Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyi tərəfindən icra olunan “Azərbaycanda yaşayan əcnəbilərin cəmiyyətə inteqrasiyasına dəstəyin göstərilməsi” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Bakı şəhərində fəaliyyət göstərən “Soloha” Ukrayna restoranında baş tutan tədbir Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın Əcnəbilərin inteqrasiyası üzrə İşçi qrupunun və “İNJURİA” hüquq jurnalının təşəbbüsü ilə keçirilmişdir. Tədbirin …
Read More »QHT “Vətən Müharibəsində qələbəmizin təbliği” layihəsinin son tədbirini əsgərlərlə keçirildi
Əsgər Ailələrinə Dəstək ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə “Vətən Müharibəsində qələbəmizin təbliği” layihəsini icra etdi. İctimai birlik layihənin son tədbirini Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində icra edib. Əvvəlcə şəhidlər bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri, Layihənin rəhbəri Mətanət Əsgərqızı icra edilən layihə barədə ətraflı …
Read More »“Azadlıq Radiosu”nun əməkdaşı Kiyevdə həlak olub
“Azadlıq Radiosu”nun əməkdaşı Vera Giriç Kiyevdə raket zərbəsi zamanı həlak olub. Boyukmillet.com 24tv.ua-ya istinadən xəbər verir ki, bu barədə jurnalistin həmkarı Aleksandr Demçenko açıqlama verib. O, Rusiyanın Kiyevə endirdiyi raketlərdən birinin Giriçin yaşadığı mənzilə düşdüyünü qeyd edib. Vera Giriçin cəsədi yalnız səhər saatlarında aşkar olunub.
Read More »Azərbaycan Prezidenti: “Artıq sülh sazişini imzalamağın vaxtı gəlib”
Biz sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyirik. Artıq sülh sazişini imzalamağın vaxtı gəlib. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bildirib. Dövlət başçısı deyib ki, artıq belə tədbirlər istər Avropada, istərsə də Rusiya, Türkiyə və Amerikada keçirilə bilər, bununla da biz ictimai diplomatiyanı, xalq diplomatiyasını başlaya bilərik. “Bu …
Read More »AZAL Naxçıvandan Gəncəyə uçuşlara başlayır
“Azərbaycan Hava Yolları” aviaşirkəti (AZAL) Naxçıvandan Gəncəyə və geriyə reyslər açır. AZAL-dan verilən məlumata görə, 6 may tarixindən başlayaraq, Naxçıvan-Gəncə-Naxçıvan istiqamətində uçuşlar həftədə iki dəfə – çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək. Baqaj (23 kq-a qədər) və əl yükü (10 kq-a qədər) daxil olmaqla aviabiletin bir tərəfə qiyməti 60 manat təşkil edəcək. Bu istiqamət üzrə biletlər yaxın günlərdə aviaşirkətin …
Read More »Prezident: “Müharibə vaxtı Rusiyadan Ermənistana silah daşınması üzrə bütün istiqamətləri izləyirdik”
Biz hamımız bilirik ki, Ermənistanda Rusiyanın Qarabağdakı müharibəyə müdaxilə edəcəyinə dair çox gözləntilər var idi. Bu baş vermədi. Çünki biz öz ərazimizdə döyüşürdük. Boyukmillet.com xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində keçirilən “İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.
Read More »Prezident: “Çox tezliklə Azərbaycan-Ermənistan Birgə Sərhəd Komissiyasının görüşü keçiriləcək”
Azərbaycan-Ermənistan Birgə Sərhəd Komissiyasının görüşü keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində keçirilən “İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışında bildirib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan-Ermənistan Birgə Sərhəd Komissiyasının görüşü çox tezliklə keçiriləcək.
Read More »Prezident: “Azərbaycanın xarici siyasətinin müstəqil xarakteri milli maraqlara əsaslanır”
Azərbaycanın xarici siyasətinin müstəqil xarakteri bizim milli maraqlarımıza və maksimum səviyyədə nailiyyətlərə əsaslanır. Boyukmillet.com xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində keçirilən “İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışında deyib. “Biz regionumuzda təhlükəsizlik və əməkdaşlıq barəsində bu günümüzün və gələcəyimizin ayrılmaz bir hissəsi kimi düşünməliyik. Çünki təhlükəsizlik olmadan əməkdaşlıq, iqtisadi faydalar olmayacaq. Azərbaycanın …
Read More »Dövlət başçısı: “Zəngilan hava limanı bu il, Laçın aeroportu isə 2024-cü ildə istifadəyə veriləcək”
Laçında beynəlxalq hava limanının tikintisi mərhələsindəyik. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bildirib. Dövlət başçısı qeyd edib ki, Zəngilan hava limanı bu il, Laçın hava limanı isə yəqin ki, 2024-cü ildə istifadəyə veriləcək.
Read More »Azərbaycan və Fələstin liderləri arasında məktub mübadiləsi olub
Fələstin Dövlətinin Prezidenti Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbasdan Prezident İlham Əliyevə təbrik məktubu göndərib. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Fələstin Dövləti və qardaş Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Sizə, Sizin vasitənizlə hökumətinizə və qardaş Azərbaycan xalqına Fələstin Dövləti və xalqı adından, şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmağa şadam. …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar