Bazar ertəsi , 6 Aprel 2026

autor

Yekaterinburqda öldürülən azərbaycanlıların nəşləri sabah Vətənə gətiriləcək

Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən öldürülən azərbaycanlıların nəşləri “Ural Hava Yolları” vasitəsilə sabah Vətənə gətiriləcək. Bu barədə “Report”un Rusiya bürosu xəbər verir. Hazırda konsulluqda bununla bağlı işlər gedir. Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış …

Read More »

Azərbaycanın Rus icması Yekaterinburqda güc strukturlarının qəddarlığını qətiyyətlə pisləyib

Azərbaycanın Rus icması Yekaterinburqda güc strukturlarının qəddarlığını qətiyyətlə pisləyib. Boyukmillet.com xəbər verir ki, bu barədə icmanın bəyanatında deyilir. Bəyanatda xatırladılır ki, iyunun 27-də Yekaterinburqda hüquq-mühafizə orqanları əməkdaşlarının hərəkətləri nəticəsində Azərbaycanəsilli vətəndaşlar – Azərbaycan və Rusiya vətəndaşları həlak olub və xəsarət alıblar. “Azərbaycanın Rus icması həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və baş verənlərlə bağlı ciddi narahatlığını ifadə edir. Biz vəzifəli …

Read More »

Azərbaycan parlamentinin nümayəndə heyəti Moskvada keçiriləcək iclasda iştirak etməyəcək

Milli Məclis sədrinin birinci müavini Əli Əhmədovun başçılığı ilə parlament nümayəndə heyəti Rusiyanın Moskva şəhərində keçirilməsi nəzərdə tutulan Azərbaycan Milli Məclisi və Rusiya Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyasının 23-cü iclasında iştirak etməyəcək. Bu barədə  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Buna səbəb Rusiya Federasiyasının Yekaterinburq şəhərində bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən azərbaycanlılara qarşı etnik zəmində nümayişkaranə, məqsədli və …

Read More »

Səbinə Əliyeva azərbaycanlılara qarşı zorakılıqla bağlı Rusiya Ombudsmanına məktub ünvanlayıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Rusiya Federasiyasının Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində azərbaycanlılara qarşı törədilmiş zorakılıq və işgəncə nəticəsində beş nəfərin amansızlıqla qətlə yetirilməsi və müxtəlif dərəcəli xəsarət faktları ilə bağlı Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili xanım Tatyana Moskalkovaya və Sverdlovsk vilayətinin İnsan Hüquqları üzrə Müvəkkili (regional ombudsmanı) Tatyana Merzlyakovaya rəsmi məktub ünvanlayıb. Bu barədə qurumun məbuat …

Read More »

Rusiyadan Azərbaycana qarşı növbəti vandalizm: Kreml Bakıdan üzr istəməlidir!

İyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı törədilən vəhşiliklər, o cümlədən işgəncələr, qətllər, diaspor nümayəndələrinə qarşı təzyiq və təqiblər iki ölkə arasında növbəti diplomatik gərginliyə səbəb olmaqdadır. Belə ki, ötən gün səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır. …

Read More »

Sabah Yekaterinburqda Rusiya FTX-nin saxladığı azərbaycanlıların məhkəməsi keçiriləcək

Sabah Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin saxladığı azərbaycanlıların məhkəməsi keçiriləcək. Report-un Rusiya bürosunun məlumatına görə, proses yerli vaxtla saat 11:00-a təyin olunub. Bildirilib ki, FTX-nin Səfərovlar ailəsinin yaşadıqları müxtəlif ünvanlara keçirdiyi əməliyyat nəticəsində 13 nəfər saxlanılıb, onlardan ikisi 2001-ci ildə 4-5 yaşda olması əsas gətirilərək sərbəst buraxılıb. Qeyd olunub ki, saxlanılan 9 nəfərdən Kamal Səfərovun vəziyyəti ağırdır və hazırda …

Read More »

Hacı Vəliyevin işgəncəyə məruz qaldığı bildirilir

Onun baş nahiyəsindən xəsarət aldığı deyilir Hazırda həbsdə olan İkinci Qarabağ müharibəsi iştirakçısı, artıq fəaliyyətini dayandırmış “Gənc Qazilər” İctimai Birliyinin (İB) sədri Hacı Vəliyevin həbsdə işgəncəyə məruz qaldığı bildirilir. Bu barədə məlumatı yaxınları verib. Onların sözlərinə görə, Hacı Vəliyev ailəsi ilə telefon əlaqəsi zamanı baş nahiyəsindən xəsarət aldığını bildirib. Bu səbəbdən onun danışmaqda çətinlik çəkdiyi qeyd edilib. Yaxınları onun vəziyyətindən …

Read More »

Tramp İrana dinc nüvə proqramı üçün 30 milyard dollar vermə planları barədə xəbəri təkzib edib

ABŞ Prezidenti Donald Tramp İranın uranın zənginləşdirilməsi ideyasından əl çəkməsi şərti ilə Amerika administrasiyasının Tehrana dinc nüvə proqramının inkişafı üçün təxminən 30 milyard dollar investisiya almasına kömək etmək planları barədə mediada yayılan məlumatları təkzib edib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Amerika lideri “Truth Sosial” sosial şəbəkəsində yazıb. “Yalançı mediadan hansısa deyir ki, “Prezident Tramp İrana qeyri-hərbi nüvə obyektləri tikmək üçün …

Read More »

Rusiyanın Ukraynaya qarşı atdığı raket və dronların ABŞ, Avropa tərəfindən ötürüldüyü məlum olub

Kiyevdə Ukraynaya qarşı Rusiya tərəfindən istifadə edilən, havada zərərsizləşdirilən yeni dron və raketlərin komponentləri nümayiş etdirilib. Bu barədə “Report”un Şərqi Avropa bürosu xəbər verir. Məlumata görə, bu komponentlərin, sanksiyalara baxmayaraq, ABŞ, bəzi qərbi Avropa, İran və Çin şirkətləri tərəfindən Rusiyaya ötürüldüyünün məlum olub. Xatırladaq ki, ötən gün Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə keçirilən beynəlxalq konfransda bildirib ki, Rusiya raketlərində Fransa, Almaniya, …

Read More »