Cümə , 10 Aprel 2026

autor

Əli Əsədov: “Azərbaycan Ordusu dünyanın 40 ən qüdrətli və döyüş qabiliyyətli ordusu sırasına daxildir”

“Beynəlxalq reytinqlərə görə Azərbaycan Ordusu dünyanın 40 ən qüdrətli və döyüş qabiliyyətli ordusu sırasına daxildir”. Boyukmillet.com  xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov rəsmi mətbuatda dərc olunan məqaləsində bildirib. O deyib ki, Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti ilə daim zənginləşən iqtisadi potensialın yönəldildiyi istiqamətlərdən biri də ölkənin müdafiə qüdrətinin artırılmasıdır: “Onu da vurğulamaq lazımdır ki, Azərbaycanda …

Read More »

Azərbaycanla Qətər arasında viza rejimi ləğv olunur

Azərbaycanla Qətər arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbi aradan qaldırılır. Boyukmillet.com-un xəbərinə görə, bu, “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb. Sənəd Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin dekabrın 22-də keçirilən toplantısında müzakirə edilib və plenar iclasa tövsiyə olunub.

Read More »

Nazir: “Pandemiyadan çıxışla bağlı həyata keçirilən epidemioloji tədbirlər iqtisadi artıma səbəb olub”

“2021-ci ildə pandemiyadan çıxışla bağlı Azərbaycanda həyata keçirilən uğurlu epidemioloji tədbirlər və böhranın idarə edilməsi iqtisadi artıma səbəb olub”. Boyukmillet.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Nazirin sözlərinə görə, ölkənin əsas hədəfləri, iqtisadi inkişafın dinamikası məhz 2020-ci ildə baş verən hadisələrdən qaynaqlanırdı: “2020-ci ildə koronavirus pandemiyasına görə, qlobal miqyasda iqtisadiyyatda böhran yaşanırdı. Bu böhranı bütün dünya iqtisadiyyatı …

Read More »

Mikayıl Cabbarov: “Bu il Azərbaycanda ÜDM-in artım tempi bizim proqnozlardan yüksək olub”

“Bu il Azərbaycanda ÜDM-in artım tempi proqnozlardan yüksək olub”. Boyukmillet.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, bu il Azərbaycanda ÜDM-in artım tempi 2021-ci ilin sonu üçün 3,4% həcmində proqnozlaşdırılsa da, Beynəlxalq Maliyyə Təşkilatları buna skeptik yanaşırdı: “Onlar 1,7 %-dən yuxarı artım tempi görmürdülər. Lakin 11 ayın yekununda Azərbaycanda ÜDM-in artım tempi 5,3 faiz səviyyəsində …

Read More »

İSBAM sədri Türkiyə parlamentində çoxsaylı görüşlər keçirib

Türkiyədə işgüzar səfərdə olan İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli Türkiyə Böyük Millət Məclisinin deputatları ilə çoxsaylı görüşlər keçirib. Boyukmillet.com xəbər verir ki, İSBAM sədri hakim AKP-dən olan deputatlarla yanaşı, MHP və İYİ partiyadan olan deputatlarla da ölkələrimiz arasında uğurla yüksələn əməkdaşlıq münasibətlərini, həmçinin, ikitərəfli məsələlər barədə ətraflı müzakirələr aparıb. Tərəflər bu cür təmasların sıx davam etməsi barədə qarşılıqlı …

Read More »

Gürcüstanın Baş naziri: “Qarabağ müharibəsindən sonra regiondakı prosesləri diqqətlə izləyirik”

“Qarabağ müharibəsindən sonra regiondakı prosesləri diqqətlə izləyirik”. Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkənin xaricdə akkreditə olunmuş diplomatik korpusunun onlayn formatda keçirilən konfransında çıxışında deyib. O, Gürcüstan üçün bölgədə dayanıqlı sülhün bərqərar olmasının son dərəcə vacib olduğunu bildirib. Region ölkələri ilə sıx münasibətlərə toxunan Baş nazirin sözlərinə görə, irəli sürdüyü “dinc qonşuluq” təşəbbüsü bölgədə dialoqun inkişafı, …

Read More »

Şoyqu: “Rusiya sülhməramlıları Qarabağda sülhün təminatçısıdır”

“Qarabağdakı Rusiya Silahlı Qüvvələrinin şəxsi heyəti sülhün qorunub saxlanmasının təminatçısıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib. O qeyd edib ki, Rusiya sülhməramlıları Qarabağda və ona bitişik rayonlarda dinc həyatın bərqərar olması üçün şərait yaradırlar. “Bir ildən artıqdır ki, Rusiya sülhməramlıları dinc həyatın bərqərar olmasına şərait yaradır, Azərbaycanla Ermənistan arasında münasibətlərin bərpasına kömək edir. Regionda bir …

Read More »

“Azərbaycan son 18 ildə” mövzusunda konfrans keçirilib

YAP Xətai rayon təşkilatının təşkilatçılığı ilə “Azərbaycan son 18 ildə” mövzusunda konfrans keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirin əvvəlində müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirib ki, 18 ilin uğurlarından saatlarla, günlərlə danışmaq olar: “Bunların …

Read More »

Ankarada “Zəfər media” mükafatının təqdimatı olub – VİDEO/FOTOLAR

Türkiyənin paytaxtı Ankarada İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) təsis etdiyi “Zəfər media” mükafatının təqdimat mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, İSBAM və AnkaDer (Anka-Azərbaycan Mədəniyyət və İncəsənət Dərnəyi) tərəfindən birgə təşkil olunan mərasim şəhidlərin xatirəsinə bir dəqiqəlik sükut, Azərbaycanın və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Sonra İSBAM-ın rəhbəri, politoloq Samir Adıgözəlli çıxışında Azərbaycanın 44 gün davam edən Vətən müharibəsində əldə etdiyi …

Read More »

Rusiya və Ermənistan XİN başçıları Azərbaycanla demarkasiya məsələsini müzakirə ediblər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ermənistanlı həmkarı Ararat Mirzoyan telefon danışığı zamanı Azərbaycanla demarkasiya-delimitasiya mexanizmlərinin hazırlanmasının əhəmiyyətini qeyd ediblər. Boyukmillet.com xəbər verir ki, tərəflər həmçinin Azərbaycan-Ermənistan sərhədində təhlükəsizlik və sabitlik səviyyəsinin yüksəldilməsinə yönəlmiş tədbirlərin vacibliyini də vurğulayıblar.

Read More »