“Bu gün Fövqəladə Hallar Nazirliyinin yaradılmasından 26 il ötür”. Boyukmillet.com xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, FHN bu illər ərzində ölkə üçün işləri müvəffəqiyyətlə yerinə yetirib: “Azərbaycan üçün ən çox xarakterik hal yanğınlardır. El ölkələr var ki, onlarda daha çox daşqınlar və s. təbii hadisələr baş verir. Meşə yanğınlarını yerdən söndürmək çox çətindir. …
Read More »Kəmaləddin Heydərov mülk sahiblərinə müraciət edib
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov mülk sahiblərinə müraciət edib. Boyukmillet.com xəbər verir ki, nazir bildirib ki, mülk sahibləri, sahibkarlar mülklərini sığortalamalıdırlar. “Ölkəmizdə bir neçə sığorta şirkəti var. Onların sığorta ilə bağlı məbləği də o qədər yüksək deyil. Dünya praktikası var. Buna hər bir vətəndaş əməl etsə heç bir problemimiz olmayacaq”, – o vurğulayıb.
Read More »Narkotiki it damında gizlədən şəxs saxlanılıb
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Meşəşambul kənd sakini, əvvəllər də məhkum olunmuş Nurani Kahayevin yaşadığı ünvanda narkotik vasitə saxlaması barədə polisə məlumat daxil olub. Keçirilmiş tədbirlərlə şübhəli şəxs qismində saxlanılan N.Kahayevin üzərindən qurudulmuş marixuana aşkarlanıb. Yaşadığı ünvana baxış …
Read More »Qarabağda hidroloji stansiyalar quraşdırmağa yarım mln dollar xərclənəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaninda Milli Hidrometeorologiya Xidməti işğaldan azad edilmiş ərazilərdə su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə avtomat hidroloji stansiyaların quraşdırılması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. Boyukmillet.com dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Turnkey Pro Solutions” MMC-dir. Qalib şirkətə 865 min manat (509 min ABŞ dolları) ödəniləcək.
Read More »Azərbaycan Şərq Tərəfdaşlığı sammitinin bəyannaməsinin Belarusla bağlı bəndinə qoşulmayıb
Azərbaycan Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI sammitində qəbul olunan bəyannamənin Belarus ilə bağlı bəndinə qoşulmayıb. Boyukmillet.com xəbər verir ki, ötən gün Belçikanın paytaxtı Brüssel şəhərində keçirilən toplantının sonunda Avropa İttifaqı ölkələri və Şərq Tərəfdaşlığı Proqramı dövlətlərinin liderləri birgə sənəd imzalayıblar. Sənəddə Belarusla bağlı ayrıca bənd olub. Azərbaycan bəyannamənin Belarusun daxili işlərinə aid olan bəndinə qoşulmayıb. Bununla Azərbaycan bir daha …
Read More »Haitidə yanacaq tankerinin partlaması nəticəsində ölənlərin sayı 75-ə çatıb
Haitidə yanacaq tankerinin partlaması nəticəsində ölənlərin sayı artıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “HaitiLibre” xəbər portalı məlumat yayıb. Hadisə nəticəsində ölənlərin sayı 75-ə çatıb. Daha əvvəl 60 nəfərin öldüyü bildirilirdi. Xəstəxanalarda daha 20 nəfər yanıq xəsarətləri ilə müalicədədir. Yanacaq tankerinin partlaması nəticəsində 20-dən çox binaya ziyan dəyib. Hazırda xilasedicilər binaların dağıntıları altında qalanların axtarışını davam etdirir.
Read More »Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (16.12.2021)
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Boyukmillet.com xəbər verir ki, avronun məzənnəsi 0,19% artaraq 1,9185 manat, Rusiya rublunun məzənnəsi isə 0,43 % irəliləyərək 0,0231 manat təşkil edib. ValyutaMəzənnə1 ABŞ dolları1.70001 Avro1,91851 Rusiya rublu0,02311 Avstraliya dolları1,21691 Argentina pesosu0,01671 Belarus rublu0,67221 Braziliya rialı0,29901 BƏƏ dirhəmi0,46281 Cənubi Afrika randı0,1061100 Cənubi Koreya vonu0,14351 Çexiya kronu0,0759100 Çili pesosu0,19961 Çin yuanı0,26701 Danimarka kronu0,25801 Gürcü …
Read More »Xorvatiyada koronavirusa qarşı məhdudiyyətlər ilin sonuna kimi uzadılıb
Xorvatiya hökuməti koronavirusun beşinci dalğasının qarşısını almaq üçün məhdudlaşdırıcı tədbirlərin müddətini dekabrın 31-dək uzatmaq qərarına gəlib. Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə hökumətin iclasında respublikanın baş nazirinin müavini, daxili işlər naziri Davor Bojinoviç məlumat verib. Nazir müavini bildirib ki, qadağalar sırasında yalnız 100-dən çox insanın iştirakı ilə açıq havada kütləvi tədbirlərin keçirilməsinə qoyulan məhdudiyyət ləğv edilir. Qeyd …
Read More »Türkiyədə xüsusi təyinatlılar 9 terrorçunu məhv edib
Türkiyənin şərqindəki Tunceli vilayətində “Eren Kış” antiterror əməliyyatının 6-cı mərhələsi çərçivəsində PKK-nın 9 terrorçusu zərərsizləşdirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, silahlıların 140 sığınacağı məhv edilib, çoxlu sayda silah-sursat məhv edilib. Əməliyyatda 1 060-a qədər xüsusi təyinatlı iştirak edib. Məhv edilən silahlılardan 5-i Türkiyə Daxili İşlər Nazirliyinin xüsusi təhlükəli terrorçular siyahısında olub.
Read More »BMT İrana nüvə proqramı ilə bağlı çağırış edib
“BMT İranın Beynəlxalq Atom Enerjisi Agentliyi ilə birgə hərtərəfli fəaliyyət planının bütün aspektlərinə əməl etməsini tələb edir və hər iki qurumu konstruktiv şəkildə əməkdaşlığa çağırır. İranın nüvə proqramı ilə bağlı yaranmış narahatlıqlara və bununla əlaqədə ortaya çıxmış suallara niyə cavab vermədiyini araşdırırıq. BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyindəki əməkdaşları ilə əlaqədə saxlamışıq və onlardan cavab gözləyirik”. Boyukmillet.com xəbər verir ki, bunu …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar