Türkiyənin 72 əyalətində narkotiklərə qarşı iki həftə keçirilən əməliyyat nəticəsində 1 933 şübhəli saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkədəki səhifəsində bildirib. Nazir qeyd edib ki, Türkiyə Daxili İşlər Nazirliyi Təhlükəsizlik Baş İdarəsinin Narkotiklə Mübarizə İdarəsinin koordinasiyası ilə narkotik maddə satıcılarına qarşı son 2 həftədə əməliyyat keçirilib. Bu tədbir Bursa, Adana, Qaziantep, İzmir, …
Read More »Azərbaycanda geodeziya, qravimetriya, topoqrafiya, kartoqrafiya və kadastr işlərində yeni koordinat sistemi tətbiq ediləcək
Azərbaycan ərazisində təyinatından asılı olmayaraq yerinə yetirilən bütün növ geodeziya, qravimetriya, topoqrafiya, kartoqrafiya və kadastr işlərində yeni koordinat sistemi tətbiq ediləcək. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla bütün növ geodeziya, qravimetriya, topoqrafiya, kartoqrafiya, kadastr işlərində UTM-ə (xəritə proyeksiyası) əsaslanan WGS-84 (beynəlxalq koordinat sistemi) tətbiq ediləcək. Həmçinin digər geodeziya koordinat sistemləri ilə icrasına başlanılan və …
Read More »Ermənistanda keçmiş deputat hakimiyyətin devrilməsinə açıq çağırışlara görə həbs edilib
Ermənistan parlamentinin keçmiş deputatı, müxalifət olan Ruben Akopyan “hakimiyyətin devrilməsinə açıq çağırışlar” ittihamı ilə həbs edilib. Boyukmillet.com xəbər verir ki, məlumatı Ermənistan KİV yayıb. Bildirilib ki, uyğun qərar iyulun 19-da İrəvanın ümumi məhkəməsi tərəfindən qəbul edilib. Qeyd edək ki, iyunun 18-də Ermənistan Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları “Taşir” şirkətlər qrupunun prezidenti və təsisçisi, rusiyalı erməni milyader …
Read More »Milli Məclis Belçika Nümayəndələr Palatasının Azərbaycana qarşı qətnaməsini rədd edib
Azərbaycan parlamenti Belçika Nümayəndələr Palatasının qətnaməsinə münasibət bildirib. Milli Məclisdən daxil olan məlumatda bildirilib ki, qanunverici orqan Belçika Nümayəndələr Palatasının iyulun 17-də qəbul etdiyi birtərəfli və qərəzli qətnamə ilə əlaqədar kəskin etirazını bildirir və qətnamədə Azərbaycana qarşı irəli sürülən əsassız ittihamları qətiyyətlə rədd edir. Qeyd olunub ki, yoxlanılmamış, yanlış və birtərəfli məlumatlar üzərində qurulan bu sənədin müəllifləri son dövrdə Cənubi …
Read More »İsrail və Suriya Vaşinqtonun dəstəyi ilə atəşkəs barədə razılığa gəliblər
İsrail və Suriya Vaşinqtonun dəstəyi ilə atəşkəs barədə razılığa gəliblər. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barrak “X” səhifəsində yazıb. “İsrailin Baş naziri Benyamin Netanyahu və Suriya prezidenti Əhməd əl-Şara ABŞ dövlət katibi Marko Rubionun vasitəçiliyi ilə Türkiyə, İordaniya və qonşuları tərəfindən dəstəklənən atəşkəs haqqında razılığa gəliblər”, – T.Barrak qeyd edib.
Read More »Zəngilanın Ağalı kəndinə ilk köçdən üç il ötür
Bu gün Zəngilan rayonunun Ağalı kəndinə əhalinin qayıdışından üç il ötür. Boyukmillet.com xatırladır ki, 30 ilə yaxın həsrət içində yaşayan insanlar məhz üç ildən bundan əvvəl öz doğma yurdlarına qayıdaraq burada rahat yaşamağa başlayıb. Prezident İlham Əliyevin göstərişi əsasında işğaldan azad olunmuş ərazilərdə birinci pilot layihə Zəngilan rayonun Ağalı kəndində icra edilib. Ağalıda “Ağıllı kənd” layihəsinin təməli 2021-ci ilin aprelində …
Read More »Putin Rusiya-Ukrayna münaqişəsinin diplomatik yolla həllinə hazır olduğunu təsdiqləyib
Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığında Rusiya-Ukrayna münaqişəsinin diplomatik yolla həlli yollarını axtarmağa hazır olduğunu təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti telefon söhbətindən sonra məlumat yayıb. “Vladimir Putin münaqişənin siyasi və diplomatik həllinin tapılmasına dair prinsipial öhdəliyini təsdiqləyib”, – məlumatda bildirilir. Putin, həmçinin İstanbulda Rusiya-Ukrayna danışıqlarını davam etməyə hazır olduğuna görə …
Read More »İranın dörd şəhərində son 24 saatda 51 dərəcə istilik qeydə alınıb
İranın dörd şəhəri son 24 saat ərzində dünyanın ən isti yeri kimi tanınıb. Boyukmillet.com xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb. Bildirilib ki, son 24 saat ərzində İranın cənubundakı Abadan, Omidiye, Əhvaz və Dezful şəhərləri dünyanın ən isti şəhərləri sırasına daxil olub. Məlumata görə, dünyanın ən isti 15 şəhərinin reytinqini təqdim edən hesabatda temperaturun müsbət 51 dərəcəyə qədər olan yerlər …
Read More »Polis Maştağada xüsusi əməliyyat keçirib, pomidor istixanasında 881 kiloqram narkotik vasitə aşkarlanıb
Bakı şəhərində narkotik tərkibli bitkilərin istixana şəraitində aqrotexniki qaydada qulluq edilərək yetişdirilməsinə qarşı polis əməkdaşları tərəfindən xüsusi əməliyyat həyata keçirilib. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsinə Maştağa qəsəbəsində yerləşən bağ sahələrinin birində narkotik tərkibli çətənə kollarının əkildiyi barədə əməliyyat məlumatı daxil olub. Həmin ünvan dərhal əməliyyat nəzarətinə götürülüb. Toplanan sübutlar əsasında …
Read More »Bakıda ata həbsdəki oğluna narkotik vasitə gətirib
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı istintaq təcridxanasına psixotrop maddə keçirilməsinin qarşısı alınıb. Bu barədə xidmətdən məlumat verilib. Bildirilib ki, həbs olunmuş şəxs İsmayıl Aqil oğlu Gülməmmədova atası tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman idman şalvarının cibində gizlədilmiş 1 ədəd bükülüdə metamfetamin aşkar olunub. Faktla bağlı araşdırma aparılır.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar