Rusiyanın Leninqrad vilayətinin Vsevolojsk rayonunda azərbaycanlı sahibkarlar qeyri-qanuni biznesə himayə üçün polisə rüşvət veriblər. Bu barədə məlumatı Rusiyanın bir neçə “Telegram” kanalı yayıb. Məlumatda deyilir ki, həmin polis rəisləri qanunsuz spirtli içki və tütün məhsulları ticarəti ilə məşğul olan sahibkarlara himayədarlıq ediblər.İstintaqın versiyasına görə, sahibkarlar — Azərbaycan əsilli şəxslər — hər ay polis əməkdaşlarına qeyri-qanuni ticarət fəaliyyətinə göz yumulması üçün pul veriblər. …
Read More »Mətbuat Şurası Rusiya Jurnalistlər İttifaqının açıq məktubuna cavab verib
İyulun 10-da Rusiya Jurnalistlər İttifaqı “Sputnik Azərbaycan” agentliyinin əməkdaşlarının həbsi ilə bağlı beynəlxalq təşkilatlara, jurnalist və hüquq müdafiəsi assosiasiyalarına açıq məktub ünvanlayıb. Söhbət iyunun 30-da Bakıda saxlanılan “Sputnik Azərbaycan” informasiya agentliyinin rəhbəri İqor Kartavıx və baş redaktor Yevgeni Belousovun həbsindən gedir. Bunu Rusiya Jurnalistlər İttifaqı “özbaşnalıq” kimi dəyərləndirir. “Biz sizə müraciət edərək vəziyyətə təcili müdaxilə etməyə və həmkarlarımızın dərhal azad …
Read More »Sabah 41 dərəcə isti olacaq – PROQNOZ
Azərbaycanda iyulun 13-də havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə 41 dərəcə isti olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında havanın günəşli keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-38°, bəzi yerlərdə 40° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi …
Read More »Suriya Prezidenti Azərbaycana rəsmi səfər edəcək
Suriya Prezidenti Əhməd əl-Şaraa Azərbaycana rəsmi səfər edəcək. Bu barədə Boyukmillet.com Suriyanın “Sana” agentliyinə istinadən xəbər verir.
Read More »FHN isti və quru hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi isti və quru hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə FHN-dən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlərdə ölkə ərazisində havanın temperaturunun yüksələcəyi, bəzi yerlərdə 41 dərəcəyə çatacağı gözlənilir: “Belə hava şəraitində kiçik ehtiyatsızlıq və ya diqqətsizlik müxtəlif məkanlarda, xüsusilə açıq sahələrdə və meşə massivlərində yanğınlarla nəticələnə bilər, həmçinin isti havalardan …
Read More »Ərdoğan: Bu gündən etibarən Türkiyə üçün yeni tarixi səhifə açılıb
Türkiyə 47 illik terror bəlasından PKK-nın dünən silahları təhvil verməsi ilə xilas olmağa başladı. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın 32-ci “Məsləhətləşmə və Dəyərləndirmə” toplantısında keçmiş PKK terror təşkilatı tərəfdarlarının iyulun 11-də İraqın şimalında yerləşən Süleymaniyə şəhərində silahları təhvil verməsinə münasibət bildirərkən deyib. O qeyd edib ki, 15 iyulda baş verən “Darbe” cəhdindən sonra …
Read More »Tovuz döyüşlərindən 5 il ötür
Bu gün Tovuz döyüşlərinin növbəti ildönümüdür. Boyukmillet.com xatırladır ki, Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan döyüşlərdən beş il ötür. 2020-ci ilin iyulun 12-dən günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi kobud şəkildə pozaraq Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Düşmən daha sonra mövqelərimizi iriçaplı silahlardan və ağır artilleriyadan atəşə tutmaqda davam edib. İyulun 12-də Ermənistan silahlı …
Read More »Səudiyyə Ərəbistanı Rusiya və ABŞ arasında danışıqlar üçün ev sahibliyi təklif edib
Səudiyyə Ərəbistanı Rusiya və ABŞ arasında danışıqlar üçün platforma təqdim etməyə hazırdır. Boyukmillet.com xəbər verir ki, bunu krallığın sənaye və mineral sərvətlər naziri Bəndər əl-Xureyf TASS-a deyib. “Səudiyyə Ərəbistanı dünya ictimaiyyətinin razılığa gəlməsinə kömək üçün hər şeyi etməyə çalışır”, – nazir vurğulayıb. O qeyd edib ki, vəliəhdin rəhbərlik etdiyi ölkə rəhbərliyi regionun sabitləşməsi üçün səylər göstərir ki, bu da milli …
Read More »İqtisadçı ekspertdən təkliflər: “Qanuna dəyişikliklər edilməlidir”
““Qiymətləndirmə fəaliyyəti haqqında” qanun yeni qəbul olunsa da, bu sahədə ciddi islahatlara ehtiyac var. Nəzərə alsaq ki, Azərbaycanda qəbul edilən bir çox qanunlara sonradan dəyişikliklər edilib, “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna da düzəlişlər edilməsi labüddür”. Boyukmillet.com xəbər verir ki, belə bir təşəbbüslə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidenti Vüqar Oruc çıxış edib. O, hesab edir ki, əsas …
Read More »İran əfqanlarla bağlı qərar verdi – Kütləvi şəkildə…
İran son iki həftə ərzində 300 mindən çox əfqan miqrantı ölkədən deportasiya edib. Boyukmillet.com xəbər verir ki, məlumatı Əfqanıstan hakimiyyətinə istinadən “The Telegraph” yayıb. Bildirilir ki, İran hakimiyyəti bu addımı mühacir əfqanların İsrailə casusluq edəcəkləri ehtimalına görə ölkənin təhlükəsizlik qüvvələrinin tələbi ilə atır. Taliban 2021-ci ildə hakimiyyətə qayıtdıqdan sonra yüz minlərlə əfqan sığınacaq üçün İrana qaçıb. Onlar vətənə qayıtdıqdan sonra təqiblərlə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar