“Xankəndidə keçirilən Zirvə görüşü Azərbaycanın növbəti diplomatik qələbəsidir və ölkəmizin qarşısında iqtisadi baxımdan da böyük imkanlar açır”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Xankəndi şəhərində baş tutan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünü şərh edən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidenti, iqtisadçı-ekspert Vüqar Oruc bildirib. Onun sözlərinə görə, Azərbaycan artıq üçüncü dəfədir ki, bu …
Read More »Növbəti ECO sammiti 2027-ci ildə İranda keçiriləcək
İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) növbəti sammiti İranda keçiriləcək. Boyukmillet.com-un məlumatına görə, bu barədə Xankəndidə keçirilən ECO 17-ci Zirvə görüşünün yekunlarına dair ECO-nun mətbuata açıqlamasında deyilir. “ECO-nun 17-ci Zirvə görüşü üzv dövlətlərin davamlı iqtisadi artım, daha dərin regional inteqrasiya və inklüziv inkişafa olan ümumi sadiqliyini gücləndirmək üçün mühüm platforma rolunu oynadı. Növbəti ECO sammiti 2027-ci ildə İranda keçiriləcək. Bu isə regional …
Read More »“Rusiya ilə münasibətlər pozularsa, Rusiyanın Türkiyə ilə də münasibətləri qırılacaq”
Yekaterinburqda azərbaycanlıların saxlanması davam edib. Azərbaycanda da Rusiya vətəndaşları həbs olunub və onların videoları sosial şəbəkələrdə yayılıb. Azərbaycanlı deputat deyir ki, ruslar bizə bazar, vağzal adamları kimi baxırlar və böyük səhv edirlər, Rusiya üçün yaxşı olmayacaq. İki ölkə arasında gərginliklə bağlı müxtəlif versiyalar var:– “Azərbaycan Rusiyaya adekvat cavablar verməkdən çəkinməməlidir” . – Rusiyanın Azərbaycan, Ermənistan və Türkiyə arasında Zəngəzur dəhlizi ilə …
Read More »Hüquq müdafiəçisinə qarşı məhkəmə iddiası qaldırılıb
“İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” insan hüquqları təşkiatı İnsan hüquqları müdafiəçisinə qarşı təyziqlərlə bağlı bəyanat qəbul edib. Bəyanatda deyilir: “İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” insan hüquqları təşkilatı bəyan edir ki, Mərkəzin rəhbəri, tanınmış hüquq müdafiəçisi Fikrət Cəfərliyə qarşı Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147.1-ci maddəsilə qaldırılmış məhkəmə iddiası siyasi sifarişdir və arxasında dövlətin mühim orqanlarından biri dayanır. …
Read More »Ərdoğan: Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inandığını bildirib. “Report”un Xankəndinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu dövlət başçısı İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə çıxışı zamanı söyləyib. Ərdoğan qeyd edib ki, sammitin Xankəndidə keçirilməsi buna ayrı məna və önəm qatır. “Türkiyə olaraq 2053-cu il üçün sıfır emissiyaya çatmaq və inkişaf yolunu formalaşdırmaq üçün …
Read More »Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə çıxışı zamanı deyib.
Read More »Müdafiə Nazirliyinin hərbçilərdən rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxsinə hökm oxunub
Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin sabiq bölük komandiri Ağamalı Hiddətulla oğlu Pənahovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Boyukmillet.com-un məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, sabiq bölük komandiri 9 il 7 ay müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, kapitan Ağamalı Hiddətulla oğlu Pənahov bölükdə xidmət edən hərbçilərdən rüşvət alıb. …
Read More »İlham Əliyev ECO-nun 17-ci Zirvə görüşünün iştirakçılarının Ağdama səfərindən paylaşım edib
Azərbaycan Prezidenti İlham Əliyev rəsmi instaqram hesabında ECO-nun 17-ci Zirvə görüşünün iştirakçılarının Ağdama səfərindən paylaşım edib. Boyukmillet.com-un məlumatına görə, paylaşımda deyilir: “Prezidentlər, ECO-nun 17-ci Zirvə görüşünün iştirakçıları Ağdamda”. https://www.instagram.com/reel/DLrNQwXNRcY/?utm_source=ig_embed&ig_rid=525a454b-1e0b-4788-ad13-8331b9268a76&ig_mid=313A7CB0-B4C7-416E-86CE-3347487B6BD2
Read More »Rusiyanın Kiyevə raket hücumu nəticəsində təxminən 20 nəfər xəsarət alıb
Ukraynanın paytaxtı Kiyevə Rusiyanın gecə saatlarında hücumu nəticəsində azı 19 nəfər xəsarət alıb. Boyukmillet.com-un məlumatına görə, bu barədə mer Vitali Kliçko öz “Telegram” kanalında bildirib. Onun sözlərinə görə, xəsarət alan beş nəfər ambulator yardım alır. “Düşmənin Kiyevə gecə saatlarında hücumu nəticəsində paytaxtın 19 sakini xəsarət alıb. Beş nəfər ambulator yardım alır, 14 nəfər isə xəstəxanaya yerləşdirilib”, – V.Kliçko yazıb. Bildirilib …
Read More »Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak ediblər
Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov iyulun 3-də Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak ediblər. Boyukmillet.com xəbər verir ki, Xıdırlı kəndi Ağdam şəhərinin şimal-qərbində, rayon mərkəzindən 3 kilometr məsafədə yerləşir. 2022-ci ilin oktyabrında kəndin təməlqoyma mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Kəndin layihələndirilən ərazisinin sahəsi 417 hektardan çoxdur. Buraya 1-ci və …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar