Ağır yaralanan daha 3 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib. Boyukmillet.com xəbər verir ki, həmin şəxslər aşağıdakılardır: 1. Xəlilov Saleh Aydınəli oğlu2. Əliyev Qüdrət Məhəmməd oğlu3. Babayev Orxan Səfər oğlu Qeyd olunub ki, “YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək. Bildirilib ki, “YAŞAT” Fondu qazilərimizin …
Read More »Vilayət Eyvazov Türkiyədə magistr təhsili almış 6 polisi vəzifəyə təyin edib
Dekabrın 27-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov “Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında polis təhsili sahəsində əməkdaşlıq haqqında” protokola əsasən, 2019-2021-ci tədris ilində Türkiyə Milli Polis Akademiyasının Polis Rəisləri Təlim Mərkəzində magistr təhsilini başa vuraraq ölkəmizə qayıtmış 6 məzuna polis leytenantı xüsusi rütbəsi verilməklə müvafiq vəzifələrə təyin olunmaları ilə əlaqədar əmr imzalayıb. Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin …
Read More »Azərbaycan dilinin qorunması ilə bağlı beynəlxalq tədbir keçirilib
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Dilimizə sevgi ilə yola çıxdıq” adlı beynəlxalq tədbir keçirilib. Boyukmillet.com xəbər verir ki, dövlət dili olan Azərbaycan dilinin qorunması, onun beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəldilməsi, dünya miqyasında tanıdılması ilə bağlı təşkil olunan tədbirdə Mərkəzin əməkdaşları və dünyanın 30-a yaxın (Türkiyə, Amerika Birləşmiş Ştatları, Kanada, İngiltərə, İtaliya, …
Read More »QHT-lər ağacəkmə kampaniyasında iştirak ediblər
Azərbaycanda fəaliyyət göstərən 300-ə yaxın qeyri-hökumət təşkilatının nümayəndəsi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə ağacəkmə kampaniyasında iştirak ediblər. Boyukmillet.com xəbər verir ki, məqsəd ağac əkməklə ətraf mühitin qorunmasına, ekoloji tarazlığın bərpasına kömək etmək və təbiətə töhfə verməkdir. Aksiya çərçivəsində hər iki qurumun rəhbərliyi, kollektivi və 300-ə yaxın QHT tərəfindən Müşviqabad qəsəbəsində minədək ağac əkilib. …
Read More »Prezident Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinə yeni sədr təyin edib
Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinə yeni sədr təyin edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, Səbuhi Əhəd oğlu Sadıqov qurumun İdarə Heyətinin sədri təyin olunub.
Read More »Azərbaycana gələn turistlərin viza alması qaydası təsdiqlənib
Azərbaycana gəlmək üçün viza tələb olunduğu hallarda turist kimi gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər turizm vizası alacaqlar. Boyukmillet.com xəbər verir ki, bu, Milli Məclisin dekabrın 27-də III oxunuşda qəbul etdiyi “Turizm haqqında” yeni qanunda əksini tapıb. Qeyd edilib ki, turizm vizasında ölkədə qalma müddəti 30 (otuz) günədək müəyyən edilir. Turizm vizasının rəsmiləşdirilməsi üçün səfərin turizm məqsədilə həyata keçirildiyini təsdiqləyən …
Read More »Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda sabaha müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında dekabrın 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 8-11° isti olacaq. Bakıda gecə 1-3° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil …
Read More »Ceyhun Bayramov: “3+3 platforması regional əməkdaşlığın inkişafına töhfə verir”
“3+3 formatında platformanın yaradılması regional səviyyədə münasibətlərin inkişafına töhfə verir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov XİN-in 2021-ci il üzrə hesabatının təqdimatında bildirib. Onun sözlərinə görə, uzun danışıqlara baxmayaraq, 3+3 platformasının ilk görüşü dekabr ayında keçirildi, lakin Gürcüstan bu tədbirdə iştirak etmədiyindən görüş 3+2 formatında baş tutdu. C.Bayramov deyib ki, belə bir platformanın yaradılması regionda nəqliyyat və təhlükəsizlik …
Read More »Mövlud Çavuşoğlu: “Hazırda F-35-lərin alınması ilə bağlı problemlər var”
“Hazırda F-35-lərin alınması ilə bağlı problemlər var”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu keçirdiyi mətbuat konfransında deyib. “ABŞ Prezidenti Cozef Bayden Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla son görüşündə problemlərin həll olunmasını istədiyini, əlaqələrimizin inkişafında maraqlı olduğunu bildirmişdu. İnanıram ki, gələcəkdə dialoqlar olacaq. Lakin bu gün F-35 satılmayacaqsa, ya verdiyimiz pullar qaytarılmalı, ya da həmin məbləğdə yeni …
Read More »XİN rəhbəri: “NATO və ABŞ Azərbaycanın Əfqanıstandakı missiyada iştirakını yüksək qiymətləndirib”
“Təkcə NATO deyil, ABŞ da Azərbaycanın Əfqanıstandakı missiyada iştirakını yüksək qiymətləndirib və buna görə ölkəmizə minnətdarlığını bildirib” . Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov XİN-in 2021-ci il üzrə hesabatının təqdimatında bildirib. Nazirin sözlərinə görə, Azərbaycan və ABŞ arasında əməkdaşlıq çoxdan başlayıb və müxtəlif sahələr üzrə həyata keçirilir. Nazir qeyd edib ki, enerji, humanitar, terrorla mübarizə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar