Cümə , 10 Aprel 2026

autor

Sərdar Çam: “Türkiyə hər zaman Azərbaycanın yanındadır”

“Şuşada bu gün keçirilən konfrans vacib əhəmiyyətə malikdir, çünki postmünaqişə dövründə mədəni əməkdaşlığın inkişafına həsr olunub”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Sərdar Çam “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda keçirilən beynəlxalq konfransın açılışında bildirib. Nazir müavini bu konfransın əməkdaşlığın inkişafı üçün yeni imkanlar açacağına ümidvar olduğunu bildirib. “Türkiyə hər …

Read More »

“Azərbaycan-Avropa İttifaqı münasibətlərinin sürətli inkişafı hər iki tərəfin maraqlarına cavab verir”

“Azərbaycan-Avropa İttifaqı (Aİ) münasibətləri strateji tərəfdaşlıq münasibətləridir. Fundamental məsələlərdə bizim mövqelərimiz üst-üstə düşür və Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafının çox geniş perspektivləri var”. Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Elman Nəsirov deyib. Onun sözlərinə görə, enerji və nəqliyyat təhlükəsizliyi kimi sahələrdə Bakı-Brüssel münasibətləri çox sürətlə inkişaf etməkdədir: “Rusiya-Ukrayna arasında baş verən hadisə fonunda Aİ …

Read More »

Azərbaycanda 8 mindən çox İİV xəstəsi var

Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-lə yaşayan 8 mindən çox Azərbaycan vətəndaşı rəsmi qeydiyyatdadır. Boyukmillet.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) direktoru Famil Məmmədov deyib. O qeyd edib ki, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkarlandığı 1987-ci ildən 2022-ci ilin aprelinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-lə yaşayan 8 059 Azərbaycan vətəndaşı rəsmi qeydiyyatdadır: “Onlardan 5 …

Read More »

Azərbaycanda Gender komissiyalarının yaradıldığı bələdiyyələr məlum olub

Azərbaycanda Gender komissiyalarının yaradıldığı bələdiyyələrin adları məlum olub. Bu barədə “Report”a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu açıqlama verib. Onun sözlərinə görə, komissiyalar Azərbaycanın 15 rayon və şəhərindəki bələdiyyələrdə yaradılıb. Belə ki, Gender Komissiyaları Bakı şəhərində Xətai, Nəsimi, Səbail, Yasamal, M.Ə.Rəsulzadə, Lökbatan və Bakıxanov bələdiyyələrini əhatə edib. Həmçinin paytaxtdan kənarda Sumqayıt, Mingəçevir, Şirvan, Xırdalan, Ağcabədi, …

Read More »

Azərbaycanın turizm imkanları Hindistanda təbliğ olunur

Dövlət Turizm Agentliyinin (DTA) təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti ölkəmizin turizm potensialının təbliği məqsədilə ötən gün Hindistanın Nyu-Dehli şəhərində işinə başlayan “SATTE Delhi 2022” sərgisində təmsil olunur. Sərgidə 115 kvadrat metr sahəni əhatə edən milli stenddə ölkəmizi Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, “Azərbaycan Hava Yolları” QSC və müxtəlif turizm şirkətlərin nümayəndələri daxil olmaqla ümumilikdə 9 təşkilat təmsil edir. Sərgi …

Read More »

Amreyev: “TDT işğaldan azad edilmiş ərazilərin bərpası prosesinə öz töhfəsini verməyə hazırdır”

“Türk Dövlətləri Təşkilatı (TDT) işğaldan azad edilmiş ərazilərin bərpası prosesinə öz töhfəsini verməyə hazırdır”. Boyukmillet.com xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev Şuşada jurnalistlərə bildirib. “Azərbaycanda bu ərazilərin mədəni irsinin bərpası məsələsini müzakirə etdik. Əlbəttə ki, biz Qarabağda bərpa prosesinə öz töhfəmizi verməyə hazırıq”, – o deyib. Xatırladaq ki, bu gün Şuşada “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni …

Read More »

Azərbaycan səfirliyi Türkiyəni milli bayramı münasibətilə təbrik edib

Azərbaycanın Ankaradakı səfirliyi Türkiyəni 19 May-Atatürkü anma, Gənclər və İdman Günü münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin tviter hesabında paylaşım edilib. “Qardaş Türkiyəni 19 May-Gənclər və İdman Bayramı münasibətilə təbrik edirik. Başda Qazi Mustafa Kamal Atatürk olmaqla Milli Mübarizə qəhrəmanlarını hörmət və ehtiramla anırıq”, – paylaşımda bildirilib.

Read More »

Fələstin səfiri: “Ümid edirəm ki, Qarabağda mina problemi tezliklə həllini tapacaq”

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalarla çirklənməsi çox vacib problemdir və mümkün qədər tez həll edilməlidir”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a Şuşada olan Fələstinin Azərbaycandakı səfiri Naser Əbdül Kərim bildirib. “Ümid edirəm ki, Qarabağda mina problemi tezliklə öz həllini tapacaq. Bu nə qədər tez baş versə, dövlət ərazilərin bərpası üzərində işlərə bir o qədər tez başlaya biləcək”, – səfir deyib. “Beynəlxalq …

Read More »

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Qarabağa səfər edəcək

Azərbaycanda səfərdə olan Türkiyənin Kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçi sabah işğaldan azad edilmiş ərazilərə səfər edəcək. Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında nazir özü bildirib. “Qarabağı ziyarət Azərbaycana səfərimizin zirvə nöqtəsi olacaq. Mən ilk dəfə ziyarət etmiş olacağam. Həm Türkiyə vətəndaşı, həm də Kənd təsərrüfatı və meşəçilik naziri olaraq çox həyəcanlıyam. 30 il işğal altında qalan torpaqlara …

Read More »

Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada 3 197 nəfər vaksinasiya olunub. Gün ərzində birinci doza vaksinlərin sayı 340, ikinci doza vaksinlərin sayı 451 təşkil edib. Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 2 170-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 228 olub. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 698 183, birinci doza peyvəndlərin ümumi sayı …

Read More »