Ukrayna Prezidenti Volodimir Zelenski və Boris Conson arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukraynanın dövlət başçısı tviterdə yazıb. “Cəbhədəki durumdan danışdım. Ukrayna üçün yeni gücləndirilmiş müdafiə dəstəyi paketinin təsdiqini aldım. Təhlükəsizlik təminatları üzrə işlərin intensivləşdirilməsi məsələsini qaldırdım. Böyük Britaniya ilə birlikdə ərzaq böhranından qaçmaq və limanları blokadadan çıxarmaq yollarını axtarırıq”, – Ukrayna lideri vurğulayıb.
Read More »Bir qrup qazi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olub
Bir qrup Vətən müharibəsi qazisi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olub. Boyukmillet.com xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev qazilərlə görüşüb: “İştirakçılar ölkədə şəhid ailələri və qazilərin sosial müdafiəsi sahəsində aparılan işlərdən razılıqlarını bildiriblər. Qazilər Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə müharibədən sonra şəhid ailələri və müharibə iştirakçılarının geniş …
Read More »Azərbaycan BMT-nin “Davamlı inkişaf məqsədləri indeksi”ndə 5 pillə irəliləyib
BMT-nin 2022-ci il üçün hazırlanmış “Dayanıqlı İnkişaf Hesabatı”nda Azərbaycan ötən illə müqayisədə 5 pillə irəliləyərək mümkün 100 baldan 73,5 toplayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Rəşad Hüseynov bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycan dünyanın 163 ölkəsi arasında “Davamlı inkişaf məqsədləri İndeksi” (DİM) üzrə 50-ci yerdə qərarlaşıb: “Bu göstəriciyə görə respublikamız Cənubi Qafqaz regionunda (Gürcüstan 51-ci yer, Ermənistan 66-cı yer) liderdir və dünya …
Read More »“TEKNOFEST Azərbaycan” bizə nə verdi
“Biz hesab edirik ki, Azərbaycanda uşaqlar gəlib təyyarəyə yaxud PUA-lara toxunmalıdır ki, gələcəkdə bəlkə ölkələrimizin təhlükəsizliyini qoruyacaq təyyarə istehsal etsinlər, bu da kosmosa çıxmağ üçün vəsilə ola bilər”. Son günlər çoxlarının dillərində əzbər etdiyi bu fikirlərin müəllifi Türkiyənin “Baykar” şirkətinin texniki direktoru və “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının İdarə Heyətinin sədri Selçuk Bayraktardır. “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində ölkəmizə gələn Selçuk Bayraktar …
Read More »Milli Məclisin komitələri Şuşada icbari tibbi sığorta ilə bağlı dinləmə keçirəcək
“İyunun 29-da Şuşa şəhərində Milli Məclisin Səhiyyə və Əmək və sosial siyasət komitələrinin birgə iclası keçiriləcək”. Boyukmillet.com xəbər verir ki, bunu parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib. Onun sözlərinə görə, toplantıda icbari tibbi sığorta ilə bağlı məsələlər müzakirə olunacaq: “Yığıncaqda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələri də iştirak edəcəklər”.
Read More »Türkmənistan Prezidenti Nazirlər Kabinetində kadr dəyişikliyi edib
Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədov hökumətdə kadr yerdəyişmələri edib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı hökumətin və Təhlükəsizlik Şurasının 2022-ci ilin ilk 5 ayının yekunlarına həsr olunmuş iclasında müvafiq sərəncamlar və qərarlar imzalayıb. Beləliklə, Prezidentin sərəcamı ilə işində yol verdiyi nöqsanlara görə Esenmırat Orazgeldiyev Türkmənistan Nazirlər Kabineti sədrinin sənaye kompleksi üzrə müavini vəzifəsindən azad edilib. Onun yerinə daha əvvəl Türkmənistan Prezidentinin …
Read More »Azad edilən ərazilərdə daha 79 mina aşkarlanıb
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb. Boyukmillet.com xəbər verir ki, iyunun 1-dən 6-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 54, tank əleyhinə 25 mina və 206 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 357 hektar ərazi mina və partlamamış hərbi …
Read More »Türkiyə Qara dənizdə qaz hasilatı ilə bağlı layihəyə 10 milyard dollar sərmayə qoymağa hazırlaşır
Türkiyə Qara dənizdə qaz hasilatı üçün 2200 metr dərinlikdə energetika bazası tikəcək. Ankara qaz hasilatı və nəqli layihəsinə, təxminən, 10 milyard dollar investisiya qoyur. “Sabah” nəşrinin məlumatına əsasən, “Sakarya” yatağından Filos dəniz limanına qədər uzanacaq qaz kəmərinin 540 milyard kubmetr “mavi yanacağ”ın çıxarılmasına və nəqlinə imkan verəcəyi güman edilir. İlkin tədarüklərin gələn il həyata keçirilməsi planlaşdırılır. Qeyd edək ki, Türkiyədə …
Read More »XİN-də Azərbaycan-Bolqarıstan münasibətlərinin ildönümü ilə bağlı tədbir keçirilir
Azərbaycan və Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilir. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviter hesabında qeyd olunub. Qeyd edək ki, Azərbaycan və Bolqarıstan arasında diplomatik münasibətlər 1992-ci il iyunun 5-də qurulub. 1999-cu ildə isə Bolqarıstanın Azərbaycanda səfirlyii fəaliyyətə başlayıb. Azərbaycanın Bolqarıstandakı səfirliyi isə 2004-cü ildə açılıb.
Read More »Bakıda yanğın təhlükəli əyləncə klubu bağlanıb
Nizami rayonunda yanğın təhlükəli obyektin fəaliyyəti məhdudlaşdırılıb. Boyukmillet.com xəbər verir ki, FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən vətəndaşların müraciəti əsasında aparılmış plandankənar yoxlama zamanı Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2222-ci məhəllə ünvanında yerləşən “ENJOY” gecə əyləncə klubunda yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar