Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, mətndə deyilir: “Ülyahəzrət, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram. Eyni zamanda …
Read More »İlham Əliyev İtaliya Prezidentini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellaya təbrik ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli cənab Prezident, İtaliya Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm. Biz Azərbaycan ilə İtaliya arasında dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirir və onlara böyük əhəmiyyət veririk. …
Read More »Şəhid ailələri və qazilər üçün genişlənən sosial dəstək proqramları fonunda komissiyalara təzyiq cəhdləri – ŞƏRH
Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycanda böyük sosial dəstək paketi icra olunur. Şəhid ailələri və qazilər, erməni terrorundan zərər çəkənlərdən ibarət artıq 100 min şəxs bu dəstək tədbirləri ilə əhatə olunub və onlara dəstək yönümlü 175 min xidmət göstərilib. Ötən dövr ərzində Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin sosial təminat hüquqlarının çevik şəkildə reallaşdırılması təmin olunub. Onların müraciətinə, …
Read More »DİN tələbənin polislər tərəfindən döyülməsi ilə bağlı məlumatlara münasibət bildirib
Daxili İşlər Nazirliyi (DİN) 17 yaşlı tələbənin polislər tərəfindən döyülməsi ilə bağlı məlumatlara münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, mayın 31-də səhər saatlarında Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları şəhər ərazisində xidmət apararkən Sosial və Aqrar-Texnoloji Kollecin qarşısındakı piyada keçidinin üzərində dayanaraq söhbət edən həmin kollecin tələbələri F.Xinqalov və 17 yaşlı Z.Z.-nin (ad, soy adı şərti) nəqliyyat vasitələri və …
Read More »Azərbaycan Serbiya ilə enerji sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb
Azərbaycan və Serbiya arasında enerji sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. Sənədə Bakı Enerji Həftəsi çərçivəsində imza atılıb. Serbiyanın energetika və mədən naziri Zorana Mixayloviç bildirib ki, saziş iki ölkə arasında xüsusilə qaz sektoru və enerji keçidi sahəsində əməkdaşlığın, ümumi əlaqələrin inkişafına kömək edəcək. Bu gün energetika naziri Pərviz Şabhazov və Prezident İlham Əliyevlə görüşən Z.Mixayloviç, ikitərəfli siyasi əlaqələrin enerji sektorunda …
Read More »Ərdoğan Bakıda keçirilən “Teknofest” festivalından danışıb
“Keçən həftə Azərbaycana səfər etdim. Bakıdakı festivalda əlverişli şərait yaradıldığı zaman gənclərimizin nələr edə bildiklərinin şahidi olduq”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Növbəti “Teknofest”i Samsunda təşkil edəcəyik. Biz indiki nəslin bizim yaşadığımız çətinlikləri yaşamamalarını istəyirik və bunun üçün çalışırıq”, – o söyləyib. Qeyd edək ki, mayın 26-dan 29-dək Bakıda “TEKNOFEST Azərbaycan” festivalı keçirilib. Türkiyə Prezidenti …
Read More »Ombudsman Aparatı sığınacaqda uşaqlara əzab verilməsi faktına münasibət bildirib
Ombudsman Aparatı paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən sığınacaqda müxtəlif dövlət orqanlarının iştirakı ilə keçirilən monitorinq zamanı uşaqlara aylarla əzab verilməsi faktına münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, internet saytlarında yayılmış bu məlumatla bağlı məsələ üzrə müvafiq qaydada Prokurorluğa və DİN-ə də müraciət olunub: “Məlum olduğu kimi Ombudsman Aparatında Uşaq hüquqlarının müdafiəsi sektoru fəaliyyər göstərir. Müvəkkil uşaq hüquqlarının təmini məsələsinə …
Read More »Dövlət Komitəsi: “Din xadimi olmaq istəyənlərin diplomları ciddi şəkildə yoxlanılacaq” – EKSKLÜZİV
“Din xadimlərini, həmçinin din xadimi olmaq istəyənləri diqqətli olmağa, belə şəxslərin qurbanına çevirilməməyə çağırırıq. Bildiririk ki, müsahibə və attestasiyada iştirak etmək üçün sənədlər, xüsusilə də diplomlar ciddi şəkildə yoxlanılacaq”. Bunu “Report”a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə deyib. O xatırladıb ki, Milli Məclis tərəfindən fevralın 25-də “Dini etiqad azadlığı haqqında” qanunun 8-ci …
Read More »“Qazilərimiz səbirlə, təmkinlə addım atmalı, dövlət qurumları isə onların müraciətlərinə daha çevik baxmalıdır” – RƏY
“Azərbaycanda dövlət tərəfindən şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə hər zaman yüksək diqqət və qayğı göstərilməkdədir. Prezident İlham Əliyev hər dövlət strukturu qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən edib”. Boyukmillet.com xəbər verir ki, hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Cavid Osmanov deyib. Onun sözlərinə görə, həmin kateqoriyadan olan şəxslərin mənzil-məişət …
Read More »Bakıda Pakistan filminin premyerası keçirilib
Pakistanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Bakıda “Dum Mastam” (“Sevgiylə məst olmuş”) filminin premyerası keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə Pakistanın Azərbaycandakı səfiri Bilal Haye və Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Qənirə Paşayeva iştirak ediblər. Bilal Haye Pakistan filminin qardaş Azərbaycanda nümayiş olunmasından məmnun olduğunu bildirib. “Filmdə insani dəyərlər və sosial problemlərə toxunulur. Bakıda daha çox Pakistan filmlərinin nümayiş olunmasını …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar