Cümə , 10 Aprel 2026

autor

“Formula 1” üzrə Azərbaycan Qran-prisi start götürür

Bu gün “Formula 1” və “Formula 2” üzrə Azərbaycan Qran-prisinə start veriləcək. Boyukmillet.com-un məlumatına görə, “Formula 1” yarışı Bakıdakı 6-cı Qran-pri kimi tarixə düşəcək. Azarkeşlər 3 illik fasilədən sonra Qran-prini tribunalardan izləyə biləcəklər. İlk yarış günündə “Formula 1″də iki sərbəst yürüş. “Formula 2″də isə sərbəst yürüş və sıralama turu gerçəkləşəcək. Bakı halqasında fan-zonanın qapıları saat 10:00-da açılacaq. İlk olaraq trekə …

Read More »

Bakıda kişi bacısı oğlu tərəfindən çoxsaylı bıçaq xəsarətləri alıb

Bakıda 35 yaşlı kişi bıçaqlanıb. Boyukmillet.com-un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. Belə ki, 1987-ci il təvəllüdlü Abıyev Yədulla Hüseynağa oğlu bıçaqlanıb. Ona mübahisə zəminində bacısı oğlu (ad və soyad dəqiqləşdirilir-red) tərəfindən bıçaq xəsarəti yetirildiyi bildirilir. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona çoxsaylı kəsilmiş-deşilmiş bıçaq yaraları diaqnozu qoyulub. Y.Abıyevin vəziyyəti ağır olduğundan o, reanimasiya …

Read More »

Azərbaycan və Türkiyə rəsmiləri Şuşa Bəyannaməsinin ildönümünü Qarabağda qeyd edəcək

“Azərbaycan və Türkiyə arasında ötən il imzalanmış və rəsmən müttəfiqlik münasibətlərinin əsasını təşkil edən Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə gələn həftə hər iki ölkədən olan rəsmilər Şuşada toplanacaq”. Boyukmillet.com xəbər verir ki bu barədə Türkiyə xarici işlər nazirinin müavini Yavuz Selim Kıran bildirib. Nazir müavini qeyd edib ki, qarşıdakı həftə Şuşada baş tutacaq tədbirdə Türkiyə rəhbərliyinin geniş heyətlə təmsil olunması planlaşdırılıb.

Read More »

Ərdoğan Yunanıstana sərt xəbərdarlıq edib: “Ağlını başına yığsın”

“Yunanıstanı bir daha xəbərdar edirik ki, bir əsr əvvəl olduğu kimi xəyallardan, ritorikadan və peşmanlıqla nəticələnəcək hərəkətlərdən uzaq dursun, ağlını başına yığsın”. Boyukmillet.com xəbər verir ki, bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviter hesabında yazıb. Ərdoğan qeyd edib ki, Türkiyə beynəlxalq sazişlərdən yararlanacaq: “Türkiyə adaların silahlanması ilə bağlı beynəlxalq müqavilələrin ona verdiyi səlahiyyətlərdən istifadə etməkdən çəkinməyəcək”. “Türkiyə heç kimin haqqını və hüququnu …

Read More »

Sabir Rüstəmxanlı Naxçıvana təyyarə biletinin bahalaşmasına etiraz etdi: “Hər kəs şikayət edir”

“Naxçıvan üçün təyyarə biletlərinin qiymətinin 50 manatdan 60 manata qədər bahalaşması doğru deyil. Bir halda ki, cənab Prezident İlham Əliyevin də AZAL-ı tənqid etdiyini deyirlər, yəqin ki, həlli yolları axtarılar. Hər kəs AZAL-da biletlərin baha olmasından şikayət edir. Bilmirəm, hansı şərtlərə görə AZAL biletləri bahalaşdırır”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı …

Read More »

COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliklə COVID-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti 2022-ci il iyulun 1-dək uzadılıb. Qeyd edək ki, bu müddət mayın 1-də başa çatmışdı.

Read More »

Rusiya XİN Sergey Lavrovun Fərrux kəndi ilə bağlı dediklərinə düzəliş edib

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında Sergey Lavrovun İrəvanda erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında Xocalının Fərrux kəndi ətrafındakı vəziyyətlə bağlı səsləndirdiyi fikirlərə düzəliş edilib. Boyukmillet.com xəbər verir ki, Lavrovun Fərrux kəndi ilə bağlı ünvanlanan suala cavabı bu cür verilib: “Qarabağda vəziyyətin deeskalasiyası baxımından müəyyən nəticələr var. Ümid edirik ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin başlanması Bakı ilə İrəvan arasında etimadın artmasına …

Read More »

Finlandiya Rusiya ilə sərhəddə hasar çəkməyi planlaşdırır

Finlandiya hakimiyyəti ölkənin təhlükəsizliyini gücləndirmək üçün Rusiya ilə sərhəddə sərhəd maneələrinin quraşdırılmasını planlaşdırır. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir. “Finlandiya hökuməti Rusiya ilə şərq sərhədində kritik ərazilərdə maneələr qurmağı planlaşdırır”, – daxili işlər naziri Krista Mikkonen bildirib. Sənəddə deyilir ki, bu məqsədlər üçün sərhəd xidməti əlavə maliyyə alacaq. Şlaqbaumların tikintisi “Sərhəd mühafizəsi …

Read More »

Vüsal Quliyev: Maarifləndirmə tədbirləri davam etdiriləcək

Konfranslar yekunlaşdıqdan sonra da QHT-lər və ictimai şuraların birgə fəaliyyəti üçün maarifləndirmə tədbirləri davam etdiriləcək. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev Lənkəran şəhərində keçirilən “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı respublika zona konfransında bildirb.Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri …

Read More »

Zelenski Putinə qarşı sanksiyalar tətbiq edib

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinə qarşı sanksiyaların tətbiq edilməsi barədə sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov, Prezidentin sözçüsü Dmitri Peskov, Baş nazir Mixail Mişustin, müdafiə naziri Sergey Şoyquya qarşı sanksiyalar tətbiq edilib.

Read More »