“Norm” ASC-nin rəhbər heyəti 10 may tarixində, ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Şahdağ Milli Parkında, dəniz səviyyəsindən 3751 metr yüksəklikdə yerləşən “Heydər zirvəsi” istiqamətində yürüş təşkil etmişdir. Yürüş 8 nəfərdən ibarət heyət tərəfindən əvvəlcədən müəyyənləşdirilmiş marşrut üzrə mütəşəkkil qaydada və təhlükəsizlik qaydaları çərçivəsində həyata keçirilib. Çətin relyefə, mürəkkəb keçidlərə və əlverişsiz hava şəraitinə baxmayaraq, “Norm” əməkdaşları …
Read More »Məzahir Süleymanzadə vəfat edib
Azərbaycanın tanınmış jurnalisti, AFFA-nın sabiq mətbuat katibi Məzahir Süleymanzadə 70 yaşında ikən vəfat edib. Bu barədə “Report”a mərhumun qardaşı, beynəlxalq dərəcəli hakim Tahir Süleymanov məlumat verib. Onun sözlərinə görə, M.Süleymanzadə şəkərli diabetdən dünyasını dəyişib. Mərhum jurnalist bu gün Mərdəkan qəbiristanlığında torpağa tapşırılacaq. Qeyd edək ki, Məzahir Süleymanzadə 1952-ci il dekabrın 22-də Bakıda anadan olub. 1970-ci ildə Şamaxı şəhərindəki 1 saylı orta …
Read More »Birinci vitse-prezident ulu öndərin doğum günü ilə bağlı paylaşım edib
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın ümummilli lideri Heydər Əliyevin doğum günü ilə bağlı rəsmi insaqram səhifəsində paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir: “Heydər Əliyevin nurlu, xoş xatirəsi qəlbimizdə daim yaşayacaqdır. Xatirimizdədir, sevgi ilə anırıq”.
Read More »Azad edilən ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlanıb
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı mayın 2-dən 7-dək aşkarlanan minaların sayını açıqlayıb. Boyukmillet.com xəbər verir ki, Tərtər, Ağdam, Füzuli, Şuşa, Xocavənd, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 97, tank əleyhinə 35 mina və 86 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Read More »Ermənistan ziyalıları Paşinyanı sülh müqaviləsi bağlamağa çağırıblar
Ermənistanın bir qrup ziyalısı ölkənin Baş naziri Nikol Paşinyana müraciət edərək Azərbaycanla danışıqları sülh müqaviləsi imzalamaqla başa çatdırmağı xahiş edib. “Ermənistanın Respublikasının dövlət bayramları siyahısına əsasən, 9 may “Qələbə və Sülh bayramı” kimi qeyd olunur. Biz, aşağıda imzası olan Ermənistan vətəndaşları bu günün tövsiyəsini sülhün aydın tələbi kimi şərh edirik, çünki sülh qələbədir, sülhsüz “qələbə” isə məğlubiyyətdir. Biz sülhə alternativin …
Read More »Prezident və birinci xanım Füzuliyə səfər ediblər
Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər ediblər. Boyukmillet.com xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım Füzuli şəhərində Peşə Liseyinin təməlini qoyub, yeni yaradılacaq mərkəzi parkın ərazisində ağac əkib, rayon mərkəzi xəstəxanasının təməlqoyma mərasimində iştirak ediblər.
Read More »İlham Əliyev Füzulidə Peşə Liseyinin təməlini qoyub
Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli şəhərində Peşə Liseyinin təməlini qoyublar. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Read More »Füzuli Rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimi keçirilib
Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli Rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimində iştirak ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Read More »ASAP gəncləri Heydər Əliyev zirvəsində
Boyukmillet.com xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) bir qrup əməkdaşı və xaricdə təhsil almış məzunlar birliklərinin nümayəndələri Şahdağ Milli Parkının ərazisində yerləşən “Heydər zirvəsi” istiqamətində yürüş təşkil ediblər. Çətin keçidləri olan zirvəyə qalxmağa hazırlıq üçün yürüş iştirakçıları ilk olaraq Xınalıq kəndi ərazisindən Qızıl Qaya massivinin ətəyində yerləşən düşərgə …
Read More »Cahit Bağçı: “Şuşada Türkiyə Konsulluğunun yaradılması ilə bağlı XİN-lər arasında danışıqlar gedir”
“Şuşada Türkiyə Konsulluğunun yaradılması ilə bağlı Azərbaycan və Türkiyə Xarici İşlər nazirlikləri (XİN) arasında danışıqlar gedir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib. O qeyd edib ki, proses daim diqqətdədir.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar