahəsində mövcud vəziyyət və proqnozlar təhlil edilib, Azərbaycanın bütün yük kateqoriyaları üzrə buraxıcılıq imkanlarını genişləndirmək üçün hüquqi, administrativ və texniki məsələlər, habelə …

Read More »

Ötən il Azərbaycanın təhsil müəssisələrində 90 ölüm halı baş verib

2021-ci ildə Azərbaycanın təhsil müəssisələrində 90 ölüm halı baş verib. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12-ci buraxılışında qeyd edilib. Ölüm hallarının 57-si bakalavriat, 6-sı magistratura, 16-sı tam orta ixtisas, 11-i isə ümumi orta ixtisas bazası üzrə oxuyanlar arasında olub.

Read More »

Gələn aydan Azərbaycanda əlillik sahəsində yeni meyarlar tətbiq olunacaq

“Bu il iyulun 1-dən ölkəmizdə əlillik sahəsində yeni meyarlar tətbiq olunacaq”. Boyukmillet.com-un məlumatına görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov deyib. Onun sözlərinə görə, yeni meyarlara əsasən əlillik artıq üç dərəcə üzrə məhdud çərçivədə deyil, orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi əsasında, daha əhatəli qiymətləndiriləcək: “Bu zaman şəxsin özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, danışma, davranışa …

Read More »

BMT Baş Assambleyası prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb

BMT Baş Assambleyası prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb. BMT-nin Azərbaycan nümayəndəliyindən verilən məlumata görə, BMT Baş Assambleyanın 76-cı sessiyasının prezidenti Abdulla Şahid Azərbaycan xarici işlər nazirinin dəvəti ilə 2022-ci il iyunun 12-dən 13-dək Azərbaycanda rəsmi səfərdə olacaq. Prezident Şahid iyunun 13-də Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək. Baş Assambleya prezidentinin Milli Məclisin sədri Sahibə Qafarova ilə də …

Read More »

Füzuli-Şuşa və Füzuli-Ağdam avtomobil yollarında Mobil Müşahidə Sistemləri quraşdırılıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Əhmədbəyli-Füzuli-Şuşa, Füzuli-Ağdam və digər layihələrə Mobil Müşahidə Sistemləri quraşdırıb. Bu barədə AAYDA-dan bildirilib. Agentlikdə yeni informasiya texnologiyaların idarəetməyə tətbiqinin genişləndirilməsi və rəqəmsal idarəçiyin tətbiq edilməsi ilə fəaliyyətin daha çevik və məqsədyönlü həyata keçirilməsi işləri davam etdirilir. Bu yaxınlarda Agentlikdə rəqəmsal idarəçiliyin inkişafı, daxili idarəetmə proseslərinin optimallaşdırılması və elektronlaşdırılması, bu sahədə çevik və effektiv idarəetmənin təmin …

Read More »