“Texnofest Azərbaycanda” aviaşou nümayiş etdirən “Türk Ulduzları” Türkiyəyə qayıdır. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Hərbi Hava Qüvvələrinin eskadrili “Türk Ulduzları”nın tviter səhifəsində məlumat verilib. “Can Azərbaycandakı fəaliyyətimiz tamamlanıb. Bu gün Türkiyəyə qayıdırıq. Ən qısa müddətdə yenidən görüşənədək”, – paylaşımda qeyd olunub.
Read More »DSX: “Ermənistan hərbçisinin Azərbaycanın atəşkəsi pozması nəticəsində yaralanması yalandır”
“Mayın 28-də Ermənistan mətbuatında Azərbaycan-Ermənistan dövlət sərhədində guya Azərbaycan tərəfinin atəşkəsi pozması nəticəsində Ermənistan Silahlı Qüvvələrinin 1 hərbi qulluqçusunun ağır yaralanması barədə məlumatlar yayılıb”. Bu barədə “Report”a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib. “Bununla əlaqədar rəsmi olaraq bildiririk ki, bu məlumatlar həqiqətə uyğun deyil və reallığı əks etdirmir. Ermənistan hərbi qulluqçusunun yaralandığı ərazinin (ER-nın Sünik vilayətinin Nerkin And kəndi) …
Read More »“Ermənistan hakimiyyəti hər vəchlə komissiyaların işinə və sülh prosesinə mane olmaq istəyir” – RƏY
“Prezident İlham Əliyevin Zəngilandan verdiyi tarixi bəyanatın ardınca İrəvanda müşahidə olunan isterika göstərir ki, dövlət başçımız çıxışı ilə hədəfi dəqiq vurub. Ermənistanda bu reallığı başa düşməlidirlər ki, biz bərabər hüquq və imkanlara malik tərəflər deyilik. Biz qalibik, Ermənistan məğlub. Biz diqtə edirik, Ermənistan icra edir. Biz həm hüquqi, həm də hərbi-siyasi baxımdan güclüyük, Ermənistan isə hüquqi cəhətdən haqsız və hərbi-siyasi …
Read More »Mənsimovun ermənilər və separatçılar ilə iş birliyini təsdiqləyən faktlar-Video
Mübariz Mənsimovun dövlətçiliyə xələl gətirən növbəti faktları aşkarlanıb. Boyukmillət.com xəbər verir ki, separatçı Seyran Rəfiyevlə və Mübariz Mənsimovla bağlı tük ürpərdici yeni video yayılıb. Həmin videonu sizlərə təqdim edirik:
Read More »Sabah Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq
Mayın 31-ə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 26-31° isti, Bakıda gecə 19-21° isti, gündüz 28-30° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 45-50 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə …
Read More »Prezident “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-yə 1 milyon manat ayırıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin audiovizual arxiv materiallarının rəqəmsallaşdırılması və vahid bazasının yaradılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Boyukmillet.com-un xəbərinə görə, Sərəncamda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə məxsus AzTV, Mədəniyyət TV, İdman TV, “Azərbaycan Radiosu” və “Beynəlxalq Radio”nun …
Read More »QHT-dövlət münasibətlərinə həsr olunmuş növbəti zona konfransı Şəmkirdə keçirilib
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı respublika zona konfranslarının təşkilini davam etdirir. Növbəti konfrans Şəmkir şəhərində keçirilib. Boyukmillet.com xəbər verir ki, konfransda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşları …
Read More »Los-Ancelesdə Azərbaycanın Müstəqillik Günü qeyd olunub
Azərbaycanın Müstəqillik Günü və Azərbaycan-ABŞ diplomatik münasibətlərinin qurulmasının 30 illiyi Los Ancelesdə təntənəli şəkildə qeyd olunub. Boyukmillet.com xəbər verir ki, tədbirdə ABŞ siyasi xadimləri, Dövlət Departamentinin və Los Anceles Vilayətinin rəsmiləri, müxtəlif xarici ölkələrin baş konsulları, tanınmış elm və mədəniyyət xadimləri, jurnalistlər, Azərbaycan icmasının üzvləri, həmçinin dost türk, yəhudi, Pakistan, Koreya, latino, İran və digər icmaların rəhbərləri iştirak ediblər. Azərbaycan …
Read More »KİV: Loqistika baxımından Azərbaycan dəhlizi alternativə çevrilib
“Qərb sanksiyaları təsdiqlədikdən sonra Asiyanın 10-a yaxın yol dəhlizi Avropa ölkələri üçün səmərəsiz oldu. Azərbaycan dəhlizi alternativə çevrilib”. Boyukmillet.com xəbər verir ki, bunu nəqliyyat üzrə ekspert Vaso Uruşadze deyib. “İndi Gürcüstan və Azərbaycanın bizə keçən bu yük axınını qəbul edə bilməsi vacibdir. Daşıma ilə bağlı ümumi strategiyanın işlənib hazırlanması üçün Gürcüstan, Azərbaycan və Qazaxıstan arasında danışıqlara ehtiyac var”, – ekspert …
Read More »AFP “TEKNOFEST Azərbaycan” və Bayraktardan yazıb
Fransanın nüfuzlu xəbər agentliyi “Agency France Press” (AFP) Bakıda keçirilmiş “TEKNOFEST Azərbaycan” festivalı və Türkiyənin pilotsuz təyyarələri haqqında yazıb. Boyukmillet.com xəbər verir ki, xəbərdə mayın 26-29-da Bakıda aviasiya, kosmos və texnologiyalar festivalının keçirildiyi, Türkiyə ilə Azərbaycanın tarixi dostluğu qeyd edilib. Vurğulanıb ki, Türkiyənin festivaldakı pilotsuz təyyarələri böyük diqqət cəlb edib və Ukrayna müharibəsində mühüm rol oynayan “Bayraktar TB2” pilotsuz uçuş …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar