Cümə , 10 Aprel 2026

autor

İşğaldan azad edilmiş ərazilərə icazəsiz keçmək istəyən şəxs saxlanılıb

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə rayonun işğaldan azad edilmiş ərazilərinə müvafiq icazəsi olmadan keçmək istəyən şəxs saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Report”a verilən məlumata görə, Ağdam rayon sakini Möhübət Məmmədov rayonun Hacıməmmədli kəndi ərazisindən işğaldan azad edilmiş yerlərə daxil olmağa cəhd göstərərkən nəzarət qaydasına uyğun polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən saxlanılıb. Həmin şəxslə …

Read More »

Prezident və birinci xanım Sabunçuda şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 2-də Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yeni yaşayış kompleksinin açılışında iştirak ediblər. Boyukmillet.com xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dövlət başçısına və birinci xanıma yeni yaşayış kompleksi barədə məlumat verdi. Bildirilib ki, doqquzmərtəbəli 12 binadan və 576 mənzildən ibarət yeni …

Read More »

Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub

Mayın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, prezidentlər Ramazan bayramı münasibətilə bir-birini təbrik edib, qardaş Azərbaycan və Türkiyə xalqlarına ən xoş arzularını çatdırıblar. Dövlət başçıları Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün istiqamətlərdə uğurla inkişaf edəcəyinə əminliklərini bildirib, əlaqələrimizin perspektivləri ilə bağlı məsələləri müzakirə …

Read More »

Prezident: “Mən bütün dövlət qurumlarına tapşırmışam ki, şəhid ailələrinin həyatında heç bir problem olmasın”

“Bilirsiniz, bu evlər məcburi köçkünlər üçün inşa edilmişdi. İşğal dövründə məcburi köçkünləri yerləşdirmək üçün, normal şərait yaratmaq üçün böyük işlər görüldü və belə gözəl şəhərciklər yaradıldı. Amma müharibədən sonra mən qərar qəbul etdim, onlar üçün nəzərdə tutulan yerləri biz şəhid ailələrinə təqdim edək ki, onlar çox vaxt gözləmədən tezliklə bu mənzillərlə təmin olunsunlar”. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham …

Read More »

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Azərbaycana səfərə dəvət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı ölkəmizə səfərə dəvət edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Dəvət minnətdarlıqla qəbul olunub. Qeyd edək ki, bu gün – mayın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Prezidentlər Ramazan bayramı münasibətilə bir-birini təbrik …

Read More »

“Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi, “Fire Land Production” və Azman Holdinqin təşkilatçılığı ilə Vətən müharibəsində şəhid olan qəhrəmanların xatirəsi üçün nəzərdə tutulmuş “Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” adlı silsilə layihələrin davamı kimi şəhid yaxınları, dövlət rəsmiləri, ictimai xadimlər və incəsənət nümayəndələrinin iştirak etdiyi Ramazan tədbiri keçirilib, qonaqlara iftar süfrəsi təşkil olunub. Boyukmillet.com xəbər verir ki, tədbirin məqsədi torpaqlarımız …

Read More »

Prezident: “Bütün dövlət məmurları şəhid ailələri ilə bir yerdə olmalı, onlara kömək göstərməlidirlər”

“Bütün məsələlərdə bütün dövlət məmurları, mərkəzi, yerli icra orqanları daim şəhid ailələri ilə bir yerdə olmalıdırlar, kömək göstərməlidirlər. Bu, bizim borcumuzdur”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksinin açılışında çıxışı zamanı deyib. Dövlətimizin başçısı qeyd edib ki, bizim əsas borcumuz erməniləri torpaqlarımızdan qovmaq idi və buna nail …

Read More »

İlham Əliyev: “Dövlət şəhid ailələrinin problemlərinin həlli üçün əlindən gələni edir və edəcək”

“Biz Birinci Qarabağ müharibəsini də heç vaxt unutmamalıyıq, şəhidləri unutmamalıyıq. O vaxt onlar şəhid oldular, amma torpaqlar da getdi. Bu dəfə şəhid oldular, amma torpaqlar qayıtdı. Fərq budur və təsəlli bu ola bilər”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksinin açılışında çıxışı zamanı söyləyib. Dövlətimizin başçısı qeyd …

Read More »

Azərbaycan Prezidenti: “Zəfər parkında böyük xatirə kompleksi inşa ediləcək”

“Qələbə parkında hər bir şəhidin adı yazılıb. Zəfər muzeyi də yaradılacaq”. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksinin açılışında çıxışı zamanı söyləyib. “Zəfər parkı Bakının ən möhtəşəm yerlərinin birində, bəlkə də birincisində – Dənizkənarı bulvarın önündədir. Orada böyük xatirə kompleksi inşa ediləcək. İşlərə yaxın zamanlarda start …

Read More »

İlham Əliyev və Mehriban Əliyeva Sabunçuda məktəbin açılışında iştirak ediblər

Mayın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Sabunçu rayonunda inşa edilən 304 nömrəli tam orta məktəbin açılışında iştirak ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Read More »