Bu ilin iyulun 23-dən etibarən xarici ölkə vətəndaşları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə müvafiq icazə almaqla həm fərdi nəqliyyat vasitələri ilə, həm də qrup halında Şuşa, Laçın, Ağdam, Füzuli, Xocalı və Xankəndi şəhərlərinə səfər edə biləcəklər. Boyukmillet.com bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə yaydıqları məlumata istinadən xəbər verir. Qeyd edilən imkan 90 gün müddətinə qədər …
Read More »Külli miqdarda narkotiki ölkəyə keçirməyə cəhd göstərən şəxslər saxlanılıb
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin pilotsuz uçuş aparatı vasitəsilə İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılaraq xidməti ərazi qapadılmış, sərhəd axtarışı həyata keçirilib. Keçirilmiş təxirəsalınmaz əməliyyat-qoşun tədbirləri nəticəsində hadisə yerindən uzaqlaşmağa …
Read More »Rusiyadan qovulan ukraynalılar Gürcüstan keçid məntəqəsində etiraz edirlər
Rusiya-Gürcüstan sərhəd-keçid məntəqəsində bufer zonasının zirzəmisində ilişib qalan keçmiş Ukrayna vətəndaşları dünən, iyulun 12-də gecə saatlarında Gürcüstan sərhəd xidmətinin əməkdaşlarına etiraz etmək üçün yuxarı mərtəbəyə qalxıblar. Bu barədə “Novaya qazeta. Yevropa”ya ukraynalıların özləri məlumat verib. Onların sözlərinə görə, etiraza 60-70 nəfər çıxıb. “Novaya Avropa”da olan videolarda ukraynalılar Duty Free zonasına buraxılmağı tələb edirlər ki, orada “heç olmasa şüşədə su ala bilsinlər”. …
Read More »Xarici dövlətlərin yük avtomobillərinin yol vergisindən azad olunması qaydası təsdiqlənib
Xarici dövlətlərin yük avtomobillərinin, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin yol vergisindən azad olunması qaydası təsdiqlənib. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qayda xarici dövlətlərin yük avtomobillərinin, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin yol vergisindən azad olunması ilə əlaqədar münasibətləri tənzimləyir. Xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri aşağıdakı hallarda yol vergisindən azaddır: – dəmir yolu ilə …
Read More »Dövlət Xidmətinin tətbiq etdiyi cərimələrdən toplanan vəsaitdən istifadə qaydası təsdiqlənib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) tətbiq etdiyi cərimələrdən toplanan və həmin Xidmətin hesabına köçürülən vəsaitdən istifadə qaydası təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qayda “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 49.5-ci maddəsinə uyğun olaraq hazırlanıb və SHXÇDX-də xidmət keçən hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması məqsədilə …
Read More »Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam edir
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir. Boyukmillet.com xəbər verir ki, proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur. Xatırladaq ki, ötən prosesdə zərərçəkmiş şəxslər ifadə verib. Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ …
Read More »İran Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən çıxmaqla hədələyib
İran Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən çıxa və sanksiya təzyiqi artdığı təqdirdə uranı 60 %-dən yuxarı zənginləşdirməyə başlaya bilər. Boyukmillet.com xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının mətbuat katibi İbrahim Rezai “Tasnim” agentliyinə müsahibəsində bildirib. Onun sözlərinə görə, İran hələ bütün potensialından istifadə etmir və lazım gələrsə, digər strateji variantlara müraciət edə bilər. İ.Rezai …
Read More »Nazirlik əhaliyə XƏBƏRDARLIQ ETDİ
Kütləvi maarifləndirmə işlərinə baxmayaraq, bəzi vətəndaşlar tərəfindən çimərliklərdə təhlükəsizlik qaydalarına əməl olunmaması sonda acı nəticələrə səbəb olur. Boyukmillet.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərlə bağlı təhlükəsizlik qaydaları haqqında əhaliyə yenidən müraciət edib. Müraciətdə qeyd edilib ki, əhaliyə su hövzələrində, o cümlədən çimərliklərdə təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırış olunur. Nazirlik bildirib ki, aşağıdakılar qadağandır: – çimərlik kimi …
Read More »Zelenski Rusiyanın Ukrayna ərazisinə 300-dən çox dron və 30 raket buraxdığını bildirib
Rusiya iyulun 19-u gecə saatlarında Ukrayna ərazisinə 300-dən çox zərbə dronu və 30-dan çox müxtəlif növ raketdən istifadə edərək hücum həyata keçirib. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. Məlumata görə, ölən və yaralananlar var. Dövlət başçısının sözlərinə görə, hücum bütün gecə davam edib: “Hava hədəflərinin məhv edilməsi hələ də davam edir”. O, həmçinin vurğulayıb ki, xilasetmə …
Read More »Rəsmi İrəvan sərhəd məntəqəsinə Tələt paşanın adının verilməsi layihəsinə münasibət bildirib
Türkiyə-Emənistan sərhədindəki nəzarət-buraxılış məntəqəsinə Osmanlı dövlətinin Baş naziri olmuş Mehmet Tələt paşanın adının verilməsi ilə bağlı qanun layihəsinə Ermənistan Xarici İşlər Nazirliyi münasibət bildirib. Boyukmillet.com-un Ermənistan KİV-nə istinadən verdiyi məlumata görə, məsələ ilə bağlı nazirliyə ünvanlanan sorğuya belə cavab verilib: “Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesində Ermənistan Türkiyə hökumətinin rəsmi mövqelərini, qərarlarını nəzərə alır”. Bir müddət əvvəl Türkiyənin İyi Partiyasının sədri, deputat …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar