Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi vətəndaşların onlayn dövlət xidmətlərindən yararlanmaq üçün ən çox istifadə etdikləri sistemlərin məlumat bazalarına edilən kiberhücumlara qarşı xüsusi əməliyyat keçirib. Bu barədə nazirlikdən məlumat verilib. Bildirilib ki, tədbir zamanı kompüter sistemlərinə qanunsuz müdaxilə etməklə vətəndaşlara məxsus fərdi məlumatları əldə edən Bakı şəhər sakini Hüseyn Məhərrəmov müəyyən edilərək saxlanılıb. H.Məhərrəmov internet üzərindən xarici ölkə vətəndaşlarından ibarət …
Read More »Azərbaycanda həbs olunan Qazaxıstan vətəndaşı ölkəsinə təhvil verilib
Azərbaycanda həbs olunan Qazaxıstan vətəndaşı ölkəsinə təhvil verilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Baş Prokurorluğu məlumat yayıb. Qeyd olunub ki, 1999-cu il təvəllüdlü Qazaxıstan vətəndaşı Suyunov Darın Alislamoviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Baş Prokurorluğu tərəfindən təmin edilib. Məlumata görə, Qazaxıstanda qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluq, adam …
Read More »İranda sərhəddə atışma olub, iki hərbçi ölüb
İranın Kürdüstan əyalətinin Sərhəd Xidmətinin komandanı Sərhəd Alayının sərhədçiləri ilə qanunsuz silahlı qrup arasında bölgənin Bane şəhərində silahlı toqquşma nəticəsində iki sərhədçi ölüb. Boyukmillet.com “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə Kürdüstan əyalətinin Sərhəd Xidmətinin komandanı briqada generalı Fərəc Rüstəmi bildirib. Briqada generalı bildirib ki, sərhəd alayının patrul qrupu sərhədi bağlamaq və icazəsiz hərəkətin qarşısını almaq məqsədilə sərhədin sıfır …
Read More »Azərbaycan neftinin qiyməti 70 dollardan aşağı düşüb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,84 ABŞ dolları, yaxud 2,58 % azalaraq 69,39 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 69,79 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,79 ABŞ dolları və ya 2,56 % azalaraq 68,09 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir …
Read More »Tanınmamış dövlət hərbi texnika daşıyan Türkiyə gəmisini ələ keçirib
Somali hökuməti üçün hərbi texnika daşıyan türk yük gəmisi ələ keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Somali Guardian” və “Maritime Executive” nəşrləri yazır. Bildirilir ki, gəminin ələ keçirilməsinə görə məsuliyyəti öz üzərinə tanınmamış “Puntland dövləti” götürüb. Gəmidə müasir zirehli döyüş maşınları, zenit topları və digər silahlar aşkarlanıb. Gəminin saxlanıldığı dəqiq yer hələlik açıqlanmır. Somalinin şərq hissəsində yerləşən Puntland 1998-ci …
Read More »Fransa xüsusi xidmət orqanları Bakıda əyləncə adı ilə yaratdıqları assosiasiyada məxfi söhbətlər aparıblar – MƏHKƏMƏ
Fransaya casusluqda ittiham edilərək həbs olunmuş Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Boyukmillet.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Martin Ryan bildirib ki, burada məxfi əməkdaşlıq, məxfi görüşlərdən danışılır: “Fransız dilində məxfi sözü gizli kimi qəbul …
Read More »KİV: Suriya üzrə beynəlxalq danışıqlar yenə Bakıda keçiriləcək
Suriya üzrə beynəlxalq danışıqların növbəti raundu Bakıda keçiriləcək. Boyukmillet.com-un məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının “Əl-Hadas” telekanalı öz mənbələrinə istinadən xəbər verir. Qeyd olunur ki, İsrail nümayəndə heyətinin Suriya tərəfi ilə razılaşmaları yekunlaşdırmaq məqsədilə Azərbaycana səfəri gözlənilir. “Al-Arabiya” nəşri ABŞ-nin vasitəçiliyi və Türkiyənin dəstəyi ilə İsrail və Suriya arasında təhlükəsizlik məsələləri üzrə əlaqə kanallarının bərpa olunduğunu bildirib. Məlumata görə, Türkiyə …
Read More »Azərbaycan gömrükçüləri külli miqdarda narkotik vasitə aşkar edib
Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər çərçivəsində külli miqdarda narkotik vasitə – marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Boyukmillet.com bu barədə Komitəyə istinadən xəbər verir. Məlumata görə, “Cənub-Astara” gömrük postunda Azərbaycandan tranzit keçməklə İrandan Rusiyaya “kələm” yükü aparan nəqliyyat vasitəsinə rentgen qurğusunda baxış keçirilib. Daha sonra nəqliyyat vasitəsindəki yükə kinoloji xidmət iti vasitəsilə gömrük yoxlaması tətbiq …
Read More »Şəmkirdə ölən əsgərin anası: “Mən tam əminəm ki, oğlumu qətlə yetiriblər”
Şəmkirdə hərbi xidmətdə olan çavuş Sadiq Mirzəbəyov naməlum şəraitdə başından güllə yarası alaraq vəfat edib. Boyukmillet.com xəbər verir ki, hadisə bu il iyulun 10-da baş verib. Mərhumun anası Mədinə Hüseynova Meydan TV-yə müraciət edərək bildirib ki, oğlunun ölümü ilə bağlı ailəyə rəsmi və inandırıcı izahat verilməyib. Ailə Sadiq Mirzəbəyovun ölümü ilə bağlı sualların cavablandırılmasını və obyektiv araşdırma aparılmasını istəyir. Onlar …
Read More »Rusiyaya girişi qadağan edilən Aİ vətəndaşlarının siyahısı genişləndirilib
Rusiya Avropa İttifaqının (Aİ) növbəti sanksiyalar paketinə cavab olaraq ölkə ərazisinə girişi qadağan edilən Aİ vətəndaşlarının siyahısını genişləndirib. Boyukmillet.com Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. “Bu qeyri-dost hərəkətlərə cavab olaraq Rusiya tərəfi Avropa institutlarının, Avropa İttifaqına üzv ölkələrin və Brüsselin anti-Rusiya siyasətinə qoşulan bir sıra Avropa dövlətlərinin Rusiya ərazisinə girişi qadağan edilən …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar