Cümə , 10 Aprel 2026

autor

Azərbaycan və İran XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı olub.  Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib. Nazirlər ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişafını məmnunluqla qeyd ediblər. İki ölkə arasında iqtisadi, ticarət, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafı üzrə fikir mübadiləsi aparılıb. İran-Azərbaycan iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət …

Read More »

Niderlandda Şuşaya həsr olunan poçt markaları buraxılıb

Niderlandın Amsterdam şəhərində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə həsr olunmuş poçt markaları çap edilib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Həmin ölkədə yaşayan həmyerlimiz Səltənət Rəvanqızının təşəbbüsü ilə “Azərbaycanın inciləri” layihəsi çərçivəsində buraxılan markanın üzərində Şuşa qalası ilə “Xarı bülbül” çiçəyinin təsviri və “Qarabağ”, “Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. İlham Əliyev” sözləri əks olunub. Markalar Niderlandın rəsmi poçt rabitəsinin …

Read More »

Azərbaycan lideri: “Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik”

“Biz dünya miqyasında bir-birinə ən yaxın ölkələrik. Ölkələrimiz çox böyük sınaqlardan keçib”. Boyukmillet.com-un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Rizə şəhərində Rizə-Artvin Hava Limanının açılış mərasimində çıxışı zamanı deyib. “Keçən il bizim qədim və tarixi şəhərimiz Şuşa şəhərində Türkiyə və Azərbaycan arasında Birgə Bəyannamənin imzalanması bizim əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırdı. Biz həm dostuq, həm qardaşıq, həm də artıq …

Read More »

Azərbaycan lideri: “Şuşada bayrağımız ucalana qədər Türkiyə bizim arxamızda idi”

“Müharibənin son dəqiqəsinə qədər, Şuşa şəhərinə bayrağımız ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi. Azərbaycan xalqı heç vaxt bu qardaşlığı unutmayacaq”. Boyukmillet.com-un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Rizə şəhərində Rizə-Artvin Hava Limanının açılış mərasimində çıxışı zamanı deyib. “Bu gün də biz biryerdəyik. Qarabağın bərpası işində bərabər, çiyin-çiyinə çalışırıq. Minlərlə bizim türk qardaşımız bu …

Read More »

Azərbaycan MN: “Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub”

Mayın 14-ü saat 11:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. “Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb”, – qurumdan bildirilib.

Read More »

Ərdoğan: “Qarabağ müharibəsi informasiya savaşında həmrəyliyimizin əhəmiyyətini göstərdi”

“İkinci Qarabağ müharibəsi zamanı yayılan şayiələr, dezinformasiyalar bizə türk dövlətləri arasında bu məsələdə həmrəyliyin olmasının əhəmiyyətini göstərdi”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiyadan məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin İstanbulda keçirilən 4-cü toplantısına göndərdiyi videomüraciətində bildirib. “44 gün ərzində çox çətin mübarizə aparıldı. Bu təcrübə bir daha onu göstərir …

Read More »

Azərbaycan Prezidentinin köməkçisi türk dövlətlərinə çağırış edib

“Bu gün müharibə bitib. Azərbaycan Qarabağda sülh əməlləri həyata keçirdiyi halda, təəssüflər olsun ki, yenə də ölkəmizə qarşı informasiya müharibəsi davam etməkdədir”. Boyukmillet.com-un xəbərinə görə, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin İstanbulda keçirilən 4-cü toplantısında deyib. Onun sözlərinə …

Read More »

Bu gün İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında görüş olacaq

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb. Görüş Türkiyənin Rizə şəhərində keçiriləcək. Dövlət başçıları Rizə-Artvin hava limanının açılış mərasimində iştirak etdikdən sonra bir araya gələcəklər. Qeyd edək ki, bu gün Prezident İlham Əliyev Türkiyəyə səfər edəcək. Azərbaycan və Türkiyə prezidentləri Rizə-Artvin …

Read More »

Rusiyada inflyasiya son 20 ilin rekordunu qırıb

Rusiyada illik inflyasiya 2022-ci ilin aprelində martdakı 16,69 %-dən 17,83 %-ə yüksəlib. Boyukmillet.com Federal Dövlət Statistika Xidmətinə istinadən xəbərinə görə, 2022-ci ilin əvvəlindən qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə daha çox artıb və artımın 3/4-ü mart ayında baş verib ki, bu da 1998-ci ilin dekabrından artıq inflyasiya statistikası baxımından ən pis ay olub. Qeyd olunur ki, aylıq istehlak qiymətləri 1,56 …

Read More »