Cümə , 10 Aprel 2026

autor

Milli Məclis “Media haqqında” qanun layihəsini II oxunuşda müzakirə edir

Milli Məclisin plenar iclasında “Media haqqında” yeni qanun layihəsi II oxunuşda müzakirə olunur. Boyukmillet.com xəbər verir ki, müzakirələrdə Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov və agentliyin rəsmiləri iştirak edirlər. Qanun layihəsi media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir. Layihə 9 fəsil 78 maddədən …

Read More »

Qarabağ və Şərqi Zəngəzur Regional Təhsil idarələri yaradılıb – SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” 2010-cu il 27 dekabr tarixli 1251 nömrəli və “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 2014-cü il 24 iyul tarixli 664 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamda deyilir: 1. “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin …

Read More »

Mövlud Çavuşoğlu: “İstanbul-İrəvan aviareysi yaxın günlərdə başlayacaq”

“İstanbul-İrəvan aviareysi yaxın günlərdə başlayacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu söyləyib. “Bəzi şirkətlərin İstanbul-İrəvan aviareysi üçün sorğuları olub. Bunları dəyərləndiririk. Bəzi şirkətlər yaxın günlərdə uçuşlara başlayacaq. Bütün bu qərarları verərkən can Azərbaycan ilə müzakirələrimizi davam etdiririk”, – nazir vurğulayıb. XİN başçısı vurğulayıb ki, Türkiyə və Ermənistan birbaşa təmasların başlanması üçün qarşılıqlı şəkildə xüsusi nümayəndələr …

Read More »

Nikol Paşinyan: “İlham Əliyevlə görüşlərdən sonra dinc eranın inkişafı üçün imkanlar yaranıb”

“Azərbaycan Prezidenti İlham Əliyev ilə noyabrın 26-da Soçidə və dekabrın 14-də Brüsseldə keçirilən görüşlərdən sonra Ermənistan və region üçün dinc eranın inkişafına dair imkanlar yaranıb”. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə görüşdə bildirib. “Qeyd etmək istəyirəm ki, biz Soçi və Brüssel görüşündən sonra addım-addım ölkəmiz və regionun inkişafı üçün yeni eranın …

Read More »

Rusiya aviaşirkəti Füzuliyə uçuşlara başlayır

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi Azərbaycana uçuşlar həyata keçirmək üçün üç hava yolu şirkətinə müvafiq icazə verib. Boyukmillet.com agentliyə istinadən xəbər verir ki, “İrAero” şirkəti həftədə iki dəfə Moskva şəhərindən Füzuli Beynəılxalq Hava Limanına və Zaqatalaya uçuşlar həyata keçirəcək. Həmçinin “AzurAir” şirkəti Rusiyanın Samara, Rostov, Krasnodar, Kazan şəhərlərindən həftədə iki dəfə, “Nord Wind” şirkəti də Soçi şəhərindən həftədə 7 dəfə Bakıya …

Read More »

Bolqarıstan daha çox Azərbaycan qazı almaq istəyir

Bolqarıstan “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının illik bir milyard kubmetr həcmində olan müqavilə həcmlərini tam şəkildə almaq istəyir. Boyukmillet.com xəbər verir ki, bir müddət əvvəl Bolqarıstan hökumətinə yeni təyin edilmiş Baş nazir Kiril Petkov Bolqarıstan mətbuatına açıqlamasında bildirib ki, bu məsələnin Azərbaycanla müzakirəsi planlaşdırılır. “Bolqarıstan Azərbaycan qazının bütün razılaşdırılmış həcmini almaq üçün əlindən gələni edəcək ki, bu da hazırda digər …

Read More »

Astarada meşədə baş verən yanğın söndürülüb

Astarada meşədə baş verən yanğın söndürülüb.  “Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, rayonun ucqar dağ kəndi olan Pəlikeş ərazi icra vahidliyindən başlayan yanğın üç istiqamətdə 20 hektara yaxın ərazini əhatə edib.  Yanğının söndürülməsinə Dövlət Yanğından Mühafizə Xidmətinin Astara Dövlət Yanğından Mühafizə Hissəsinin şəxsi heyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və könüllü yerli sakinlər tərəfindən yanğın söndürülüb.  …

Read More »

İstintaq qrupunun rəhbəri: “Helikopterin texniki göstəricilərində nasazlıq olmayıb”

“Helikopterin istismar müddəti 35 ildir. İstehsalçı şirkətin tələblərinə görə 2020-ci ildə helikopter təmirə göndərilib. 2021-ci ildə təmirdən sonra sınaq uçuşları keçirilib və təhvil verilib”. Boyukmillet.com xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini, o cümlədən helikopter qəzası ilə bağlı yaradılan İstintaq qrupunun rəhbəri, ədliyyə müşaviri Sənan Paşayev deyib. Onun sözlərinə görə, helikopterin texniki göstəricilərində nasazlıq olmayıb: “2013-cü ildə …

Read More »

Deputat: “Bərdədə kanalizasiya sisteminin olmaması yoluxucu xəstəliklərə zəmin yaradır”

“Bərdə şəhərində kanalizasiya sistemi yoxdur”. Boyukmillet.com xəbər verir ki, bunu bu gün Milli Məclisin plenar iclasında deputat Fatma Yıldırım bildirib. Deputat deyib ki, bu gün ölkəmiz dünyaya yayılmış koronavirus infeksiyasına qarşı qətiyyətlə mübarizə aparmaqdadır: “Prezident İlham Əliyevin tapşırığına əsasən, pandemiyanın yayılmaması üçün bütün dövlət strukturları səfərbər olunub. Belə bir çətin dövrdə 200 mindən çox əhalisi olan Bərdə rayonunda və onun …

Read More »

FHN Yeni il bayramında təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) Yeni il bayramında əsas təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib. Boyukmillet.com xəbər verir ki, müraciətdə deyilir: “Məlumdur ki, bu il də Yeni il bayramı koronavirus (COVID-19) pandemiyası dövrünə təsadüf edir. Odur ki, özünüzün və əzizlərinizin təhlükəsizliyi üçün keçiriləcək Yeni il şənlikləri ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejiminin qaydalarına uyğun (şənlik mərasimlərində qonaqların müəyyən olunmuş say məhdudiyyətinə …

Read More »