Cümə , 10 Aprel 2026

autor

Ərdoğan: “Azərbaycanla Cənub Qaz Dəhlizinin genişləndirilməsinə önəm veririk”

“Hər sahədə olduğu kimi, enerji sahəsində də can Azərbaycanla əməkdaşlığımız ölkələrimiz və bölgələrimiz üçün strateji əhəmiyyətə malikdir”. Boyukmillet.com xəbər verir ki, bu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 4-də Şuşada Bakı Enerji Həftəsi çərçivəsində keçirilən xüsusi sessiyanın iştirakçılarına ünvanladığı məktubda öz əksini tapıb. “Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və TANAP kimi meqa infrastruktur layihələrini həyata keçirməklə yerli və qlobal enerji …

Read More »

Şuşada Bakı Enerji Həftəsi çərçivəsində xüsusi sessiya keçirilir

Bakı Enerji Həftəsi çərçivəsində iyunun 4-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada xüsusi sessiya keçirilir. Boyukmillet.com xəbər verir ki, sessiyada 100-dən çox yerli və xarici nümayəndə iştirak edir. Əvvəlcə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı Enerji Həftəsi iştirakçılarına ünvanladığı məktub oxunub. “Xalis sıfıra aparan yol: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşıl enerji potensialının inkişafı” mövzusuna həsr olunan xüsusi sessiyada energetika naziri Pərviz …

Read More »

Məcburi köçkünlər üçün yeni layihənin icrasına başlanılıb

Dünya Bankı “Azərbaycanda bərpa və sülh quruculuğu üçün tədqiqat, təhlil və potensialın gücləndirilməsi” qrant layihəsi keçirir. Bu məqsədlə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində “Məcburi köçkünlərin gəlir imkanlarının dəstəklənməsinə dair təcrübələrin və ehtiyacların qiymətləndirilməsinin nəticələri” mövzusunda dəyirmi masa keçirilib. Boyukmillet.com xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məşğulluq sektorunun müdiri Kamran Ağamalıyev diqqətə çatdırıb ki, …

Read More »

Heydər Əliyev Mərkəzində xalça motivləri əsasında hazırlanan geyimlərin dəfiləsi keçirilib

Heydər Əliyev Mərkəzində xalça motivləri əsasında hazırlanan geyimlərin dəfiləsi keçirilib. Boyukmillet.com xəbər verir ki, Heydər Əliyev Mərkəzindəki təqdimat zamanı “AFFFAIR” markasının təsisçisi Rüfət İsmayılın qədim çeşnilər – “Açma-yumma”, “Qarabağ”, “Naxçıvan”, “Ovçuluq”, “Pazırıq” xalçalarının elementlərindən ruhlanaraq hazırladığı dizaynlar əsasında “Sumakh” geyim kolleksiyası nümayiş etdirilib. Dünyanın ən qədim xalçaçılıq mərkəzi olan Azərbaycanda bu sənət növü əsrlər boyu nəsildən-nəslə ötürülüb, müasir dövrədək qorunub …

Read More »

Quru Qoşunlarında döyüş atışlı taktiki təlim keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq, Quru Qoşunlarının hissə və bölmələrində döyüş atışlı taktiki təlim keçirilib. Təlimə cəlb olunan motoatıcı, artilleriya və zirehli texnika bölmələri senariyə uyğun olaraq aşkar olunan şərti düşmən hədəflərini qarşılıqlı əlaqədə məhv ediblər. Təlimin keçirilməsində əsas məqsəd komandirlərin idarəetmə qabiliyyətini və şəxsi heyətin praktiki bacarıqlarını inkişaf etdirmək, eləcə də bölmələr arasında …

Read More »

“Daşaltı kəndinin Turizm İnkişafı Konsepsiyası”nı təqdimatı keçirilib

Dövlət Turizm Agentliyi “Daşaltı kəndinin Turizm İnkişafı Konsepsiyası”nı təqdimatını keçirib. Boyukmillet.com xəbər verir ki, təqdimat işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclasında olub. Agentliyin nümayəndəsi Daşaltı turizm sektorunun inkişaf göstəriciləri üzrə proqnozlar və investisiya mühitinin əlverişliliyinin artırılması, tələb olunan maliyyə mexanizmləri barədə …

Read More »

“RİA Novosti” agentliyi Azərbaycan ərazisində bloklanıb

Rusiyanın “RİA Novosti” agentliyi Azərbaycan ərazisində bloklanıb. Bu barədə Boyukmillet.com “Caliber.az”a istinadən xəbər verir. Qeyd edək ki, “RİA Novosti” daha əvvəl erməni separatçılarının “dövlət naziri”, özünü Azərbaycan ərazilərindəki qanunsuz qurumun qondarma naziri kimi təqdim edən Artak Beqlaryanla Azərbaycan ictimaiyyəti arasında geniş rezonans doğuran geniş müsahibəsini dərc edib. Bu təxribat xarakterli müsahibə Bakıda Azərbaycan və Rusiya arasında Müttəfiq Əməkdaşlıq haqqında Bəyannamənin müddəalarının kobud şəkildə …

Read More »

Azərbaycanlı jurnalistlərin Kəlbəcərdə minaya düşərək şəhid olmalarından bir il ötür

Bu gün AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışovun şəhid olmalarından bir il ötür. Boyukmillet.com xatırladır ki, xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcərə ezam olunmuş bir qrup jurnalisti aparan “KamAZ” markalı sərnişin avtomobili ötən il iyunun 4-də rayonun Susuzluq kəndində tank əleyhinə minaya düşüb. Nəticədə çəkiliş qrupunun iki üzvü – S.Abışov və M.İbrahimov, habelə …

Read More »

Zakir Həsənov təxribatlara dərhal adekvat cavab verilməsini tapşırıb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun bölmələrinə qarşı mümkün təxribatlara dərhal adekvat cavab tədbirlərinin görülməsi ilə bağlı konkret tapşırıqlar verib. Boyukmillet.com-un xəbərinə görə, o, bu barədə iyunun 4-də Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirədə danışıb. Z.Həsənov döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması barədə də konkret tapşırıqlar verib. Müdafiə naziri müddətli həqiqi hərbi xidmətə yeni çağırılacaq gənc əsgərlərin fərdi-psixoloji xüsusiyyətlərinin …

Read More »

Bu gün 22 minə yaxın abituriyent qəbul imtahanı verəcək

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən I ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək. DİM-dən verilən xəbərə görə, imtahanda 21753 abituriyentin iştirakı nəzərdə tutulur. İmtahan saat 11:00‑da başlanacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar. Kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib …

Read More »